Ardını oxu...
Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Trend xəbər verir ki, Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.

Qədir Hüseynov (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.

Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.
 
Ardını oxu...
“Çətin döyüş oldu, rəqibim çox güclü idi. Əlimdən gələni etdim, finala yüksəldiyim üçün çox xoşbəxtəm”.

Bunu “Report”a açıqlamasında III Avropa Oyunlarının yarımfinalında Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) deyib.

Finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı bildirib ki, artıq növbəti hədəfi Fransada uğur əldə etməkdir:
“Artıq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Olimpiadaya ciddi hazırlaşıb, qızıl medal qazanmağı düşünürəm. Ümumiyyətlə, həvəskar boksda güclü nəticələr göstərdikdən, həmçinin Olimpiadada medal qazandıqdan sonra peşəkar boksa keçməyi hədəfləyirəm. Finaldakı rəqibim barədə məlumatlıyam. Onunla İtaliyada təlim-məşq toplanışında sınaq döyüşlərdə gücümü yoxlamışam. Avropa Oyunlarında qızıl medala iddialıyam. Ümid edirəm ki, finalda qalib gələrək birinci olacaq, Azərbaycan xalqını sevindirəcəyəm”.

Qeyd edək ki, M.Abdullayev iyulun 2-də finalda böyük britaniyalı Delişes Ori ilə üz-üzə gələcək.
 
Ardını oxu...
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatında (AÇ) bürünc medal qazanan qadın idmançılarımızın adı açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, 55 kq çəki üzrə yarışan güləşçimiz Ruzanna Məmmədova norveçli Felisitas Domayevaya 9:4 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.

Həmçinin, 50 kq çəki üzrə yarışan digər qadın güləşçimiz Əsmər Cankurtaran isveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
UEFA Avropa Superkuboku uğrunda oyunun formatında dəyişiklik edib.

Qaydaların 12-ci maddəsinə əsasən, əsas vaxtda qalib müəyyən edilməzsə, oyun penaltilər seriyası ilə davam etdiriləcək. 15 dəqiqəlik iki əlavə hissədən ibarət format ləğv ediləcək.

Qeyd edək ki, “Mançester Siti” və “Sevilya” 2023-cü ildə Avropa Superkuboku uğrunda oyunda üz-üzə gələcək. Matç avqustun 16-da Afinada keçiriləcək.
 
Ardını oxu...
UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən növbəti iclasında 2026-cı il dünya çempionatının seçmə turnirinin formatının dəyişdirilməsi barədə qərar qəbul edilib.

Bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

DÇ-2026-nın final hissəsində iştirakçıların ümumi sayı artaraq 48 komandaya çatdığından, Avropa milliləri daha çox vəsiqə əldə edəcək.

Əvvəlcə UEFA-dan final mərhələsinə 13 seçmə komanda qatılırdısa, indi bu rəqəm 16-ya yüksəlib. Ona görə də komandaların seçim turnirinin formatı dəyişdirilib.
UEFA bütün Avropa komandaları 4-5 millidən ibarət 12 qrupa böləcək yeni düstur qəbul edib. 12 qrup qalibi birbaşa Dünya çempionatına, ikinci yeri tutan 12 komanda isə 2024/2025 mövsümünün Millətlər Liqasından ən yaxşı reytinqə malik dörd komanda ilə birlikdə pley-offa çıxacaq. Bu 16 komanda Avropadan dünya çempionatında son dörd yer uğrunda mübarizə aparacaq.

Mənbə: championat.com
 
Ardını oxu...
Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib.
Bakupost.az xəbər verir ki, İstanbul təmsilçisi İsmail Kartalla anlaşıb.
Klubun yaydığı rəsmi məlumata görə, tərəflər arasında 1 illik sözləşmə imzalanıb.
 
 
 

       
Ardını oxu...
Harri Keyn “Bavariya”ya keçməyə hazırdır.

İngilis hücumçu ilə alman klubu transferlə bağlı prinsipial razılığa gəliblər.

İndi münhenlilər “Tottenhem”lə transfer şərtlərini razılaşdırmalıdır.

Məlumata görə, 29 yaşlı hücumçu mövsümlərarası fasilədə Almaniya komandasına keçmək istəyir.
Qeyd edək ki, bir müddət əvvəl “Bavariya”nın hücumçu üçün 70 milyon və bonuslar təklif etdiyi, lakin londonluların bu təklifi rədd etdiyi bildirilirdi.

Xatırladaq ki, Keyn ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru
Ardını oxu...
“Real Madrid” 2024-cü ilin yayı üçün Paris Sen-Jermen və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə razılığa gəlib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, qeyd olunur ki, İspaniya klubu Mbappeni cari mövsümlərarası fasilədə almaq və ya hücumçunu pulsuz əldə etmək üçün 2024-cü ilin yayına qədər gözləmək variantları arasında tərəddüd edir. “Real Madrid” və PSJ arasında hələ transfer danışıqları aparılmayıb, Madrid klubu Mbappe üçün 180-200 milyon avro ödəməyə hazır olacaq.

Hücumçunun PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır və o, müqavilənin avtomatik uzadılması variantından imtina edib. O, növbəti mövsümü də Fransa klubunda keçirəcəyini bildirib.

Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 9 məhsuldar ötürmə edib. Hücumçu Fransa-2022/23 çempionatının ən yaxşı oyunçusu olub. O, 2019-cu ildən turnirin ən yaxşı futbolçusu kimi tanınır.
 
Ardını oxu...
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu ilk yoxlama oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstan çempionu “Ferentsvaroş”la üz-üzə gəlib.

“Leerberg Arena”dakı qarşılaşma 3:3 hesabı ilə bitib.

Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.
Ardını oxu...
“Yuventus” ilk yay transferini reallaşdırıb.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Turin klubu Fransa “Lill”indən Timoti Veanı heyətinə qatıb.

“Zebrlər” ABŞ millisinin üzvü üçün qarşı tərəfə 12 milyon avro ödəyəcəklər. Tərəflər uzunmüddətli müqaviləyə imza atacaqlar. Keçid cümə axşamı rəsmən elan olunacaq.
23 yaslı vinger 2019-cu ildən “Lill”in formasını geyinirdi. Onun atası, ötən dövrlərin məşhur futbolçusu Corc Vea 1995-2000-ci illərdə İtaliyada “Milan”ın uğurları üçün çalışıb. C.Vea hazırda Liberiya Prezidentidir.
 

Dünyapress TV

Xəbər lenti