Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.
"Sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.
4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.
Son 50 ildə futbol üzrə dünya çempionatının qalibinə təqdim edilən məşhur kubok İtaliyanın Milan şəhəri yaxınlığındakı Paderno Duqnanodakı müəssisələrin birində istehsal olunur.
18 karatlıq qızıldan hazırlanan bu kubokun hündürlüyü 39 santimetr, çəkisi 6,2 kiloqramdır.
Dizaynı italyan heykəltaraş Silvio Qazzaniqa tərəfindən hazırlanmış kubok 1973-cü ildə nümayiş etdirilib və ilk dəfə 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi dünya çempionatında qalibə təqdim olunub.
Unikal görünüşə malik kubok final matçının sonunda təşkil edilən mərasimdə qalib komandaya verilir.
Maraqlı məqam ondan ibarətdir ki, qalib gələn komanda kubokun qızıl ilə örtülmüş nüsxəsini alır, kubokun əsli isə həmişə FIFA-nın ixtiyarında qalır.
Sahibinə kubok yalnız müxtəlif təntənəli mərasimlər zamanı müvəqqəti təqdim edilə bilər.
Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında qrupda 1-ci yeri tutmaq arzusunda olduğunu açıqlayıb. Portuqaliya 6 xalla H qrupuna başçılıq edir, Qana 2-ci yerdədir (3 xal). Son turda portuqallar Cənubi Koreya ilə qarşılaşacaq.
“Pley-off təmin olunub, lakin biz 1-ci yeri tutmaq istəyirik. Bu komanda üçün və bizim məqsədlərimiz üçün heç bir məhdudiyyət yoxdur. Gəlin daha artığını edək! Portuqaliya, irəli!”, - hücumçu sosial şəbəkədə yazıb.
Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.
Son turda Tunis yığması ilə qarşılaşan “xoruzlar” rəqibinə uduzub – 0:1.
Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.
Ötən gün dünya çempionatının qrup mərhələsində keçirilən Portuqaliya – Uruqvay oyununda vurulan ilk qol müzakirələrə səbəb oldu.
Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolun müəllifini dəyişib.
Qeyd edək ki, Portuqaliya oyunu 2:0 hesablı qələbə ilə bitirib. Birinci qol epizodunda Ronaldu topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qolun müəllifi Ronaldu göstərilsə də, sonradan FIFA qolu Fernandeşin adına yazıb. Belə ki, FİFA topa yerləşdirilmiş çip analizinin Ronaldonun topa toxunmadığını göstərdiyini açıqlayıb.
Bruno Fernandeş fərqlənən futbolçu kimi qeyd olunub. Lakin bu gün də xarici mətbuat qolun Ronaldo və ya Bruno tərəfindən vurulduğunu müzakirə edir və ortaya faktlar, fotolar qoyulur.
Məsələ ilə bağlı Kriştianu Ronaldo açıqlama verib. O matçdan sonra soyunub-geyinmə otağından məşhur jurnalist Pier Morqana mesaj göndərib: “Fikrimcə, qolu mən vurmuşdum. Topa toxunduğumu hiss etdim”.
Bruno Fernandeş də qolla bağlı danışıb. O bildirib ki, Kriştianu Ronaldo onun etdiyi ötürmə zamanı topa toxunub: “Təklif edirəm ki, qol Ronaldonun adına yazılsın. Çünki həmin vaxt o, topa toxundu”.
Portuqaliya Futbol Federasiyası da dünya çempionatında Uruqvayın qapısından keçirilən birinci qolun məhz Kriştianu Ronaldu tərəfindən vurulması barədə FIFA-ya sübutlar təqdim edib.
Qeyd olunur ki, bu qolun müəllifliyi ilə bağlı yekun qərarı FIFA-nın texniki komissiyası verəcək.
Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatında futbol qarşılaşmaları davam etdiyi müddətdə bir çox ulduz və ulduz olmağa namizəd futbolçular hələ də məşqçilərindən forma gözləyir.
Çempionatda bir dəqiqə belə oynadılmayan, meydana çıxarılmayan və unudulan futbolçuların adları açıqlanıb.
Bu oyunçular sırasında Lukas Torreyra (Uruqvay), Vitinha (Portuqaliya), Xavi Simons (Hollandiya), Luka Joviç (Serbiya), Ter Steqen (Almaniya), Kamavinqa (Fransa), Alexander Arnold (İngiltərə), Dani Alves (Braziliya), Fabinho (Braziliya), Juan Foyt (Argentina), Angel Korrea (Argentina), Paulo Dibala (Argentina), Pablo Sarabia (İspaniya), Ansu Fati (İspaniya) kimi futbolçuların adları var.
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü tura start veriləcək.
Teleqraf.com xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.
B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.
DÇ-2022
Qrup mərhələsi, III tur
29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
19:00. Niderland - Qətər
Ətraflı Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
23:00. İran - ABŞ
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.