Ardını oxu...
“Qarabağ" Türkiyənin "Qalatasaray" klubunun Azərbaycan üçün ünvanladığı təşəkkür mesajına cavab verib.

Manset.az xəbər verir ki, Ağdam klubunun “Twitter” hesabında klub prezidenti Tahir Gözəlin fikirlərinə yer verilib.

Funksioner Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın izlədiyi qardaşlıq matçında tribunalarda 62500 azarkeşin olduğunu vurğulayıb: "Azərbaycan - Türkiyə qardaşlığını, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdik".

Tahir Gözəl qarşılaşmadan əldə olunan gəlirin Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcəyini xatırladıb: "Bunun acılarımızı bir az olsun, yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin seçilən camiələrinin ən qısa zamanda yenidən bir araya gələcəyinə ümid edirik".

Xatırladaq ki, komandalar arasında Bakı Olimpiya Stadionundakı xeyriyyə qarşılaşması "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardını oxu...
Daha əvvəl məlum olub ki, BOK İcraiyyə Komitəsi Rusiya və Belarusdan Ukraynaya qarşı müharibəni dəstəkləməyən idmançıların Olimpiadada iştirakına icazə verilməsini tövsiyə edib. Onların neytral bayraq altında çıxış edə biləcəkləri güman edilir. Bu, sadəcə olaraq, BOK-un son müzakirələrdən irəli gələn tövsiyəsidir və rəsmi qərar daha sonra veriləcək. Lakin vurğulanır ki, Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakından söhbət getməyib. Bu məsələ də sonra müzakirə olunacaq.

Qaynarinfo xəbər verir ki, "Insider” BOK-a Rusiya və Belarus idmançılarının Olimpiadada iştirakına icazə veriləcəyi təqdirdə hansı meyarların nəzərə alınacağı ilə bağlı sorğu göndərib.

Təşkilat aşağıdakı cavabı göndərib:

"Bütün müvafiq hallar, xüsusən də ictimai bəyanatlar, o cümlədən sosial mediada edilənlər, müharibə leyihə nümayişlərdə və ya tədbirlərdə iştirak, Z simvolu kimi Ukraynada müharibəni dəstəkləyən hər hansı simvolun nümayişi nəzərə alınmalıdır.

Bu meyarların izahının razılaşdırılmasını təmin etmək üçün Beynəlxalq İdman Federasiyaları qərarlar qəbul etmək üçün öz assosiasiyalarının (Beynəlxalq Yay və Qış Olimpiya Federasiyaları Assosiasiyası, BOK tərəfindən tanınan Beynəlxalq İdman Federasiyaları Assosiasiyası) himayəsi altında vahid müstəqil komitənin yaradılmasını nəzərdən keçirməlidir”.

Xatırladaq ki, BOK yanvarın sonunda Rusiya və Belarus idmançılarının yarışlara buraxılması ilə bağlı təkliflə çıxış edib. Söhbət antidopinq qaydalarına əməl edən və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləməyənlərdən gedir. Ukrayna prezidenti Volodimir Zelenski buna qarşı çıxıb və Rusiyanın Paris Olimpiadasında iştirakının "zorakılıq aktı” olacağını deyib.
Ardını oxu...
Avropa Super Liqasının start götürəcəyi tarix açıqlanıb.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, turnir 2025-ci ildən keçirilməyə başlanacaq.

Bununla belə, ideyanın müəllifi olan A22 şirkəti Beynəlxalq Ədalət Məhkəməsinin UEFA və FİFA ilə bağlı verəcəyi qərarı gözləyir. Məhkəmə futbol qurumlarının lehinə qərar çıxararsa, Superliqa müstəqil turnir kimi təşkil olunacaq.

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Avrop Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.
Ardını oxu...
“Qarşılaşma tam fərqli olacaq”.
Bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.
İtaliya “Milan”ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: “Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.
Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Ardını oxu...
“Bakı”nın sabiq legioneri Serxio Kontreras Pardo yenidən həbs olunub.

Publika.az “RMC Sport”a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstə yaratmaqda ittiham edilir.

“Koke” ləqəbi ilə tanınan oyunçunun 16 il müddətinə azadlıqdan məhrum olunacağı gözlənilir.

İş üzrə məhkəmə bu gün Malaqada başlayacaq. Yerli prokurorlar sabiq forvardın dəstəyə rəhbərlik etdiyini və bütün göstərişləri onun verdiyini düşünür.

“Koke” təqsirli hesab olunsa, əlavə olaraq 150 min avro məbləğində cərimələnə bilər.

Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi. O, səkkiz ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb.

2012-ci ildə “Bakı”da çıxış etmiş “Koke” 4 il sonra karyerasını başa vurub. O, Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların da formasını geyinib.
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” oyunu ilə bağlı paylaşım edib.

Sfera.az xəbər verir ki, paylaşımda qeyd olunub: "26.03.2023. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxırlar.
Ardını oxu...
"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib.

“Qarabağ”ın oyunçusu Redon Cica 18-ci dəqiqədə fərqlənib.
Ardını oxu...
Futbol üzrə Avropapa çempionatının seçmə mərhələsinin ikinci turu üzrə görüşlərə start verilib.

Günün ilk qarşılaşmasında sensasiya qeydə alınıb.

Belə ki, Danimarka millisi səfərdə Qazaxıstana uduzub.
Görüş qonaqlar üçün yaxşı başlayıb. R.Hojlund 21 və 36-cı dəqiqələrdə fərqlənib.

İkinci hissəyə iki top geridə başlayan qazaxlar əzmkarlıq nümayiş etdirərək oyunda dönüş yarad biliblər.

73-cü dəqiqədə B.Zaynutdinov penalti zərbəsindən fərqi azaldıb. 86-cı dəqiqədə A.Tagybergen hesaba tarazlıq gətirib. Üç dəqiqə sonra A.Aymbetov meydan sahiblərinə qələbə gətirən qola imza atıb.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Üçüncü qolun sahibi qırmızı vərəqə alaraq meydanı tərk edib.
Ardını oxu...
“Sabahkı qarşılaşma tam fərqli olacaq”.
Bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.
İtaliya “Milan”ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: “Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.
Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 

Dünyapress TV

Xəbər lenti