Ardını oxu...
Beynəlxalq Olimpiya Komitəsi (IOC) rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılması üçün şərtləri açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, IOC Rusiya təmsilçilərinə neytral statusda mübarizə aparmağı təklif edib.

Bildirilib ki, bu, Olimpiya Xartiyasına əməl edən, yəni, Ukraynaya hərbi müdaxiləni dəstəkləməyən, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əməl edən ruslara aiddir. Həmçinin, bütün idmançılar fərdi yoxlamalardan keçməli olacaqlar.

Beynəlxalq Olimpiya Komitəsinin yaydığı press-relizdə heç bir ayrı-seçkilik tətbiq etmədən bütün idmançıların hüquqlarına hörmət edilməsinin zəruriliyi vurğulanıb.
Ardını oxu...
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın hazırkı durumu, gələcək planları barədə danışıb.

Qol.az xəbər verir ki, o, bu barədə “The Guardian”a açıqlama verib. Ten Haq deyib:

“Bura ola biləcəyiniz ən yaxşı yerdir. Çünki biz əvvəlcə İngiltərənin, sonra Avropanın və sonra da dünyanın ən yaxşı komandasını qurmaq istəyirik”.

Mütəxəssis futbolçusu Markus Reşfordun komandada qalmasını istədiyini də bildirib: “Mançester Yunayted” Reşfordun klubudur. Reşford,öz keyfiyyətlərini göstərə bilər və bu komanda ona qol vurmaq üçün düzgün mövqelərə çıxmağa kömək edə bilər. Komanda elə qurulub ki, futbolçunun keyfiyyətləri ön plana çıxır. Uğur qazanmaq istəyiriksə, Reşforda ehtiyacımız var”.
 
Ardını oxu...
Rusiya 2023-cü ildə UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi etmək hüququndan məhrum ediləcək.

Oyun avqustda Kazandakı “Ak Bars Arena” stadionunda keçirilməlidir. Matçın məkanı 2020-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi tərəfindən seçilib.

Qeyd olunur ki, qurum hazırda matçın təxirə salınması variantlarını axtarır.

Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququndan məhrum edib. Əsas avrokubokların həlledici matçı Parisdə baş tutub.
 
Ardını oxu...
Rusiya və UEFA Rusiya klublarının beynəlxalq turnirlərə qayıtması ilə bağlı əməkdaşlıq proseduru barədə razılığa gəliblər.

APA-nın Moskva müxbiri Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqı və UEFA Rusiya klublarının beynəlxalq turnirlərə qayıtması ilə bağlı qarşılıqlı fəaliyyət proseduru barədə razılığa gəliblər. Növbəti görüşün fevralda keçiriləcəyi bildirilib.
 
 
 
Ardını oxu...
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Avropada qapıçılar siyahısında liderlik edir.

Xarici mətbuat xəbər verir ki, İspaniya La Liqasında 11 matçda 9 qapısını təmiz saxlayan ilk qapıçıdır.

Belə ki, onun La Liqada 84,6% qənaət faizi var.

Ter Ştegen cari 2022-2023-cü illər mövsümündə Avropanın beş əsas liqasında fərqlənən rekorda imza atıb.

2022/23 mövsümündə Avropanın ilk beş liqasında ən çox qənaət faizi olan qapıçıların siyahısını təqdim edirik:

84,6% - Mark Andre ter Stegen

83,9% - Yehvann Diouf

82,3% - Nik Papa

82,1% - Gerónimo Rulli

82,0% - Kepa Arrizabalaga
 
Ardını oxu...
İtaliya A Seriyasında 19-cu turun oyunları davam edir.

Çempionatın iddialı kollektivlərindən olan “İnter” doğma meydanda “Empoli”nı sınağa çəkib.

Oyunun diqqətçəkən məqamlarından biri ev sahiblərinin Çindəki Yeni il səbəbindən xüsusi dizaynlı formalarda meydana çıxması olub.

Lakin məhz bu geyimlər komanda üçün heç də uğurlu olmayıb. Belə ki, ev sahibləri öz azarkeşləri önündə məğlubiyyətə uğrayıblar - 0:1.

Qeyd edək ki, tura çərşənbə axşamı “Latsio” – “Milan” matçı ilə yekun vurulacaq.

 
Ardını oxu...
“Barselona” La Liqada son 5 mövsümün ən yaxşı nəticəsini göstərib.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, komanda çempionatda 17 matçdan sonra 44 xal toplayıb. Kataloniya klubu sonuncu dəfə belə nəticəyə 2017/2018 mövsümündə imza atıb. O vaxt komanda 17 oyuna 45 xal qazanıb. Həmin mövsüm “Barselona” La Liqanın qalibi olub.

Hazırda da “Barselona” turnir cədvəlində liderdir.
Ardını oxu...
Qadınlar arasında Portuqaliya kubokunun 1/4 final mərhələsinin "Benfika" - "Sportinq" matçında hakim tarixdə ilk dəfə ağ vərəqə göstərib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Sport Bible” məlumat yayıb.
Oyun zamanı futbolçulardan biri xəstələnib və hər iki klubun həkim briqadaları meydana çıxıblar. Həkimlər idmançıya kömək etdikdən sonra hakim onlara təşəkkür olaraq ağ vərəqə göstərib.

Stadiondakı azarkeşlər hakimin bu qərarını alqışlarla qarşılayıblar.

Görüş "Benfika"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağ kartlar Portuqaliyada yeni bir təşəbbüsdür. Komandaları cəzalandırmaq üçün nəzərdə tutulan sarı və qırmızılardan fərqli olaraq, klubları ədalətli oyuna görə tərifləmək əvəzinə ağ vərəqə göstərilir. Yeni ideya idmanda etik dəyərləri təbliğ etmək məqsədi daşıyır.

 
Ardını oxu...
"Arsenal" Premyer Liqanın 21-ci turunda "Mançester Yunayted"i məğlub edib -3:2.

Hesabı 17-ci dəqiqədə Markus Reşford açıb. Edvard Nketia 7 dəqiqədən sonra hesabı bərabərləşdirib və Bukayo Saka 53-cü dəqiqədə “topçular”ı önə keçirib.

Lisandro Martinez tezliklə hesabı yenidən bərabərləşdirdi. 90-cı dəqiqədə Nketia dubl edib. Onun ikinci topu komandasına qələbədə qazandırıb.

Bu oyundan sonra “Arsenal” xallarını 50-yə çatdırıb və liderliyini davam etdirir.

 
Ardını oxu...
Braziliya millisinin üzvü Dani Alveş cinsi təcavüz ittihamı ilə İspaniya polisi tərəfindən Barselonada saxlanılıb.

Qol.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu polis maşını ilə məhkəməyə aparılıb. Braziliyalı müdafiəçinin gələcəyi ilə bağlı hakim qərar verəcək. Bundan əvvəl Alveş polis idarəsində ifadə verib.

Xatırladaq ki, bir qadın 39 yaşlı futbolçunu Barselondakı gecə klublarının birində ona cinsi təcavüz etməkdə ittiham edib.
 

Dünyapress TV

Xəbər lenti