Oxu.Az bildirir ki, final oyununda Argentina və Kolumbiya milliləri qarşılaşıblar.
Təhlükəsizlik səbəbindən startı 83 dəqiqə təxirə salınan oyunun əsas vaxtında hesab açılmayıb.
Matçın taleyini uzatma dəqiqələri həll edib.
Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.
Argentina millisinin ulduz futbolçusu Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya qarşı oyunda zədələnib. 65-ci dəqiqədə yıxılan Messi oyunu davam etdirə bilməyib. Meydandan çıxarılan forvard ağlayıb.