Ardını oxu...
Türkiyədə futbol liqaları 3-4 marta qədər təxirə salınıb.

Cebhe.info xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlayıb.

“Ağrımız böyükdür. Ona görə də matçlarımıza martın 3-4-dən başlamaq qərarına gəldik. "Hatayspor" klubu bu gün məktub göndərib. O, bu mövsüm oyunlarında iştirak etməyəcəyini bizə bildirdi. "Qaziantep" FK da liqadan çıxmaq istəsə, bu iki klubun hüquqlarının qalması şərti ilə liqaya 17 komanda ilə davam etməyi planlaşdırırıq",-deyə o bildirib.

Qeyd edək ki, zəlzələdən sonra Türkiyə Futbol Federasiyası ilk açıqlamasında matçların fevralın 17-də oynanılacağını açıqlamışdı.
Ardını oxu...
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatını təşkil etməyə iddialıdır.

Fanat.Az "Politico"ya istinadən xəbər verir ki, səudiyyəlilər bunun üçün hər şeyə getməyə hazırdır.

Mənbənin məlumatında qeyd olunur ki, sözügedən ölkə hətta birgə müraciət xatirinə Yunanıstan və Misirdəki idman obyektlərinin tikinti xərclərini də ödəməyə razıdır.

Bunun müqabilində səudiyyəlilər dünya çempionatının oyunlarının 75 faizinin öz torpaqlarında keçirilməsini xahiş edirlər. Bu təklifin qəbul edilib-edilmədiyi hələlik məlum deyil. Amma indi bu üç ölkə birgə ərizə üzərində işləyir.

Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün əsas rəqibləri - Avropadan İspaniya, Portuqaliya, Ukrayna, Cənubi Amerikadan isə Argentina, Uruqvay, Paraqvay və Çilidir.
 
 
 
Ardını oxu...
İngiltərə Premyer Liqasında VIII turdan təxirə salınmış bir görüş keçirilib.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Lids”lə qarşılaşıb.

Oyunda hesab erkən açılıb. 1-ci dəqiqə qonaqların heyətində Qnonto fərqlənib. “Qırmızı şeytanlar” ikinci hissəyə də məyus başlayıblar. 48-ci dəqiqədə Rafael Varan avtoqolla yorkşirliləri hesabda önə çıxarıb.

Bununla belə özündə güc tapan “manukunianlar” hesabda tarazlıq yarada biliblər. 62-ci dəqiqədə Markus Reşford, 70-ci dəqiqədə isə Ceydon Sanço fərqlənərək status-kvonu bərpa edib.

Oyunda başqa qol olmayıb.

Bu nəticə ilə xallarının sayını 43-ə yüksəldən “Mançester Yunayted” 3-cü pillədə qalıb. “Lids” isə 19 xalla 16-cıdır.

 
Ardını oxu...
Türkiyə millisinin və İtaliya "Yuventus"unun futbolçusu Merih Demiral portuqaliyalı hücumçu şəxsi kolleksiyasında yer alan Kriştianu Ronaldunun imzalı formasını hərraca çıxarıb.
Bakupost.az xəbər verir ki, bu barədə 25 yaşlı müdafiəçi özünün tviter səhifəsində paylaşım edib.
O, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atdığını bildirib:
"Ronaldu ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq".
Ardını oxu...
“Nyukasl”ın keçmiş yarımmüdafiəçisi Kristian Atsu dağıntılar altından xilas edilib.

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra “Hatayspor”un futbolçusu dağıntılar altında qalmışdı.

Məlumata görə, artıq xilasedicilər onu taparaq xəstəxanaya göndərə biliblər. Bildirilir ki, qanalı futbolçu nəfəs almaqda çətinlik çəkir, onun sağ ayağında zədə var.

Qeyd edək ki, bundan öncə “Hatayspor”un daha 3 futbolçusu - Burak Öksüz, Bertuğ Yıldırım və Kərim Alıcı, həmçinin məşqçilər korpusunun iki üzvü - Ekrem Ekşioğlu və Osman Ateş də xilas edilib.

Klubun idman direktoru Taner Savutun taleyi isə naməlum olaraq qalır. Xilasedicilər axtarışları davam etdirirlər.

Mənbə: turkiyegazetesi.com.tr
 
Ardını oxu...
İspaniyanın “Real Madrid” klubu Türkiyə və Suriyada baş vermiş zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.Klub prezidentinin, İdarə Heyətinin təbii fəlakətlə bağlı narahatlıq və həmrəylik nümayiş etdirdiyi bildirilib.

Hazırkı ölkə çempionu dünyasını dəyişənlərin yaxınlarına səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.
 
Ardını oxu...
Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaşın karyerasını “Qəbələ”də davam etdirəcəyi dəqiqləşib.

Bunu “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XXI turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra 25 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını söyləyib. O, hazırda Qəbələdə olan pleymeykerə böyük ümidlər bəsləyir:

“Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.

Qeyd edək ki, Ayyub Allaşın son klubu Belçika təmsilçisi “Virton” olub.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun supertransferi Kriştiano Ronaldo etimadı doğrulda bilmir.

Teref.az offsideplus.az-a istinadən xəbər verir ki, bu gün 38-ci yaşına keçən portuqaliyalı hücumçu S.Ərəbistanı çempionatında çıxdığı 2 oyunda cəmi 1 qol vurub, onu da penaltidən.

Buna görə də sözügedən ölkə mətbuatında ulduz futbolçunun əleyhinə yazılar yazılmağa başlayıb. Məqalələr isə "Bu Ronaldu artıq "bitib", "Real"dakı Ronaldu hardadır?", "Ronaldonu axtarırıq", - başlıqları ilə dərc olunur.

Artıq "Əl Nəsr" fanatları da sosial şəbəkələrdə Kriştianodan narazılıqlarını dilə gətirirlər.

Xatırladaq ki, forvard "Əl Nəsr"lə 2,5 illik müqavilə üçün anlaşıb. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq.
 
 
 
Ardını oxu...
Fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirin püşkü atılıb.

Mərasimdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

60 kq

Balabəy Ağayev - Mateus Takaki (Braziliya)/Petros Çristodoulides (Kipr) cütlüyünün qalibi

66 kq

Yaşar Nəcəfov - Cerard Kadet (Haiti)/An Cehonq (Koreya) qarşılaşmasının qalibi

73 kq

Nurlan Osmanov - İdo Levin (İsrail)

81 kq

Elcan Hacıyev - Medikson Del Obre Kortorreal (Dominikan)

Zelim Tçkayev - Pavel Drzmal (Polşa)

90 kq

Murad Fətiyev - Aydar Arapov (Qazaxıstan)

100 kq

Zelim Kotsoyev - Sedrik Olivar (Fransa)

+100 kq

Uşangi Kokauri - Mark Desçenes (Kanada)/ Voytsex Kordyalik (Polşa) cütlüyünün qalibi

Camal Qamzatxanov - Bubakar Mane (Qvineya-Bisau)

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
 
 
 

Dünyapress TV

Xəbər lenti