Ardını oxu...
Zinəddin Zidan İngiltərə nəhənginin baş məşqçisi ola bilər.

Fanat.az “Sport.es”ə istinadən xəbər verir ki, son iş yeri “Real Madrid” olan Zizu “Çelsi”nin baş məşqçisi Qrem Potteri əvəzləməyə iki real namizəddən biridir.

Xəbərə görə, Zidanla yanaşı, “zadəganlar”ın İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrikeyə də tapşırılması mümkündür. Mənbə “Çelsi” bosslarının İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə yer alan komandadakı ab-havanı bir qədər də korlamamaq üçün üzdə Potterə dəstək nümayiş etdirdiklərini, lakin onu seçdiklərinə görə peşman olduqlarını vurğulayıb. Vəziyyət ən qısa zamanda müsbətə doğru dəyişməsə, Potterin qovulacağı bildirilib.
Ardını oxu...
“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinalında “Real”la keçirəcəkləri ilk matç barədə danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis Madrid təmsilçisinin çox təhlükəli rəqib olduğunu deyib:

“Bu, titul qazanmaq üçün əla fürsətdir. “Real” çox təhlükəli rəqibdir. Bunu bilirik. Amma məqsədimiz qələbə qazanmaqdır. Düşünürəm ki, finala çıxmağın taleyi “Kamp Nou”da keçiriləcək cavab matçında həll olunacaq.

“Real” La Liqanın və Çempionlar Liqasının son qalibidir. Buna görə də onlar “El-Klassiko”nun favoritidirlər. Bəli, biz “Real”ı Superkubbokda məğlub etdik. Amma düzünü deməliyəm ki, onlar favoritdirlər. Bununla belə, mən inanıram ki, “Real”ı çətin vəziyyətə sala biləcəyik. Mən çox balanslı matç gözləyirəm”.

Qeyd edək ki, martın 2-də keçiriləcək “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu aprelin 5-də olacaq.
Ardını oxu...
İtaliya Futbol Federasiyasının prokurorluğu “Roma”nın baş məşqçisi Joze Mourinyu ilə “Kremoneze” ilə oyunda (1:2) dördüncü hakim Marko Serra arasında yaranmış münaqişə ilə bağlı araşdırmalara başlayıb.

Fanat.az xəbər verir ki, oyunun birinci hissəsinin sonunda Mourinyu qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.

Matçdan sonra baş verənlərə münasibət bildirən portuqaliyalı çalışdırıcı Serranın turinli, “Roma”nın isə növbəti oyununun “Yuventus”a qarşı olmasına eyham vurub. O, həmçinin dördüncü hakimin onunla nəzakətsiz danışdığını, hətta nalayiq ifadələr işlətdiyini qeyd edib.

Mourinyunun bu açıqlaması diqqətdən yayınmayıb və federasiya araşdırmaya başlamaq qərarına gəlib. Prokurorluqda tezliklə Mourinyu və Marko Serranın ifadələri dinləniləcək. Mourinyonun haqlı olduğu üzə çıxsa, onun cəzası ləğv oluna bilər.
 
 
 

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefa verib.

Fanat.az xəbər verir ki, bu barədə FFF-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Le Qrey istefa qərarını İcraiyyə Komitəsinə təqdim edib. Onun istefası qəbul olunub.

Xatırladaq ki, bu ilin yanvar ayında FFF-in İcraiyyə Komitəsi Noel Le Qreyin səlahiyyətlərini əlindən almış və onu postundan kənarlaşdırmışdı. Buna onun milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı xoşagəlməz fikirlər səsləndirməsi səbəb olmuşdu. Bu azmış kimi, onun adı təcavüz qalmaqalında da hallanır.

Həmin vaxtdan federasiyaya müvəqqəti olaraq vitse-prezident Filipp Diallo rəhbərlik edirdi.

Ardını oxu...
Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında debüt edib.

42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayıb. O, matçın 5-ci dəqiqəsində kapitan sarğısını alaraq, meydana çıxıb. Ronaldinyonun debüt oyunu onlayn platformalarda ümumilikdə 1 milyondan çox izlənib.

Sözügedən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında “Pio” 3:1 qalib gəlib.

“Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7x7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.

 
 
 
Ardını oxu...
Qurban Qurbanov büt deyil. Onu da tənqid etmək olar. Hətta edilməlidir də. Həm özünün, həm də futbolun inkişafı naminə. Yəni Qurban Qurbanovun tənqid olunması tam məntiqlidir. Hətta futbol olmayan ölkənin komandasından avrokuboklarda qalib gəlməyi tələb etməkdə də məntiq tapmaq olar.

Amma “Qurban Qurbanov istefaya getməlidir, daha üst “level” gəlməlidir” tələbi…

Bu, tənqid deyil, dostlar. Bu, intriqadır. Bu, uğur qazanan azərbaycanlını baltalamaqdır, linç etməkdir. Ya bilməyərəkdən, ya da… Bu, elə ölkədəki kadr siyasətinə adekvat tələbdir.

“Üst level” deyəndə kimi nəzərdə tutursunuz? “Xəzər Lənkəran”a gələn Con Toşakı, ya Mirça Redniki, Mustafa Dənizlini? Hələ digər komandalara gətirilən “üst level”ləri demirəm. Nə etdilər, nə verdilər bu ölkənin futboluna? Kərəni kürə etmədikləri bəlli? O “üst level”iniz niyə, məsələn, “Neftçi”yə gətirmirsiniz?

Gətirin, “Neftçi”ni də çox demirəm, “Qarabağ” səviyyəsinə çatdırsın o “üst level”. Axı bu ölkədə xalqın pulunu “Qarabağ”a yox, “Neftçi”yə ayırırlar. Pulunuzun davasını niyə aparmırsınız? Niyə Qurban getməlidir? Yəni bu ölkədə “Qarabağ”dan savayı komanda yoxdur ki, səviyyəli məşqçinizi ora gətirəsiniz? Bu yoxluq o demək deyil ki, heç Qurban Qurbanovdan da yoxdur bu ölkədə. Yəni sizə aydın deyil ki, Qurban Qurbanov olmasa, bu “Qarabağ” olmayacaq? Lap Mourinyonu da gətirsəniz.

Yəni sizin məntiqiniz o qədər qırılıb ki, hansı ölkədə yaşadığınızı, hansı kadrların sizə göstəriş verdiyini bilmirsiniz?

Yəni bilmirsiniz ki, bu ölkədə Qurban Qurbanovu sevmirlər, sevənlərin də əlində heç bir səlahiyyət yoxdur? Yəni başa düşmürsünüz ki, bu ölkəyə Qurban yox, Rövnəq Abdullayev, Elxan Məmmədov, Mahir Məmmədov, Elşad Nəsirov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Rauf Əliyev, Zaur Axundov, Kamran Quliyev, Maqsud Adıgözəlov, Oqtay Abdullayev lazımdır? Nə vaxt onları istefaya çağırdınız? Guya çağırsaydınız, sizi it yerinə qoyan olacaqdı bu ölkədə? Bu ölkəyə onlar lazımdır, Qurban Qurbanov yox.

Və bu gün “Qurban getməlidir” deməklə, Rövnəqin, Elxanın əlinə oynadığınızın fərqindəsiniz?

Kimdir günahkar? Heç şübhəniz olmasın ki, Qurban Qurbanovdur. 2009-cu ilin iyul ayında “Rusenburq”la oyuna baxmağa gedəndə hamımız “Qarabağ”ın böyük hesabla uduzacağını düşünmürdük? Düşünürdük! “Qarabağ” böyük hesabla məğlub olsaydı, kimsə Qurban Qurbanovu istefaya çağıracaqdı? Çağırmayacaqdı. Məğlubiyyət sindromuna alışmış azarkeşdə bu tələb haradan ola bilərdi? Məğlub xarakterli azarkeşi qalib xarakterə kim yüksəltdi? Qurban Qurbanov!

Öz günahındır, çək, Qurban Qurbanov. Amma həm də sevin. Sevin ki, sənin istefanı məğlub xarakterli adamlar yox, qalib xarakterli insanlar istəyir. Necə deyərlər, kişinin də qoluna gərək qandalı kişi vursun axı.

Öz günahındır, çək, bu günahı da çək, Qurban Qurbanov.

Natiq Muxtarlı

aut.az
 
Ardını oxu...
Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Marselo ölkəsinin "Fluminense" komandasına keçib.

Bu barədə 35 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçu yetirməsi olduğu kluba transferinin detallarını açıqlamayıb.

Qeyd edək ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub.
Ardını oxu...
Azərbaycanın Avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” da mübarizəni dayandırıb.

Ağdam klubu Belçikanın “Gent” klubuna uduzaraq Konfrans Liqasına “əlvida” deyib.

“Gelamko Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb.

Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan “Gent” adını 1/8 finala yazdırıb.
Ardını oxu...
Fevralın 24-də veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində gerçəkləşəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Ölkə çempionatının keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Yarış saat 10:00-da başlayacaq.
 
Ardını oxu...
Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra zərərçəkənlərə dəstək məqsədilə təşkil edilən "Kocaelispor"- "Sakaryaspor" matçında meydançaya daxil olaraq qalmaqal yaradan azarkeş iki komandanın camiasından üzr istəyib.

Türkiyə KİV yazır ki, azarkeş sosial şəbəkədəki hesabında paylaşım edib.

Klubun fanatının sosial şəbəkədə paylaşdığı videoda "Əvvəla, zəlzələdən zərər çəkən bacı-qardaşlarımdan üzr istəyirəm. Böyük bir şərəfsizlik və xainlik etmişəm. "Sakaryaspor" və "Kocaelispor" camiasından üzr istəyirəm, nalayiq hərəkət etdiyim üçün" deyə bildirib.

 

Dünyapress TV

Xəbər lenti