Yaroslavlın “Şinnik” futbol komandası Türkiyənin Antalya şəhərində Ukraynanın “Minay” klubunun futbolçuları ilə kütləvi davaya görə təlim-məşq toplanışının təşkilatçısından pul təzminatı alıb.
Bu barədə “Şinnik”in baş direktoru Sergey Kulakov bildirib.
O, qeyd edib ki, Rusiya klubu Antalyadakı “Royal Seginus” hotelini bron edən agentliyə fevralın 17-də iddia göndərib.
Türkiyədə daha bir komanda zəlzələyə görə ölkə çempionatındakı çıxışını müvəqqəti olaraq dayandırıb.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, III Liqada mübarizə aparan "Elazığspor" cari mövsümü başa vura bilməyəcək.
Klub artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb. Elazığ təmsilçisinin istəyinin müsbət qarşılanacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", I Liqada "Adanaspor" və "Yeni Malatyaspor", II Liqada "Adıyamanspor" və "Diyabekirspor", III Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacaq.
"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə cavab oyununa itki ilə çıxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Yankoviç fevralın 23-də keçiriləcək cavab oyununu buraxacaq. Monteneqrolu yarımmüdafiəçinin sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, “Qarabağ” “Gent”ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib.
Türkiyənin “Trabzonspor” klubunun əfsanəvi məşqçisi Ahmet Suat Özyazıcı dünyasını dəyişib. Türkiyə mətbuatı yazır ki, 87 yaşlı Ahmet Suat Özyazıcı bu gün axşam saatlarında evində vəfat edib. Qeyd edək ki, “Trabzonspor” ən böyük uğurlarını məhz Ahmet Suat Özyazıcının rəhbərliyi altında qazanıb. Belə ki, o Anadolu klubuna 4 dəfə Türkiyə çempionluğunu, 3 dəfə Türkiyə Kubokunu və 5 dəfə Türkiyə Super Kubokunu qazandırıb. Mənbə: Haber Global
İspaniyanın “Barselona” klubuna qarşı daha bir ittiham irəli sürülüb.
Fanat.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Çelsi”nin müdafiəçisi Markos Alonsonun transferi ilə bağlı saxtakarlıqda ittiham olunur.
Belə ki, İspaniyanın dördüncü liqasında çıxış edən “Union Adarve” klubu 2022-ci ilin yayında müdafiəçinin pulsuz transferi ilə əlaqədar FİFA Mübahisələrin Həlli Palatasına şikayət edib. Madrid komandası kataloniyalıları transfer zamanı pozuntularda günahlandırır və iddia edir ki, əslində “Barsa” və “Çelsi” oyunçu dəyişikliyi ediblər: hücumçu Pyer-Emerik Obameyanq, Alonso və daha 12 milyon avro müqabilində. “Union Adarve” Alonsonun bir müddət onların komandasında məşq etdiyi üçün 103 min avro həmrəylik ödənişi tələb edib.
Xatırladaq ki, “Barselona” daha öncə İspaniya Hakimlər Komitəsinin vitse-prezidenti Xose Maria Enrikes Neqreiraya 2016-2018-ci illər ərzində 1,4 milyon avro rüşvət verməkdə ittiham olunmuşdu. Xose Maria bu pulu konsaltinq xidmətləri qarşılığında aldığını bildirib. Klubdan da eyni məzmunlu açıqlama verilib. Qeyd olunub ki, İspaniya Kral Futbol Federasiyasının rəsmisi gənc oyunçulara hakimlik haqqında məlumat vermək üçün pul alıb. İddiaya görə, Xose Maria 2003-cü ildən bəri “Barselona”dan 4,7 milyon avro alıb. 2016-2018-ci illər aralığında Neqreiraya məxsus şirkətin dövriyyəsinin 95 faizi “Barsa”dan alınan ödənişlər olub.
“Barselona”nın hakim qalmaqalı ilə bağlı məsələdə günahı təsdiqini taparsa, kataloniyalıları La Liqadan qovulmaq, korrupsiya hesab edilərsə, xalların tutulması və cərimələr gözləyir. Neqreira 1994-2018-ci illərdə texniki hakimlər komitəsinin vitse-prezidenti vəzifəsində çalışıb.
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada təmsilçimiz qələbə qazanıb. Azərbaycan təmsilçisi görüşdə minimal hesablı qələbəyə sevinib. Komandamızın heyətində 78-ci dəqiqədə L.Andrade fərqlənib.
2023-cü ilin dekabrında keçiriləcək klublararası dünya çempionatının yeri müəyyənləşib.
FIFA turnir təşkilatçılığını Səudiyyə Ərəbistanına həvalə edib.
Adıçəkilən ölkə XXI əsrdə ilk dəfə irimiqyaslı turnirə ev sahibliyi edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ildə baş tutacaq dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Ölkə rəhbərliyi Yunanıstan və Misirlə birgə ərizə verməyi planlaşdırır.
UEFA “Qarabağ”ın hücumçusu Ramil Şeydayevlə bağlı paylaşım edib.
Avropa Konfrans Liqasının sosial şəbəkə hesablarında 26 yaşlı hücumçunun bu mövsüm bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin sayı göstərilib.
Onun 16 qol vurması, 5 məhsuldar ötürmə (əslində 7 qol ötürməsi var-red.) etməsi göstərilb.
Xatırladaq ki, “Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində fevralın 16-da Belçikanın “Gent” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək. Cebhe.info