Paris-2024 Olimpiadasında tennis üzrə kişilərin fərdi yarışlarında final matçı keçirilib.
Gununsesi.info xəbər verir ki, həlledici matçda serbiyalı məşhur tennisçi Novak Cokoviç Olimpiadaların ən gənc finalçısı ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib.
Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.
Qeyd edək ki, Novak “Böyük Dəbilqə” yarışlarında qələbə sayına görə rekordçudur.