Ardını oxu...
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də bu raundun dörd iştirakçısının üçündən oyunçu yer alıb.

Rəmzi komandada ən çox futbolçu ilə İngiltərənin "Mançester Siti" klubu təmsil olunub - 6. Siyahıya İtaliya "İnter"indən 4, "Milan"dan isə bir oyunçu düşüb.

Qapıçı: Ederson ("Mançester Siti")
Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan")
Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter")
Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter").

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Ardını oxu...
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gəlib.

Yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi öz meydanında qəbul edib. “Etihad” stadionunda təşkil olunan qarşılaşma “şəhərlilər”in böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
Hesabı 23-cü dəqiqədə Bernardu Silva açıb. Portuqaliyalı vinger 37-ci dəqiqədə dubl edib. 76-cı dəqiqədə İspaniya klubunun heyətində Eder Militao avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə isə Yulien Alvares matçda son nöqtəni qoyub.

Beləliklə, iki oyunun cəmində 5:1 üstün olan “Mançester Siti” həlledici matçda iştirak etmək hüququ qazanıb. Pep Qvardiolanın komandası finalda İtaliyanın “İnter” klubu ilə üz-üzə gələcək.

 
Ardını oxu...
Məlum olduğu kimi, "Qarabağ" klubu növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Lakin Ağdam təmsilçisi rəqibini bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda yox, "Azərsun Arena"da qəbul edəcək. Buna səbəb isə mərkəzi arenanın təmirə bağlanmasıdır.

Buna görə də "atlılar" növbəti Avropa macərasına tutumu 5.800 nəfər olan "Azərsun Arena"da başlayacaq.

Bu hal isə sosial şəbəkələrdə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çoxu buna görə "Qarabağ"ı qınayır. Hər il Ağdam təmsilçisinin avrokubok matçlarına xeyli tamaşaçı gəldiyindən, bu məqam insanları narazı salıb. Onlar sosial şəbəkələrdə Ağdam klubuna yönəlik tənqidi şərhlər yazıblar.

Belə şərhlərdən bir neçəsini təqdim edirik:

"Belə şey olar? İldən-ilə hövsələmizi yoxlayırlar"

"5.800 nəfər elə bizim "kruqdur". Hara yığılsın o qədər adam?"

"Azərsun Arena" nədir?! "Tofiq Bəhramov" bağlıdırsa, Bakı Olimpiya Stadionu var. Orda niyə keçirmirlər?"

"Bir sözlə, bu mövsüm "Qarabağ" xeyli tamaşaçı itirdi"

"Narazılığınızı klub rəhbərliyinə bildirin də. Necə olur ki, "Qarabağ" milyonlar qazanır, amma rəhbərlik 15-20 minlik stadion tikməyə xəsislik edir".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. \\Offsideplus.az
 
Ardını oxu...
İngiltərə "Liverpul"u cari mövsümün sonunda 4 futbolçusu ilə vidalaşacağını açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenlə yollarını ayıracaq.

Sözügedən oyunların başa çatan müqavilələri yenilənməyəcək.

Qeyd edək ki, Firmino və Milner 2015-ci, Çemberlen 2017-ci, Keyta isə 2018-ci ildən "Liverpul"da çıxış edir.
 
Ardını oxu...
AÇ-2024-ün seçmə məhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri mayın 17-dən etibarən satışa çıxarılacaq.
AFFA xəbər verir ki, biletlərin qiymətləri 2 manatdan 10 manatadəkdir. 1-ci kateqoriya biletlər 5, 2-ci kateqoriya biletlər 2, VIP biletlər isə 10 manat olacaq.
Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.
 
Ardını oxu...
Çili çempionatının XIV turunun “Kuriko Unido” - “Palestino” matçında maraqlı hadisə baş verib.

Qonaqların 1:0 hesablı qələbə qazandığı oyunun əvvəlində meydana it daxil olub. İt topu oyuncaq zənn edərək, onunla oynamağa başlayıb.

Bir qədər sonra futbolçulardan biri iti meydandan çıxarıb. Hətta bu zaman belə, it topu qaytarmaq istəməyib.

 
Ardını oxu...
Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb.

Federasiyadan verilən məlumata görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.

Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.
Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatına görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
 
Ardını oxu...
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. TEREF.AZ-ın yazdığına görə, Yeniavaz.com xəbər verir ki, şahmat yarışının təşkili məqsədiylə keçirilən müsabiqənin qalibi “Mına” MMC (VÖEN – 5400764141) olub.

Tenderin qalibi olan MMC-yə 90 min 560 manat veriləcək.

Qeyd edək ki, “Mına” MMC 3 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Qardaşov Zaur Zahid oğludur. Şirkətin hüquqi ünvanı isə İsmayıllı şəhəri, Rəsul Rza, ev 5, m. 5-də yerləşir.

Məlumat üçün bildirək ki, Qardaşov Zaur Zahid oğlu “İsmayılı Quşçuluq” ASC-nin (VÖEN – 5400059871) əsas səhmdarı olub. “İsmayılı Quşçuluq” ASC-nin səhmlərinin 50,09%-i Zaur Qaraşova məxsusdur. Səhmlərin digər hissəsi - 34,17%-i Qardaşova Siyasət Cəlil qızına, 10,96%-i Qardaşov Zahid Əhməd oğluna məxsusdur. ASC-nin sədri isə Zahid Əhmədov olub.
 
Ardını oxu...
Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub.
Bu barədə əslən Braziliyadan olan yarımmüdafiəçi şəxsi “Instagram” hesabında paylaşım edib

O, paylaşımında Azərbaycan millisindəki karyerasını başa vurduğunu bildirib.
Qeyd edək ki, 34 yaşlı oyunçu 2017-2023-cü illərdə Azərbaycan millisinin heyətində 31 oyun keçirib, 3 qola imza atıb.
 
Ardını oxu...
Baxmut uğrunda döyüşlərdə xokkey üzrə Ukrayna çempionu Aleksandr Xmel həlak olub.

Xokkeyçi və məşqçi kimi məşhur olan 42 yaşlı Aleksandr mayın 12-də döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.

Bu barədə Ukrayna Xokkey Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Aleksandr Rusiya işğalının ilk günlərindən Ukraynanı müdafiə etmək üçün əvvəlcə paytaxtın ərazi müdafiə bölmələrinə, sonra isə toqquşmaların ən qaynar nöqtələrinə gedib.

Aleksandr Xmel 6 dekabr 1980-ci ildə Kiyev vilayətinin Brovarı şəhərində anadan olub. 1997-ci ildən o, paytaxtın “Berkut” klubunun tərkibində peşəkar səviyyədə çıxış edib.
Peşəkar karyerası illərində Aleksandr bir çox komandalarda, o cümlədən Kiyevin “Sokol” (1998-1999, 2003), “Ldinka” (2000) və “Generalı” (2013-2015), eləcə də bir çox başqa komandalarda oynayıb.

2005-ci ildə Xmel “Dnepr Qurdları” ilə ölkə çempionatının gümüş mükafatçısı, 2006 və 2009-cu illərdə bürünc mükafatçısı olub, 2007-ci ildə isə ATEK-in tərkibində Ukrayna çempionu adını qazanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Focus.ua
 

Dünyapress TV

Xəbər lenti