Ardını oxu...
Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

O bildirib ki, II Liqadan “Diyarbakırspor”, III Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un tələbi müsbət cavablandırılıb.

Federasiya prezidenti eyni zamanda “Sivas Belediyespor”, “Tarsus İdmanyurdu” və “Niğdespor”un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin çempionatlarında son sıralarda qərarlaşdıqları üçün onların tələbi qəbul edilməyib.

Qeyd edək ki, buna qədər “Hatayspor” və “Qaziantep”in Super Liqada, “Yeni Malatyaspor”la “Adanaspor”un I Liqada, “Adıyaman”ın II Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə III Liqada çıxış etməyəcəyi bildirilib.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.
Ardını oxu...

İspaniyalı jurnalist Jerar Romero əmindir ki, Messi cari mövsümün sonunda PSJ-dən ayrılacaq.

Onun sözlərinə görə, hazırda Lionelin üç mümkün transfer istiqaməti var:

1. MLS. Uzun müddətdir mətbuatda argentinalının karyerasının sonunda “İnter Mayami”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

2. Argentina çempionatı. Romero Leonun vətəninə qayıtma ehtimalını 50% qiymətləndirir. Çox güman ki, futubolçu “Nyuells Old Boyz”u seçəcək.

3. “Barselona”. Romeronun fikrincə, Messinin bir mövsüm onu ​​əfsanəyə çevirən kluba qayıtması şansı azdır.

Qeyd edək ki, beş aydan sonra dünya çempionu azad agent olacaq. Leo ilə danışıqlar hələ də başa çatmayıb, lakin PSJ-nin argentinalının yaxınları ilə daim əlaqə saxladığı barədə məlumatlar var.
Ardını oxu...
“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir”.

Bunu Argentina millisi və PSJ-nin ulduzu Leo Messi sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, UNICEF uşaqları qorumaq üçün ilk gündən ərazidə işləyir.

“Ürəyim onların yanındadır. Sizin köməyiniz çox dəyərlidir!”, - deyə furbolçu qeyd edib.
Ardını oxu...
FIFA 2022-ci ilin ən yaxşı kişi və qadın futbolçusu nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, 3 nəfərlik yekun siyahıda aşağıdakı qolkiperlər yer alıblər:

Kişi futbolçular

1. Kərim Benzema (Fransa / "Real Madrid")

2. Lionel Messi (Argentina / PSJ)

3. Kilian Mbappe (Fransa / PSJ)

Qadın futbolçular

1. Bet Mid (İngiltərə / "Arsenal")

2. Aleks Morqan (ABŞ / "San Dieqo Veyv")

3. Aleksiya Putelyas (İspaniya / "Barselona")

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.
Ardını oxu...
 
Ardını oxu...
Türkiyə millisinin oyunçusu Merih Demiral Kriştianu Ronaldu, Dybala və Bonuccinin ona hədiyyə etdiyi formaları satışa çıxarıb. Qısa saatda formaların biri satılıb. Ronaldonun futbol geyim forması 5 milyon türk lirəsinə alınıb. Futbolçu həmin pulu zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə AHBAP təşkilatının hesabına köçürüb.
Digər iki futbolçunun formaları isə hazırda açıq satışa qoyulub. Ondan əldə edilən pullar da zərərçəkənlərə ödəniləcək.
Teref.az
Ardını oxu...
Türkiyənin milli basketbolçusu Furkan Korkmazın zəlzələdən zərərçəkənlər üçün başlatdığı yardım kampaniyasına komanda yoldaşı, “Filadelfiya 76ers”in oyunçusu Ceyms Harden də qoşulub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Furkan tviter hesabından məlumat paylaşıb.

Korkmaz açıqlamasında “Hardenlə də danışdım. O, bizim dərdimizə şərik olduğunu və nə lazımdırsa etmək istədiyini bildirdi. Onun imzalı formasını da hərracla satışa çıxarırıq. Əldə olunacaq gəlir zəlzələ bölgəsində istifadə etmək üçün Ahbap Dərnəyinə göndəriləcək”, - deyə qeyd edib.
 
 
 
Ardını oxu...
“Qalatasaray” klubu yeni transferi Nikolo Zaniolonun yer aldığı bir paylaşım edib.

Paylaşımda zəlzələdə həyatını itirən 17 yaşlı “Qalatasaray” tərəfdarı Muhammed Emin Özkan da anılıb. Özkan Zaniolo üçün hazırladığı video ilə gündəm olmuşdu.

“Muhammed və bütün türk xalqı üçün çox kədərliyəm. Mən dəstək üçün əlimdən gələni etdim. Gəlin hamımız töhfə verək və birlikdə əvvəlkindən daha güclü olaq”, - deyə “Qalatasaray”ın yeni transferi Nikolo Zaniolo bildirib.

Qeyd edək ki, “Qalatasaray” tərəfdarı olan 17 yaşlı Muhammed Emin Özkan dağıntılar altında qalaraq həyatını itirib. Gənc fanatın “Twitter”də Nikolo Zaniolo üçün hazırladığı montaj videosu diqqət çəkmişdi. Bu görüntülər “Qalatasaray”ın hazırladığı videoda da paylaşılıb.

Həmçinin Zaniolonun Məhəmməd üçün 17 nömrəli formanı da geyinəcəyi bildirilib.

“Həyatını itirən vətəndaşlarımızı hörmətlə yad edirik, heç birinizi unutmayacağıq!

Fəlakət bölgələrinə çatdırılmaq üçün Nef Stadionunda və “Qalatasaray” Taçspor müəssisələrində yardımlarınızı gözləyirik”, - deyə “Qalatasaray”dan qeyd edilib.
 
Ardını oxu...
FIFA 2022-ci ilin ən yaxşı kişi baş məşqçisi nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda 3 mütəxəssis yer alıb.

Finalçılar bunlardır: Karlo Ançelotti (İtaliya / "Real Madrid"), Xosep Qvardiola (İspaniya / "Mançester Siti"), Lionel Skaloni (Argentina millisi).

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.
 
Ardını oxu...
UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində vurduğu qolları səsverməyə çıxarıb.

Qol.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumu Konfrans Liqasının rəsmi İnstaqram hesabında paylaşım edib.

Səsverməyə çıxarılan qollar arasında Marko Yankoviç, Ovusu Kvabena və Abdullah Zubirin “Nant”a (ev oyunu, 3:0), həmçinin Ovusu və Ramil Şeydayevin “Olimpiakos”a vurduğu qollar (səfər oyunu, 3:0) yer alıb.

UEFA paylaşımını belə şərh edib: “Qarabağ”ın ən çox bəyəndiyiniz qolu hansıdır?”

Qollara buradan baxa bilərsiniz.
Ardını oxu...
“Trabzonspor” klubunun keçmiş futbolçusu Volkan Kahraman qətlə yetirilib.

Teref.Az xəbər verir ki, o, Avstriyada küçədə başından güllələnib.

Mənbənin məlumatına görə, 43 yaşında dünyasını dəyişən futbolçu tanışı tərəfindən öldürülüb. O, yeməkxanada bir nəfərlə qızğın mübahisə edib. Mübahisədən sonra küçəyə çıxan şəxsin silahını çıxararaq Kahramanı başından vurduğu iddia edilib. Mübahisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

1990-cı illərin sonlarında Avstriya futbolunun ən böyük istedadlarından biri hesab edilən Volkan Kahraman peşəkar karyerasına “Feyenoord”da başlayıb. Daha sonra Niderlandın birinci liqasında çıxış edən “Excelsior Rotterdam”da 3 mövsüm oynayıb. Avstriya Bundesliqasında “Paşinq” üçün iki uğurlu mövsüm keçirdikdən sonra 2002-ci ildə sözügedən ölkənin milli komandasına çağırılıb. O, Avstriya yığmasında üç oyun keçirib.

Vyanada türk mühacir ailəsində anadan olan keçmiş yarımmüdafiəçi 2000-ci ildə “Trabzonspor”a keçib. Oradan 2001-ci ildə “Ərzurumspor”a icarəyə verilən Kahraman daha sonra 2001-ci ildə yenidən “Paşinq”ə transfer olunub. O, karyerasının son illərini Avstiyanın aşağı liqa komandalarında keçirib.

Volkan Kahraman 2011-ci ildən məşqçiliyə başlayıb. 2015-2018-cı illərdə azərbaycanlıların Avstriyada yaratdıqları və III Liqada çıxış edən “Qarabağ Vyana” komandasında direktor, daha sonra baş məşqçi kimi çalışıb.\\Fanat.az
 

Dünyapress TV

Xəbər lenti