Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatını təşkil etməyə iddialıdır.
Fanat.Az "Politico"ya istinadən xəbər verir ki, səudiyyəlilər bunun üçün hər şeyə getməyə hazırdır.
Mənbənin məlumatında qeyd olunur ki, sözügedən ölkə hətta birgə müraciət xatirinə Yunanıstan və Misirdəki idman obyektlərinin tikinti xərclərini də ödəməyə razıdır.
Bunun müqabilində səudiyyəlilər dünya çempionatının oyunlarının 75 faizinin öz torpaqlarında keçirilməsini xahiş edirlər. Bu təklifin qəbul edilib-edilmədiyi hələlik məlum deyil. Amma indi bu üç ölkə birgə ərizə üzərində işləyir.
Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün əsas rəqibləri - Avropadan İspaniya, Portuqaliya, Ukrayna, Cənubi Amerikadan isə Argentina, Uruqvay, Paraqvay və Çilidir.