Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra zərərçəkənlərə dəstək məqsədilə təşkil edilən "Kocaelispor"- "Sakaryaspor" matçında meydançaya daxil olaraq qalmaqal yaradan azarkeş iki komandanın camiasından üzr istəyib.
Türkiyə KİV yazır ki, azarkeş sosial şəbəkədəki hesabında paylaşım edib.
Klubun fanatının sosial şəbəkədə paylaşdığı videoda "Əvvəla, zəlzələdən zərər çəkən bacı-qardaşlarımdan üzr istəyirəm. Böyük bir şərəfsizlik və xainlik etmişəm. "Sakaryaspor" və "Kocaelispor" camiasından üzr istəyirəm, nalayiq hərəkət etdiyim üçün" deyə bildirib.