“Barselona” nümayəndələri PSJ-nin hücumçusu Lionel Messini transferi ilə bağlı İspaniya çempionatının rəhbərliyi ilə görüş keçirəcəklər.
Qol.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Mənbənin məlumatına görə, Kataloniya rəhbərliyi maliyyə feyr-pleyi çərçivəsinə sığmağa imkan verəcək plan hazırlayıb.
Hazırda argentinalının transferində çətinlik ondan ibarətdir ki, La Liqanın qaydalarına görə, klublar yeni transferlərdən əvvəl maaşları xeyli azaltmalıdırlar.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” aprelin 3-dən 9-a kimi Messiyə təklif göndərmək niyyətindədir.
Qeyd edək ki, Messi 2021-ci ilin yayından Fransa klubunda çıxış edir. Onun PSJ ilə mövcud müqavilə 2022/23 mövsümünün sonuna kimi hesablanıb. Messi 2004-2021-ci illərdə “Barselona”da oynayıb.