Qətl baş verən Olimpiya Kompleksində daha bir qalmaqal -
Ötən il qətl hadisəsi baş verən Şağan Olimpiya İdman Kompleksində növbəti qalmaqal yaşanıb.

Hurriyyet.Az xəbər verir ki, aprelin 8-də kompleksdə peşəkar boks üzrə reytinq döyüşü keçirilib. Boksçulardan Ağacan Dərgahovla Sənan Mehdiyev arasında keçirilən döyüşün nəticələri qalmaqala səbəb olub.

Hadisənin şahidləri iddia edir ki, döyüş Ağacan Dərgahovun üstünlüyü ilə keçib. Lakin hakim Anar Nağdiyev bunu görməzdən gəlib və onun rəqibinə xal verib. Bu da döyüşün bərabərliklə başa çatmasına səbəb olub.

Ağacan Dərgahovun elə rinqdəcə buna etiraz etməsi onun məşqçisini və azarkeşlərini ayağa qaldırıb. Onlar hakimin ədalətsilik etdiyini və dərhal buna son qoyulmasını tələb ediblər. Qarşı tərəfin heç bir tədbir görməməsi insidentin daha da böyüməsinə səbəb olub.

Hətta hadisə yerinə polisin çağırıldığı da bildirilir.

Şahidlər redaksiyamıza videogörüntü də göndərirlər. Görüntülərdə Ağacan Dərgahov və onun məşqçisi Ramin Məmmədzadənin hakimlərə etiraz etdiyi, zalda qalmaqal yaşandığı aydın şəkildə görünür.

Xatırladaq ki, ötən il də Şağan Olimpiya İdman Kompleksində qətllə nəticələnən qalmaqal baş vermişdi. "Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirmişdi.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti