Ardını oxu...
PSJ “Fənərbaxça”nın istedadlı futbolçusu Arda Güləri transfer etmək üçün hərəkətə keçib.

Hurriyyet.Az xəbər verir ki, “Fanatik” qəzeti PSJ-nin hazırladığı təklifin bəzi detallarını yazıb. Bildirilir ki, PSJ Türkiyə təmsilçisinin Arda Gülər üçün tələb etdiyi 25 milyon avronu ödəyəcək. Arda Gülərə təklif ediləcək məvacib də yüksəkdir. Məlumata görə, 17 yaşlı futbolçu ilə “Arsenal”, “Napoli” və Avropanın digər nəhəng klubları da maraqlanır. PSJ Arda Gülər üçün 25 milyon avro ödəsə, bu, yaşı 18-dən az olan futbolçu üçün ödənilən ən yüksək məbləğ olacaq.

Qeyd edək ki, yaşı 18-dən az olan futbolçu üçün ən yüksək məbləği “Bavariya” ödəyib. "Bavariya" “Renn” klubundan Matis Teli 20 milyon avroya transfer edib. \\Metbuat.az
 
 
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun hakim təyinatları açıqlanıb.

Cebhe.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" və "Sabah" arasında keçiriləcək turun mərkəzi oyununu Fərid Hacıyev idarə edəcək.

"Qəbələ" - "Neftçi" qarşılaşması isə Nicat İsmayıllıya tapşırılıb.

Azərbaycan Premyer Liqası

XIV tur

11 noyabr (cümə axşamı)

14:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
Şamaxı şəhər stadionu.

12 noyabr (şənbə)

16:00. “Zirə” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu.

18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bakcell Arena”.

13 noyabr (bazar)

14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu.

17:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.
 
 
 
Ardını oxu...
“Barselona”nın və Polşa millisinin futbolçusu Robert Levandovski Qətərdə keçiriləcək DÇ-2022-dəki favoritlərini açıqlayıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçusu Braziliya və Argentina komandalarını fərqləndirib:

“Düşünürəm ki, Avropa və Amerika qitələrində bir neçə favorit var. Məsələn onlardan biri Braziliyadır. Hətta bizim qrupda da biri favorit var. Bu, Argentinadır. Ancaq sonda komandanın bəxti gətirməlidir ki, bütün oyunçular lazımi vaxtda yaxşı formada olsunlar”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Polşa millisi C qrupunda Meksika, Argentina və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq. Yığma ilk matçını noyabrın 22-si Meksikaya qarşı keçirəcək.
 
 
 
Ardını oxu...
Robert Levandovski ardıcıl ikinci il “Qızıl buts”u qazanıb.

Teref.Az xəbər verir ki, ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb.

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb.

Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq A Seriyası və La Liqada 27 qol) toplayıblar.

Xatırladaq ki, 2021-ci ildə R.Levandovski Almaniya çempionatında vurduğu 41 qola görə “Qızıl buts”a layiq görülüb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Metbuat.az
Ardını oxu...
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
Bakupost.az xəbər veir ki, XIII tura təsadüf edən oyunda "Beşiktaş" "Qalatasaray"ın qonağı olub. NEF stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə "sarı-qırmızılılar"dan Mauro İkardi açıb. 28-ci dəqiqədə "qara qartallar"ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qalatasaray" 2-ci pilləyə yüksəlib. 22 xalı olan "Beşiktaş" 5-cidir. Turnir cədvəlinə 26 xalla "Fənərbağça" başçılıq edir.
 
Ardını oxu...
Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

“Report”un məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.

İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.

Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması görüşləri keçiriləcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.
 
Ardını oxu...
Paurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov sərbəst buraxılıb.

APA xəbər verir ki, Qazax Rayon Məhkəməsinin qərarı ilə İsrafil Məmmədova 50 manat cərimə cəzası verilib.

***

Saat 17:30

Paurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.

APA xəbər verir ki, Qazax rayon sakini olan İsrafil Məmmədov barəsində qazi Polis Şöbəsinə şikayət edib.

Qazax rayon Polis Şöbəsinə dəvət olunan İsrafil Məmmədovun bölmənin fəaliyyətini pozduğu, polisin qanunu tələblərinə riayət etməyərək xırda xuliqanlıq etdiyi bildirilir. Xəbərə görə, İsrafil Məmmədov buna görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya faktı təsdiqləyib. Bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.

***

Saat 17:30

Paurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.

APA xəbər verir ki, Qazax rayon sakini olan İsrafil Məmmədov barəsində qazi Polis Şöbəsinə şikayət edib.

Qazax rayon Polis Şöbəsinə dəvət olunan İsrafil Məmmədovun bölmənin fəaliyyətini pozduğu, polisin qanunu tələblərinə riayət etməyərək xırda xuliqanlıq etdiyi bildirilir. Xəbərə görə, İsrafil Məmmədov buna görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya faktı təsdiqləyib. Bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.
 
Ardını oxu...
UEFA İcraiyyə Komitəsi Olimpiya Oyunlarının təsnifat turnirinə çevriləcək, həmçinin Avropa və Dünya Çempionatlarına vəsiqə qazanılmasına təsir göstərəcək qadınlar arasında Millətlər Liqası turnirini təsis edib.

Yarışın ilk püşkatma mərasimi 2023-cü ilin payızında olacaq. Turnirdə dörd ildən bir Olimpiya Oyunlarına gedəcək üç Avropa komandası müəyyənləşəcək.

Millətlər Liqasının yekun reytinqi, eləcə də pley-off mərhələsi komandaların Avropa təsnifat mərhələsində start mövqeyini müəyyən edəcək.

Yarış tamamlandıqdan sonra hansı komandaların Avropa və Dünya çempionatlarına birbaşa çıxacağını və Avropa təsnifat mərhələsinin pley-off qarşılaşmalarında iştirak edəcəyini müəyyənləşdirən yekun reytinq tərtib olunacaq.

Mənbə: sport24.ru
 
 
 

“İstəyimiz çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə “Frayburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtmız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundurlar. Bu il futbolun dadını tam hiss etdik. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu” – deyə o bildirib.

Mütəxəssis “Frayburq”la oyundakı hakimlik barədə bunları söyləyib: “Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Ofsaydı göstərmirlər, xətt çəkilmir. Penalti epizoduna da baxılmadı. Bilmirəm, hakimlər barədə danışmağın faydası var, ya yox. İndi VAR sistemi daha ön plandadır. Nə istəyirlər, edirlər. Bəlkə özlərinə sərf etdikləri kimi qərarlar qəbul olunur. Bütün oyunlarda xətt qoyulursa, burada da göstərilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Nəticəyə nə qədər təsir etdiyini deyə bilmərəm. Qol sayılsaydı, komanda daha istəkli olardı. Bəlkə, qırmızı vərəqə də almazdıq. Bu hallar da futbolun sevilən tərəflərindəndir. 10 nəfərlə qol vurmaq, mübarizə və s. Çox danışmaq olar. Nə qədər təsir etdiyini bilmirəm. Görünən odur ki, qərar nəticəyə təsir etdi”.

Q.Qurbanov kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini vurğulayıb: “Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.

“Qarabağ”ın baş məşqçisi ictimaiyyət arasında Konfrans Liqasının perspektiv baxımından Avropa Liqasından daha yaxşı olması ilə bağlı fikirlər səsləndirilməsinə belə münasibət bildirib: “Biz istəmişik ki, şansımızdan istifadə edək. Çempionlar Liqasının qrupunu istəyirdik. Avropa Liqasında davam etməyi düşünürdük. Bunun üçün mübarizə apardıq, il boyu çalışdıq. İstənilən rəqibə qarşı yaxşı oyun göstərmək istəyirdik. Əminəm ki, bunu bacardıq. Nəticə belə oldu. Düzgün, vicdanla işləmək borcumuzdur. Bunu edirik. Nəticə bu oldusa, razılaşmalıyıq. Gələn il də avrokubok həyəcanı yaşayacağıq. İstəyimiz 2-ci yeri tutmaq, Avropa Liqasında davam etmək idi. Alınmadı. Bunun üçün meydanda maksimum gücümüzü qoyduq. Çox da təəssüflənmirəm. Heç bir rəqibə əzilmədik, aciz qalmadıq. Əksinə onların üzərinə getməyə çalışdıq. Elə oyunlar oldu ki, böyük risklər etdik. Böyük hesablı məğlubiyyətləri də gözə alırdıq. Hər şey heç də pis getmədi. Futbolçularımız çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək”.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:15

O, daha sonra deyib: “Üstünlüyü çox da rəqibə vermədik. Qarşımızdakı komandanı düzgün qiymətləndirməliyik. Baxmalıyıq ki, hansı çempionatdan gəlib, hansı təcrübədədir. Nadir hallarda bir komanda 90 dəqiqə dominantlıq edir. Belə bir şey yoxdur. Qarşımızda böyük beşlik liqası komandası idi. Bundesliqada 3-cüdür. Rəqib ciddidir. Heç nədən penalti oldu. Bəzi epizodlarda onların gücü tam istədiyimiz hücumların alınmasına imkan vermədi”.

Q.Qurbanov iki tur əvvəldən Konfrans Liqasının pley-offuna vəsiqə təmin etmələrinin növbəti matçlara təsiri olub-olmadığı ilə bağlı söyləyib:” Bilmirəm, nə qədər təsiri oldu. Amma oyunlarımıza baxanda rahatlıq görünmədi. Əksinə, hər iki matçda qələbə qazanmağa çalışdıq. Ola bilər, rəqiblər daha ciddi oldular. Bizim üçün nəticə və oyun baxımından ciddi təsir olmadı”.


“Ayntraxt”ın baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Almaniyalı mütəxəssis Bakıda baş tutan qarşılaşmanın ardından mətbuat konfransında bu fikirləri səsləndirib:

“Bu gün güclü rəqibə qarşı oynadıq. Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi. “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.

Dünyapress TV

Xəbər lenti