Türkiyə basketbolçu Enes Kanter Fridomu axtarışda olan terrorçular siyahısına salıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir.
Fridomun adı Türkiyə Daxili İşlər Nazirliyinin beş səviyyəli rəng kodlu sistemi olan “Boz Siyahı” adlandırdığı siyahının ən aşağı, təxminən 26,600 dollara (500 min türk lirəsi) qədər mükafatın təklif olunduğu sırasındadır.
Türkiyənin Enes Fridomu siyahıya nə vaxt əlavə etdiyi bəlli deyil. Lakin o, çərşənbə axşamı Fox News-a müsahibəsində bu barədə Vatikanda basketbol düşərgəsində olarkən öyrəndiyini və Federal Təhqiqat Bürosu ilə əlaqə saxladıqdan sonra geri, ona Amerika Birləşmiş Ştatlarına dönməli olduğu deyildiyini bildirib.
“Türkiyə hökuməti ilk dəfədir ki, orada baş verən bəzi insan haqları pozuntuları və siyasi məhbuslar haqqında danışdığım üçün başıma mükafat qoyub və məni ən çox axtarılan terrorçular siyahısına salıb. Və bilirsiz, mən tək deyiləm. O siyahıda çox sayda jurnalist, akademik, professor və məşhurlar var” , Fridom Fox News-a bildirib.
Enis Fridom Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanı və ölkədəki insan haqları ilə bağlı vəziyyəti tənqid edib. O, Bayden administrasiyasını, digər Qərb və NATO liderlərini hərəkətə keçməyə çağırıb.
Türkiyə 2019-cu ildə ABŞ-da yaşayan din xadimi Fətulla Gülənlə əlaqələrinə görə terror qruplaşmasının üzvü olmaqda ittiham edərək, Enes Fridom barəsində həbs qərarı verib.
Adı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə hallanan Leo Messi qarşı tərəfdən heç bir təklif almayıb.
Teref.Az xəbər verir ki, bunu italiyalı insayder Fabritsio Romano söyləyib. 35 yaşlı hücumçu və ərəb klubu arasında danışıqlar olmayıb.
Argentinalı ulduz növbəti günlərdə müqavilənin yenilənməsi ilə bağlı PSJ rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda "Barselona"dan keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.\\Offsideplus.az
Sabah PSJ və “Əl Hilal” və “Əl Nəsr” ulduzlarının görüşünü izləmək üçün bir azarkeş 2,6 milyon dollara bilet alıb.
Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi bu biletə hərracda sahib olub.
Bileti satan adam isə həmin məbləği “Ehsan” adlı xeyriyyə cəmiyyətinə bağışlayacağını bildirib.
Alınan bilet matçı VIP zonadan izləmək, mükafatlandırma mərasimində iştirak etmək, komandaların paltardəyişmə otaqlarına getmək və oyunçularla söhbət etmək hüququ verir.
Qeyd edək ki, matç sabah saat 21:00-da başlayacaq. Kriştianu Ronaldo və Messinin üz-üzə gələcəyi görüşə maraq həddən artıq böyükdür.
"Dinamo"nun yarımmüdafiəçisi Arsen Zaxaryan bu qış "Çelsi"yə keçməyəcək.
Teref.az Apasport.az saytına istinadən xəbər verir ki, London klubu Rusiya əleyhinə sanksiyalara görə sövdələşməni başa çatdıra bilməyəcək. Bununla belə, mavilərin yarımmüdafiəçini yaxından izləməyə davam edəcəyi qeyd edilir.
Qeyd edək ki, Rusiya millisinin üzvü olan Arsen Zaxaryan son transfer pəncərəsində London klubuna keçməyə yaxın olsa da, tərəflər razılığa gələ bilməyib. Noyabrın sonunda Rusiya ermənisinin "Çelsi" ilə uzunmüddətli müqavilə imzaladığı barədə məlumatlar ortaya çıxmışdı.
PSJ-nin futbolçularının son matçlarda geyindiyi formaları formaları hərracda satılıb.
Qol.az xəbər verir ki, ümumilikdə 17 forma satılıb.
Belə ki, Lionel Messinin “Anje” ilə oyundakı formasını (2:0) çinli bir şəxs alıb. O, hərracın gedişində 22 min avrodan başlayaraq 7 mərc edib və 43 min 623 avro təklif edərək qalib olub.
Argentinalının forması bu hərracda satılan ən bahalı forma olub. Neymarın köynəyi alıcısına 7894 avroya, Kilian Mbappenin “Lans” (1:3) və “Strasburq” (2:1) ilə matçlardakı forması isə müvafiq olaraq 14,083 avro və 15,017 avroya başa gəlib.
Türkiyədə böyük maraqla izlənən "Survivor" yarışmasında iştirakçıların həftəlik qonorarı açıqlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcısı Acun Ilıcalının olduğu proqramın yeni mövsümə artıq start verilib. Bir çox məşhurların qatıldığı yarışmada iştirakçıların həftəlik qonorarı məlum olub. Ən yüksək qazancı isə müğənni Berdan Merdani alacaq.
“Qəbələ”nin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Teplitse”si ilə yoxlama oyunun sonlarında əlbəyaxa dava olub.
Tribunainfo.az xəbər verir ki, rəqib futbolçu ilə “Qəbələ”nin kapitanı Asif Məmmədov arasında yaşanıb. Daha sonra komandaların digər futbolçuları da davaya qarışıblar. Görüşün baş hakimi isə davanı sakitləşdirməyin həll yolunu qarşılaşmanı 89-cu dəqiqədə başa vurmaqda görüb. Bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Real Madrid”in “Barselona” ilə oynadığı İspaniya Superkuboku uğrunda final oyunu başa çatıb.
“Report” xəbər verir ki, komandalar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda üz-üzə gəlib.
Matçın baş hakimi Rikardo De Burqos Benqoeçenin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.
Oyunun ilk yarım saatı komandalardan birinin aşkar üstünlükləri olmadan keçib. Lakin 33-cü dəqiqədə meydanın mərkəzində madridlilərin boşluğundan sonra kataloniyalıların hücuma qaçması Robert Levandovskinin ötürməsindən sonra Qavinin qolu ilə nəticələnəndə hər şey alt-üst olub. Kataloniyalılar tempi azaltmayıb və birinci hissənin sonuna kimi üstünlüklərini artıra biliblər - bu dəfə Levandovski qol vurub, Qavi isə ötürmə edib.
İkinci hissədə Xavinin yetirmələri madridlilərə hücumlarını zərbəyə vurmaqla yekunlaşdırmağa imkan verməyərək qarşıdurmanın gedişinə inamla nəzarət ediblər. Nəticədə “Barselona” daha bir qol vurub - 69-cu dəqiqədə Qavinin ötürməsindən sonra Pedri hesabı darmadağın halına gətirib. 90+3-cü dəqiqədə “Real Madrid” Kərim Benzemanın qolu sayəsində hesabdakı fərqi azaltsa da, bu, komandasını məğlubiyyətdən xilas edə bilməyib. “Barselona” 3:1 hesabı ilə qalib gələrək İspaniya Superkubokunu qazanıb.