Ardını oxu...
“Rizəspor” “Qarabağ”ın futbolçusu Kevin Medina ilə danışıqları davam etdirir.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Həsən Yavuz Bakir bildirib.

O, qonağı olduğu radio proqramlarından birində “Kevin Medina ilə anlaşdınızmı” sualına cavab olaraq deyib:

“Kevin Medina çox dəyərli oyunçudur. Ona marağımız var. Həm futbolçunun özü, həm də “Qarabağ”la danışıqlarımız olub”.

Hasan Yavuz Bakır “Ajansspor”a açıqlamasında isə bunları söyləyib:

“Medina ilə razılıq əldə olunubmu? O, çox dəyərli futbolçudur. “Qarabağ” Çempionlar Liqasında “Linkoln”la oyuna çıxşdı.

Məsələ bundan sonra dəqiqləşəcək. Medina bizim üçün maraqlıdır. Ona görə klubu ilə danışıq aparmışıq. Özüylə də görüşümüz olub”.

Ötən mövsüm TFF I Liqada mübarizə aparan klub yeni sezondan Super Liqada qüvvəsini sınayacaq. Qara dəniz təmsilçisi kolumbiyalı legionerə 2 illik müqavilə təklif edib.

30 yaşlı müdafiəçi bu müddətdə 1 milyon dollar qazanacaq. Cənubi kolumbiyalı bu pulun marağındadır və Türkiyəyə yollanacağı günü iplə çəkir.

Onun Cəbbəllütariq klubu ilə cavab qarşılaşmasında forma geyinməməsi sırf bununla əlaqədardır. Qurban Qurbanov ruhən «Qarabağ»ı tərk etmiş legionerə meydan verməyə lüzum görmədi.

Bəs bu ayrılıq bir qədər uzanır? Azərbaycan çempionu hələ onun mövqeyinə alternativ tapıb.

Daha doğrusu, tapıb, sadəcə, danışıqlar aparılan əcnəbilərin heç biriylə tam razılığa gəlmək mümkün olmayıb. «Köhlən atlılar» yaranmış vəziyyətlə bağlı Rizə təmsilçisini bilgiləndirib.

Qarşı tərəfin nəzərinə çatdırılıb ki, axtarışlar bitənədək onları gözləsinlər. Bu isə 1 gün də çəkə bilər, 1 həftə də.

Hətta Medianın Türkiyəyə yollanması 1 ay vaxt da uda bilər. Necə deyərlər ki, hər şey bu mövqeyə nəzərdə tutulan legionerin nə zaman alınmasından asılıdır.(sportinfo.az)
 
Ardını oxu...
Argentina's Lionel Messi (L) trains with Inter Miami CF teammates at the Florida Blue Training Center next to DRV PNK Stadium in Fort Lauderdale, Florida, on July 18, 2023. (Photo by Eva Marie UZCATEGUI / AFP) (Photo by EVA MARIE UZCATEGUI/AFP via Getty Images)
Lionel Messi “İnter Mayami”nin kapitanı seçilib.

Fanat.az xəbər verir ki, məlumatı “TyC Sports” yayıb.

Mənbə həmçinin bildirib ki, komanda ilə ilk məşqdən sonra Messi və Serxio Buskets gənc futbolçulara məsləhət vermək üçün meydanda qalıblar.

Argentinalı futbolçunun MLS klubu ilə müqaviləsi 2025-ci ilə qədər qüvvədə olacaq və o, 10 nömrəli futbolkada çıxış edəcək. Messinin yeni komandasında iyulun 21-də “Kruz Azulem”lə oyunda debüt edəcəyi gözlənilir.
 
Ardını oxu...
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda Azərbaycan qrup oyunlarını yekunlaşdırıb.

B qrupunda qərarlaşmış millimiz sonuncu oyununda Albaniyanı 69:64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Millinin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq. Oyun 22 iyul Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.
 
Ardını oxu...
"Linkoln"u Bakıda darmadağın edən Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.
Bakı Olimpiya Stadionundakı cavab qarşılaşmasını albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Matçın 7-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı irəli çıxarıb - 1:0. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb - 2:0.
Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica adını tabloya yazdırıb - 3:0.
62-ci dəqiqədə Yankoviç növbəti qolu qonaqların qapısından keçirib - 4:0.
Görüş bu hesabla başa çatıb və "Qarabağ" iki oyunun nəticəsinə əsasən ikinci mərhələyə vəsiqə qazanıb.
 
Ardını oxu...
Argentinada oyun vaxtı qərarından narazı olduğu üçün hakimə hücum edən həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, adam öldürməyə cəhddə ittiham olunan 24 yaşlı futbolçunun həyat yoldaşı onun intihar etdiyini bildirib.

Cəsədi qatar stansiyasının yaxınlığında tapılan oyunçu başından güllə yarası aldığı üçün dünyasın dəyişib.

Qeyd edək ki, futbolçu idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə həbs oluna bilərdi.
 
Ardını oxu...
Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqzin günahsız olduğu ortaya çıxıb.

BBC xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb.

Məlumatda qeyd olunur ki, iyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.

Qeyd edək ki, Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra azadlığa buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan Giqqz 2021-ci ildə komandadan ayrılıb.
 
Ardını oxu...
Yozua Kimmix "Bavariya”nı tərk etməyə yaxındır.

Almaniya klubu yarımmüdafiəçini satmağa razılıq verib.

Kimmix Münhen təmsilçisindəki toxunulmaz statusunu itirib. "Bavariya” rəhbərliyi sərfəli təklif qarşılığında onu satmağa hazırdır.

Qeyd edək ki, Kimmix 2015-ci ildə "Leypsiq”dən "Bavariya”ya keçib.
 
Ardını oxu...
İtaliya A seriyası təmsilçisi "Latsio" yoxlama oyunu keçirib.
Bakupost.az xəbər verir ki, Roma klubu həvəskarlardan ibarət "Aurontso" komandası ikə qarşılaşıb. Görüş "Latsio"nun 16:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çiro İmmobile het-trik, Pedro, Sanya Fernandes və Toma Başiç isə dubl edib.
Bu, "Latsio"nun Aurontsodakı təlim məşq toplanışında ilk yoxlama matçı olub.
 
Ardını oxu...
Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, komanda TFF 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. Matç “dənizçilər”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Aleksandr Ramalinqom dubl edibsə, Pedro Nuno və Ağabala Ramazanov hərəyə bir dəfə fərqləniblər.
 
Ardını oxu...
UEFA-nın Klublara Maliyyə Nəzarəti Palatası “Barselona” və “Mançester Yunayted”i cəzalandırıb.

Qurumun son hesabatında 20-dən çox klubun qanun pozuntuları qeyd olunub. Kataloniyalılar ən böyük məbləğdə cərimələnib.

“Barselona” 2022-ci maliyyə ili hesablarında qeyri-maddi aktivlərin (oyunçu transferləri istisna olmaqla) satışından əldə edilən mənfəəti qaydalara uyğun olaraq gəlir hesab etməyən yanlış hesabata görə, 500 min avro cərimələnib”, - UEFA-nın rəsmi saytında bildirilib.
Cəzalananlar arasında “Mançester Yunayted”, “Trabzonspor”, “Konyaspor” və APOEL də var. Bu klublardan ilk ikisi 300 000, digərləri isə 100 000 avro məbləğində cərimələniblər.

Daha 400 min avronu isə “2022-ci maliyyə ilində qarşıya qoyulan hədəflərə çatmayan” Türkiyənin “Başakşehir” klubu ödəyəcək.
 

Dünyapress TV

Xəbər lenti