Ardını oxu...
Qətərin paytaxtı Doha şəhərində davam edən cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandasına ilk medalı “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev qazandırıb. Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal uğrunda mübarizədə gürcüstanlı İlya Sulamanidzeyə qalib gəlib.
Yarışın 6-cı günü Zelim Kotsoyev (100 kq) Aleksandr Kukolja (Serbiya) qalib gəlib. Növbəti qarşılaşmada isə cüdoçumuz Aaron Faranı (Avstriya) yenərək, dörddəbir finala çıxıb. Pyotr Palçik (İsrail) üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. Yarımfinalda ikiqat olimpiya çempionu olan çexiyalı idmançı Lukaş Krpaleklə üzləşib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb. Əlavə vaxtda Zelim fənd işlədərkən başı ilə tatamiyə toxunub, bu isə yeni qaydalarla qadağandır. Nəticədə o, finala çıxmaq şansından məhrum olub. Bürünc medal uğrunda mübarizədə isə İliya Süleymanidzeyə (Gürcüstan) qalib gələrək, komandamıza ilk mükafatı qazandırıb.
Fərdi qarşılaşmaların sonuncu günündə əldə olunan bu medal yığma komandamız üçün təsəllidir. Belə ki, komanda üzvlərinin çempionatda uğursuzluğu ölkə mətbuatında ciddi tənqid olunub. Təbii ki, idman mübarizə meydanınıdır və burada bəxt amili, hakim subyektivliyi də əhəmiyyətli rol oynayır.

Ardını oxu...
Komandamızla birlikdə hazırda Dohada olan Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov bu barədə açıqlama verərkən klubun digər idmançısı Murad Fətiyevin əzmkarlığını misal göstərib.

Gənc cüdoçumuz iki rəqibinə qalib gəldikdən sonra 1/8 finalda çox güclü kubalı idmançı, 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçı, dəfələrlə Panamerika çempionatının və bir sıra mötəbər turnirlərin qalibi İvan Felipe Silva Moralesə uduzub və təəssüf ki, bu məğlubiyyətdə hakimlərin də qeyri-obyektivili az rol oynamayıb.

Zəlim Kotsoyev də bürünc medal uğrunda mübarizəyə qədər və gürcü rəqibi ilə qarşılaşmanın özündə hakimlərdən belə münasibət görüb. Lakin əsl döyüşçü iradəsi göstərək komandamıza medal qazandıra bilib. “Judo Club 2012”nin rəhbərliyi onun fədakarlığını yüksək dəyərləndirir. Onu da qeyd edək ki, yığma komandanın tərkibindəki 9 idmançıdan 3-ü Zelim Kotsoyev, Murad Fətiyev və Səid Mollayi Azərbaycanda cüdonun inkişafına sanballı töhfələr verən “Judo Club 2012”nin üzvüdürlər.

Xatırladaq ki, Dohada 99 ölkədən 657 (343 kişi, 314 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 9 kişi və 4 qadın ilə təmsil olunur. Çempionat mayın 14-də başa çatacaq. Həmin gün yarış komanda formatında keçiriləcək.
Ardını oxu...
Lionel Messi PSJ-nin “Ayaçço” ilə oyununa start heyətində başlayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun baş məşqçisi Kristof Qaltye açıqlayıb.

O, cəzadan sonra komandaya qoşulan argentinalı hücumçunun motivasiyalı olduğunu bildirib. 36 yaşlı forvard cəzasının ləğvindən sonra ilk matçına çıxacaq.

Paris klubu mayın 2-də verilən qərarla icazəsiz Səudiyyə Ərəbistanına yollanan Messini əsas komandadan 2 həftəlik kənarlaşdırıb. Sonradan üzr istədiyi üçün cəzası ləğv olunan cənubi amerikalı ayın 8-də kollektiv məşqlərə qoşulub.

Qeyd edək ki, PSJ “Ayaçço” ilə sabah qarşılaşacaq.
 
Ardını oxu...
Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində daha bir medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 100 metrə məsafəyə “butterfly” üsulu ilə üzmədə 57,83 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərib.
Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.
 
 
 
Ardını oxu...
“Mançester Yunayted” Portuqaliyanın “Benfika” klubunun hücumçusu Qonsalu Ramoşun xidmətində maraqlıdır.

“Qırmızı şeytanlar” 21 yaşlı forvard üçün 115 milyon avro ödəməyə hazırdır. Keçid reallaşsa, bu klub tarixinin ən bahalı transferi olacaq. “Mançester Yunayted” daha əvvəl 2016-cı ildə “Yuventus”dan Pol Poqbanı heyətinə qatarkən 105 milyon avrosundan keçib.

Qonsalu Ramoş bu mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 25 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Ardını oxu...
PSJ-nin superulduzu Lionel Messinin karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

Fanat.az xəbər verir ki, bu iddia “El Chiringuito”ya məxsusdur.

Xəbərə görə, argentinalı hücumçu artıq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ın təklifini qəbul edib. Mənbə “Əl-Hilal”ın Messinin “Barselona”dakı sabiq komanda yoldaşlarını – Jordi Alba və Serxio Busketsi də heyətinə qatmaq üçün hərəkətə keçidiyini vurğulayıb. Yazılanlara inansaq, Ər-Riyad təmsilçisi bu yay bir yox, üç ulduzla güclənməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, daha öncə Messinin “Əl-Hilal”da illik 400 milyon avro əməkhaqqı alacağı bildirilib.
 

İngiltərə millisinin sabiq üzvü Ueyn Runi Çempionlar Liqasının yarımfinalında “Real”la “Mançester Siti”nin qarşıdurması ilə bağlı fikirlərini bölüşüb.

Qol.az “The Times” nəşrinə istinadən xəbər verir ki, o deyib: “Mançester Siti” təkcə “Real”ı məğlub etməyəcək, həm də onları məhv edəcək”.

Runi proqnozunu “Mançester Siti”nin son bir ildəki inkişafında, eləcə də Erlinq Haalandın qol vurma keyfiyyətlərinə əsaslandırrır. Eyni zamanda, Ueyn “Real”ın Çempionlar Liqasındakı uğurlarını nəzərə alaraq, proqnozunda səhv edə biləcəyini yazıb.

Xatırladaq ki, ötən mövsüm “Real” yarımfinalda “Mançester Siti”ni mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, mayın 9-u keçiriləcək “Real” –

Ardını oxu...
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə görüşüb.

Bu barədə Özbəkistan liderinin mətbuat xidməti xəbər verib.

Nüfuzlu qlobal idman qurumunun rəhbəri ölkədə futbolun inkişafı, gənclərin və qızların idmana geniş cəlb edilməsi, istedadların yetişdirilməsi, əlçatan və müasir infrastrukturun yaradılması, ixtisaslı məşqçi və mütəxəssislərinin hazırlanması istiqamətində aparılan islahatları yüksək qiymətləndirərək hərtərəfli dəstəkləyib.

İnfantino Mirziyoyevi gənclərdən ibarət millinin Asiya kubokunda bu yaxınlarda qazandığı qələbə münasibətilə təbrik edib.

Tərəflər Özbəkistan Futbol Assosiasiyası ilə FIFA arasında sıx və səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əməkdaşlıq çərçivəsində hazırda Özbəkistanda müasir futbol infrastrukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd ediblər.

Sonda Canni İnfantino Şavkat Mirziyoyevə 24 nömrəli idman köynəyi hədiyyə edib.

Mənbə: repost.uz
Ardını oxu...
İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınmış oyunda “Mançester Yunayted” “Brayton”un qonağı olub.

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Aleksis Makallister vurub.
“Mançester Yunayted” hazırda 63 xalla 4-cüdür. Xallarını 55-ə çatdıran “Brayton” isə “Aston Villa” və “Tottenhem”i geridə qoyaraq 6-cı pilləyə yüksəlib.

 

Ardını oxu...
Ali Məhkəmədə Azərbaycan yığmasının və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə təqsirləndirilən Nicat Vəliyev və Anar Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

DİA.AZ xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Vəliyev 6 il və Anar Cəfərov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov tutulub.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar M.Emrelinin evindən başqa daha 12 mənzili qarət ediblər.
Ardını oxu...
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.

Aut.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bombardiri Avstriya təmsilçisi “Zalsburq”un transfer siyahısında yer alıb. “Buğalar” millimizin üzvünü heyətində görməkdə israrlıdır. Sözügedən klubun skautları bir müddətdir Musanı izləyir.

21 yaşlı forvardın “Zalsburq”un maraq dairəsində düşməsinin səbəblərindən biri də klubun məxsus olduğu “Red Bull” şirkətidir. Dünyanın tanınmış brendinin futbolçumuzla tərəfdaşlığa başlaması bu məsələdə böyük rol oynayıb. Yəni Musa “Red Bull” idmançısı kimi boşuna seçilməyib.

“Zalsburq”un idman direktoru Kristof Froynd bu transferə “yaşıl işıq” yandırıb. Bu o demədir ki, mövsümün sonunda Avstriya təmsilçisi baş məşqçi Qurban Qurbanovun oğluna görə “Qarabağ”ın qapısını döyəcək. Bu transferin maliyyə detalları tam bəlli deyil. Amma məlum olan odur ki, keçid reallaşsa, Musa Qurbanlı futbolumuzun tarixinə ən yüksək qiymətə satılan yerli futbolçu kimi düşəcək.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 34 oyun keçirib. Onun aktivində 22 qol və 7 məhsuldar ötürmə var.

Dünyapress TV

Xəbər lenti