“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir”.Bunu Argentina millisi və PSJ-nin ulduzu Leo Messi sosial şəbəkə səhifəsində yazıb.O bildirib ki, UNICEF uşaqları qorumaq üçün ilk gündən ərazidə işləyir.“Ürəyim onların yanındadır. Sizin köməyiniz çox dəyərlidir!”, - deyə furbolçu qeyd edib.