Ardını oxu...
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Ardını oxu...
Portuqaliyanın məşhur “A Bola” nəşri “Qarabağ”a aid maraqlı iddia ortaya atıb.

Həmkarlarımızın iddiasına görə, yerli “Maritimu”nun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.

Belə ki, “Qarabağ”ın 30 yaşlı hücumçu ilə maraqlandığı bildirilir.

Nəşr “Maritimu” aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu yazır.

Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.

Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanında “Əl-Həzm”in formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.

“A Bola”nın yaydığı informasiya doğrudumu? Əgər yaxın keçmişə boylansaq, bəli. Azərbaycan çempionu kamerunlu hücumçuya düz 2 il öncə təklif göndərib.

Ondan qabaqkı illərdə də belə bir dəvət olub. Sadəcə, Joel həmin vaxt Azərbaycana gəlmək istəməyib. İndi isə “köhlən atlılar” onun xidmətinə maraq göstərmir.

Çünki şərtlər üst-üstə düşmür. Adını çəkdiyimiz hücumçu minimum 3 illik müqavilə tələb edir. Üstəlik, daim əsas heyətdə yer almasına zəmanət gözləyir.

Təbii ki, Qurban Qurbanov bununla razılaşmır. O, yaşı 30-u haqlayan, son iki mövsümü qeyri-sabit keçirən, məhsuldarlığı aşağı düşən afrikalının adını artıq transfer siyahısından çıxarıb.
 
Ardını oxu...
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

Turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həmçinin oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
21 yaşadək futbolçular arasında bu gün start götürən Avropa çempionatının ilk qolunu ötən mövsümü icarə əsasında "Sabah"da keçirmiş Ukrayna millisinin futbolçusu Aleksey Kaşuk vurub.

23 yaşlı hücumameylli yarımmüdafiəçi Xorvatiya yığması ilə matçın 19-cu dəqiqəsində fərqlənib. O, Artyom Bondarenkonun ötürməsini qola çevirib.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Şaxtyor" (Donetsk) klubuna məxsus olan Aleksey Kaşuk ötən mövsüm "Sabah"ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
 
 
 
Ardını oxu...
AVRO-2024-ün seçmə mərhələsində IV turun daha 10 oyunu keçirilib.

Azərbaycan millisinin yer aldığı F qrupunda iki qarşılaşma baş tutub. Canni De Byazinin kollektivinin istirahət etdiyi turda qrupun lideri Avstriya seçməsi evdə İsveçi 2 cavabsız qolla məğlub edib.

Üç gün əvvəl Bakıda Azərbaycan yığması ilə heç-heçə edən Estoniya isə doğma meydanda Belçikaya müqavimət göstərə bilməyib - 0:3.

Portuqaliya seçməsi səfərdə İslandiyaya çətinliklə qalib gəlib. Kriştianu Ronaldunun 89-cu dəqiqədə vurduğu qol qonaqlara 3 xal qazandırıb.

AVRO-2024 seçmə mərhələ

20 iyun

A qrupu

Norveç – Kipr - 3:1

Qollar: Ola Solbakken, 12. Erlinq Holann,56 (penalti); 60 - Qriqoris Kastanos, 90+3

Xal durumu: Şotlandiya – 9 xal (3 oyuna), Gürcüstan - 4 (2), Norveç – 4 (4), İspaniya - 3 (2), Kipr - 0 (3)

E qrupu

Moldova – Polşa - 3:2

Qollar: Yon Nikolaesku, 48; 79. Vladislav Baboqlo, 85 - Arkadiuş Milik, 12. Robert Levandovski, 34

Farer adaları – Albaniya - 1:3

Qollar: Odmar Feryö - Nedim Bayrami, 20. Kristian Aslani, 51. Ernest Muçi, 90+1

Xal durumu: Çexiya – 7 xal (3 oyuna), Albaniya – 6 (3), Polşa – 3 (3), Moldova – 5 (4), Farer adaları – 1 (3)

F qrupu

Avstriya – İsveç - 2:0

Qollar: Kristof Baumqartner, 81; 89
Estoniya – Belçika - 0:3


Qollar: Romelu Lukaku, 37; 40. Yohan Bakayoko, 90

Xal durumu: Avstriya – 10 xal (4 oyuna), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)

G qrupu

Macarıstan – Litva - 2:0

Qollar: Barnabas Varqa, 32. Roland Şallai, 83

Bolqarıstan – Serbiya - 1:1

Qollar: Kiril Despodov, 47 - Darko Lazoviç, 90+6

Xal durumu: Macarıstan - 7 (3 oyuna), Serbiya – 7 xal (3), Monteneqro – 4 (3), Bolqarıstan – 4 (2), Litva – 1 (3)

J qrupu

İslandiya – Portuqaliya - 0:1


Qol: Kriştianu Ronaldu, 89

Bosniya və Herseqovina – Lüksemburq - 0:2

Qollar: Borjes Sançes, 4. Danel Sinani, 74

Lixtenşteyn – Slovakiya - 0:1

Qol: Denis Vavro, 45+1

Xal durumu: Portuqaliya – 12 xal, Slovakiya – 10, Lüksemburq – 7, Bosniya və Herseqovina – 3, İslandiya – 3, Lixtenşteyn – 0.

Qeyd edək ki, A qrupunda Şotlandiya - Gürcüstan matçı isə davam edir. Buna ilk hissənin əvvəlində güclü yağışın yağması və matçda məcburi fasilənin yaranması səbəb olub. Hazırda görüşdə 35-ci dəqiqə oynanılır və hesab meydan sahiblərinin xeyrinədir.
 
Ardını oxu...
Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. "Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.

"Dalğa Arena" oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1. Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 1:0 hesabı ilə uduzub.
 
Ardını oxu...
Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

Mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.
 
Ardını oxu...
“Fulhem”in müdafiəçisi İssa Diop həyat yoldaşını hədələməkdə ittiham olunaraq həbs edilib.

Məlumata görə, Diop boşanmaq prosesində olduğu həyat yoldaşını ölümlə hədələməkdə şübhəli bilinir.

Bildirilir ki, boşanma prosesi gərgin atmosferdə keçir - Diop həyat yoldaşının tələb etdiyi böyük məbləğdə təzminatı ödəmək istəmir. Futbolçu həyat yoldaşını ondan həmişəlik qurtulacağı ilə hədələyib. Bununla bağlı qadın polisə müraciət edib.

“Fulhem”in müdafiəçisi Tuluzada saxlanılıb.

Hazırda Diop şəhərin mərkəzi polis idarəsində həbsdədir. Futbolçu zarafat etdiyini bildirsə də, bəzi təhdid faktlarını etiraf edib.
 
Ardını oxu...
“Argentina yığmasını Messi yox, hakimlər qrupdan çıxardı, finala kimi daşıdı və sonda dünya çempionu elədilər”.

Bunu rusiyalı futbol funksioneri Pavel Stipidi yerli mətbuata açıqlamasında deyib.

Rusiyada “Dinamo”, “Anji”, “Terek” kimi klublarda müxtəlif vəzifələrdə çalışmış mütəxəssisin fikrincə, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi qızıl medalları öz gücü hesabına qazanmayıb: “Messinin Argentinanı dünya çempionluğuna daşıdığını düşünmək gülməlidir. Diqqət yetirin, Qətərdəki mundialda nələr baş verdi. Turnirin təşkilatçılığı yüksək səviyyədə idi. Lakin hakimlər təzyiqlərə dözmədilər”.

Qeyd edək ki, DÇ-2022-nin finalında Fransanı oyunsonrası penaltilər seriyası sayəsində məğlub edən Argentina millisi dünya çempionu olub.
 
Ardını oxu...
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

Altıncı yarış günündə Azərbaycan güləşçiləri iki qızıl, iki bürünc medal qazanıblar.

Cəfər Cəfərov (45 kq) finalda gürcüstanlı Mate Tsinadzeni vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.

Seyhun Əlizadə (51 kq) təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.

Camal Abbasov isə (60 kq) həlledici görüşdə rusiyalı Akramat Şakriyevlə üz-üzə gəlib. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.

İsmayıl Rəhimli (71 kq) təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.
 

Dünyapress TV

Xəbər lenti