Ardını oxu...
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.

***
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.
Ardını oxu...
1/8 final oyunlarına təyinatlar açıqlandı
Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.


Oyunlar Bakı İdman Sarayında keçiriləcək.

Azərbaycan kuboku
1/8 final
15 mart

Saat 16:00 Record – U-17
Hakimlər: Şakir Quliyev, Məmmədəli Kərimov, Ziya Nəsirov
Hakim-inspektor: Füzuli Nəcəfov

16 mart

Saat 15:30 Alyans – U-19
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov

Saat 17:30 Baku Fire – Dalğa
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov

Saat 19:30 Şamaxı – Flaqman
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Rza Məmmədov
Hakim-inspektor: Elçin Səmədli

Saat 21:30 Baku Fire-3 – Rəvan
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov
Hakim-inspektor: Mehman Mahmudov

17 mart

Saat 18:00 ADBTİA – Araz – Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Kənan Məlikov
Hakim-inspektor: Azad Hüseynov

Saat 20:00 Neftçi İK – Advokat
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Əli Cəbrayılov
Hakim-inspektor: Mehman Mahmudov

Saat 22:00 Baku Fire-2 – MUM
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov
Ardını oxu...
Ukrayna 2030-cu il dünya çempionatına ev sahibliyi etməyəcək.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, yerli futbol assosiasiyası ötən ilin sonlarında İspaniya və Portuqaliya ilə birgə mundialı qəbul etmək üçün FIFA-ya müraciət ünvanlasa da, sonradan namizədliyini geri götürüb.

Ukraynanı Mərakeşin əvəz edəcəyi gözlənilir. Ölkə kralı VI Məhəmməd "Onefootball" nəşrinə açıqlamasında bildirib ki, bu, Afrika və Avropa xalqlarını birləşdirəcək görünməmiş təklifdir.
Ardını oxu...
“Qarabağ” və “Qalatasaray”ın xeyriyyə oyununda üz-üzə gələcəyi dəqiqləşib.

Pressklub.az xəbər verir ki, matçın tarixi və keçiriləcəyi məkan da bəllidir. Komandalar millilərin oyunları ilə bağlı yaranacaq fasilə dövründə üz-üzə gələcək. Görüş martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:00-da başlayacaq.

Oyundan əldə olunan vəsait Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım fonduna köçürüləcək.
 
Ardını oxu...
Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) 2023-cü ilin iyununda keçiriləcək ilk çempionatında çıxış edəcək.

Bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat katibi Faridun Saliyev məlumat verib.

“Rusiya komandası bu il iyunun 9-dan 21-dək keçiriləcək Mərkəzi Asiya Futbol Assosiasiyasının kişilərdən ibarət milli komandalarının iştirakı ilə keçiriləcək birinci çempionatında iştirak edəcək”, – deyə “Match TV” Saliyevdən sitat gətirib.

Qeyd olunub ki, futbol assosiasiyasının bütün altı üzvü – Tacikistan, İran, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Əfqanıstan çempionatda iştirakını təsdiqləyib. CAFA yeni turnirə daha bir Asiya komandası dəvət edib.

UEFA və FIFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmasının və klublarının öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdə iştirakını dayandırıb.
 

“Qarabağ”ın Suraxanı qəsəbəsində yerləşən stadionu acınacaqlı durumdadır.

Aut.az xəbər verir ki, klub rəhbərliyi stadiona, demək olar ki, nəzarət etmir. Böyük ehtimalla, stadionun təmizliyinə cavabdeh şəxslər yoxdur. Ya da bu şəxslərə o qədər az məvacib verirlər ki, onlar təmizlik işlərini görmürlər.

“Qarabağ” rəhbərliyinin xəsisliyi bəllidir. Söhbət o rəhbərlərdən gedir ki, 3-cü qrup əlili 50 manata görə işdən getməyə vadar ediblər.

Təqdim etdiyimiz bu şəkil Suraxanıdakı stadiondan oyun zamanı çəkilib. Çirkab içində olan F-1 sektorundakı bu oturacaqlara biletin qiyməti isə 10 manatdır. 10 manat verib bilet alan hansı azarkeş orada oturar? Deməli, “Qarabağ”ın oyununa gələn hər bir azarkeş özü ilə “şvabra” da gətirməlidir. Yoxsa ayaq üstə qalmalı olacaq.

Ardını oxu...
Türkiyə III Liqa klubu “Kestelspor”un avtobusu qəzaya düşüb.

Hadisə Alanyada baş verib. Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəqliyyat vasitəsi baryerə dəyərək aşıb.

Qəza nəticəsində 14 futbolçu xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün əməliyyat ediliblər.
Ardını oxu...
Ardını oxu...
Mənbə: "Fotomac"
Ardını oxu...
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, günün ikinci seansında daha 4 qarşılaşma keçirilib.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə münasibətlərinə aydınlıq gətirib. Matçda qalib müəyyənləşməyib - 1:1. “Başakşehir”dən Stefano Okakaya qarşı tərəfdən Gift Emmanuel Orban cavab verib.

Türkiyənin turnirdəki digər təmsilçisi “Sivasspor” “Fiorentina”nın qonağı olub. Qarşılaşma İtaliya klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Antonin Barak vurub.

Digər oyunlarda İsveçrənin “Bazel” klubu Slovakiya “Slovan”ı (Bratislava) ilə 2:2 hesablı heç-heçəyə razılaşıb, Polşa “Lex”i isə öz meydanında İsveç təmsilçisi “Yurqorden”ə qalib gəlib - 2:0.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

9 mart

00:00. “Gent” (Belçika) - “Başakşehir” (Türkiyə) - 1:1

Qollar: G.Orban, 35 - S.Okaka, 16

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə) – 1:0

Qol: A.Barak, 69

00:00. "Lex" (Polşa) - "Yurqorden" (İsveç) - 2:0

Qollar: A.Miliç, 39, F.Marçvinski, 82

00:00. "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya) – 2:2

Qollar: Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 70

23:58

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları keçirilir.

Oxu.Az-ın məlumatına görə, ikinci oyun gününün ilk seansında daha üç qarşılaşma baş tutub.

İngiltərənin “Vest Hem” klubu Kiprdə Larnaka AEK-inin qonağı olub. Matç ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu ilk hissədə Maykl Antonio vurub.


“Nitsa” (Fransa) Moldovada “Şerif”in qonağı olub. Fransızlar rəqib meydanında minimal hesabla qələbə qazanıb – 1:0. Yeganə qolu 45+3-cü dəqiqədə Ayub Amraui vurub.

İspaniyanın “Vilyarreal” klubu isə Belçikada “Anderlext”in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. İspanlar 28-ci dəqiqədə Manu Triqerosla hesabı açsalar da, meydan sahiləri ikinci hissədə tarazlığı təmin etməyi bacarıblar.


UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə) - 0:2
Qollar: M.Antonio, 36, 45+2

21:45. “Şerif” (Moldova) - “Nitsa” (Fransa) - 0:1
Qol: Ayub Amraui, 45+3

21:45. “Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya) - 1:1
Qollar: A.Dreyer, 57 - M.Triqeros, 28

Qeyd edək ki, 1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “AZ Alkmar” komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2.
 

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsini ikinci pillədə bitirməyə layiq idi. Onlara qalib gələ bilirsənsə, fəxr etməlisən”.

“Report” “Nieuwsblad” nəşrinə istinadən xəbər verir ki, bunu “Gent”in baş məşqçisi Heyn Vanhazebruk Belçikada Türkiyənin “Başakşehir” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis “köhlən atların” qrupdakı sonuncu matçda Almaniyanın “Frayburq” komandası ilə heç-heçə (1:1) etdiyini xatırladıb.

Vanhazebruk 1/4 finala vəsiqə qazana biləcəklərini söyləyib: “Başakşehir” bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər. Amma “Qarabağ”ı da gözardı etməməliyik. UEFA Çempionlar Liqasının ilkin mərhələlərində üç ölkənin çempionunu mübarizədən kənarlaşdırmışdılar”.

Qeyd edək ki, bu gün keçiriləcək “Gent” – “Başakşehir” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 
 
Ardını oxu...
Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, bu gün bir qarşılaşma keçirilib.

İtaliyanın “Latsio” klubu doğma meydanda Niderland “AZ Alkmar”ı ilə qarşılaşıb.

Görüş “Zanbaqlar ölkəsi” təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 18-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Pedro açsa da, romalılar üstünlüyü qorumağı bacarmayıb. İlk hissədə Vangelis Pavlidis hesabı bərabərləşdirib. Fasilədən sonra isə Miloş Kerkez niderlandlıların qələbə qolunu vurub.

Komandalar arasında cavab oyunu martın 17-də keçiriləcək.

 

Dünyapress TV

Xəbər lenti