“Hesabda geri düşsək də, qələbə qazana bildik. “Neftçi”nin yaxşı oyunçuları var”.
Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş” - “Neftçi” (2:1, ilk oyun - 1:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında Türkiyə klubunun baş məşqçisi Şenol Güneş deyib.
Mütəxəssis bildirib ki, “Neftçi”ni mübarizədən kənarlaşdırmaları normaldır:
“Mövsümün əvvəli olduğu üçün bəzən hər şey alınmaya bilir. İlk oyunda 75 dəqiqə yaxşı oynamışdıq. Bu gün isə əvvəldə yaxşı idik. Amma hücumda istədiyimizi edə bilmədik. Rəqib hücum edəndə qol buraxdıq. İkinci hissədə oyuna nəzarət etidk. Daha çox qol vura bilərdik. Amma “Neftçiyə” də icazə veriləndə oynamağı bacaran komandadır. Orta xətti çox hücumameyilli komandadır. Mərhələ keçdik. “Neftçi”yə uğur arzulayıram. Bu gün üstün olmağımızı normal sayıram. Arada güc və keyfiyyət fərqi var. Amma “Neftçi” də yaxşı komandadır”.
Ş.Güneş hesabda geri düşsələr də, doğru reaksiya verdiklərini söyləyib: “Belə hallar olacaq. Heyətdə dəyişikliklər etmişdik. Oyun anlayışımız yaxşı idi. Rəqibə təzyiq edir, meydanın özünə aid hissəsindən çıxarmamağa çalışırdıq. Amma qol vəziyyəti yaratmağı bacarmırdıq. Öz qapımızda isə bəsit qol gördük. İkinci yarıda dəyişikliklər etdik. Bundan sonra keyfiyyət fərqi öz sözünü dedi”.
Çalışdırıcı Azərbaycanda keyfiyyətli oyunçuların olduğunu əlavə edib:
“Filip Ozobiç yaxşı oyunçudur, amma bu gün gözləntilərin altında oynadı. Kilian Lebon, Kenni Sayef yaxşı oyunçulardır. Emin Mahmudov milli komandanın üzvüdür, yaxşı texnikası var. Onlardan kimisə transfer edə biləcəyimizi deyə bilmərəm. Bizdə bahalı oyunçular var. Azərbaycanda futbolçulara çox pullar ödənilir. Orada bacarıqlı oyunçular var. Amma klublar çox transfer edirlər. Bu il “Neftçi”yə böyük yatırım var. Legioner çox olanda milli komanda zəifləyə bilər”.
Adrian Mutu ilə müqavilə imzalamazdan əvvəl "Neftçi" Sərgən Yalçınla danışıqlar aparsa da razılaşma əldə olunmamışdı.
Qaynarinfo-nun məlumatına görə, tərəflərin danışıqlarının alınmama səbəbi məlum olub. Bu barədə Türkiyə futbolunun canlı əfsanəsi yerli mətbuata açıqlama verib. O, "Neftçi" ilə maliyyə məsələsində anlaşmadıqlarını etiraf edib. 51 yaşlı mütəxəssis bunları söyləyib:
"Neftçi" ilə görüşdük. Əslində, gözəl görüş keçdi. Amma maddi problemlər var idi. Müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyimiz kimi deyildi. Azərbay
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib. Bakupost.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0. İlk qarşılaşma heç-heçə başa çatmışdı. Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb. Xatırladaq ki, Karlsen yarımfinala vəsiqə qazansa, Nicata rəqib olacaq.
“Mançester Siti” və “Barselona” Joao Kanselunu transfer etmək üçün danışıqlar aparır.
Kataloniya klubu müdafiəçini gələn yay almaq öhdəliyi ilə cari mövsüm üçün icarəyə götürməyə çalışır.
Məlumata görə, danışıqlar bu həftə yekun mərhələyə keçə bilər.
Bildirilir ki, “Mançester Siti” Kanselunu buraxmağa hazırdır, lakin bunun üçün 60 milyon avroluq məbləğ tələb edir.
“Barselona” isə Arauxonun icarə əsasında “Las Palmas”a keçməsindən sonra müdafiənin sağ cinahını gücləndirmək istəyir.
2027-ci ilə qədər “Mançester Siti” ilə müqaviləsi olan futbolçuya Səudiyyə klubları da maraq göstərir, lakin mənbələr onun “Barselona”ya keçməyə üstünlük verəcəyini bildirirlər.
Qeyd edək ki, Kanselu ötən mövsümün ikinci hissəsini icarə əsasında “Bayern”də keçirib. Joao “Mançester Siti”nin Premyer Liqanın 1-ci turundakı “Bernli”yə qarşı (3:0) oyunu və sabah keçiriləcək “Sevilya” ilə Avropa Superkuboku matçı üçün heyətinə daxil edilməyib.
Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.
Publika.az xəbər verir ki, biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.
Belə ki, adı açıqlanmayan şəxsin "İmişli" komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.
Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək. ("Offsideplus")
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Instagram” səhifəsi 600 milyon insan tərəfindən izlənilən ilk şəxs olub.
Teleqraf.com xəbər verir ki, futbolçu hələ 2022-ci ilin noyabrında bu sosial şəbəkədə 500 milyon abunəçi həddini keçib.
Hazırda abunəçilərinin sayına görə ikinci yeri daha bir məşhur futbolçu - “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tutur. Onun səhifəsinə 482 milyon istifadəçi abunə olub.
"Fənərbağça" futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, çempionluğa iddialılardan sayılan İstanbul klubu öz meydanında "Qaziantep"i üstələyib - 2:1.
"Bülbüllər"in hər iki qoluna Edin Ceko imza atıb. Bosniya və Herseqovinadan olan forvard Super Liqada ilk oyununun üç və 18-ci dəqiqələrində fərqlənib. Qonaqların yeganə qoluna 45+5-ci dəqiqədə Arda Gümüşdağ imza atıb. Qeyd edək ki, Super Liqanın son çempionu "Qalatasaray" İlk turda səfərdə "Kayserispor"la qolsuz heç-heçəyə razılaşıb.
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
İlk partiyada olduğu kimi, cavab oyununda da Nicat Abasov qələbə qazanıb. Bununla da Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Onun növbəti rəqibi Yan Nepomnyaşi - Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.
Madrid "Real"ının yeni transferi Arda Gülər çətin günlərdən keçir. Gənc türkiyəli futbolçu zədə səbəbindən sağ dizindən əməliyyat olunacaq.
Bununla bağlı danışan "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti əgər əməliyyat baş tutsa, Ardanın meydana geri dönməsi daha tez zamanda baş tutacağını bildirib.
Qeyd edək ki, Arda Gülər "Real"a "Fənərbağça"dan transfer olunub.\\Offsideplus.az
Bakı komandası UEFA Konfrans Liqasında mübarizəyə qələbə ilə başlayıb. Bakının “Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Partizan” komandasını qəbul edib. Azərtac xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə “Sabah” 2:0 hesabı ilə qalib gəlib. Gürcüstanlı referi Giorgi Kruaşvilinin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb. Matçın ikinci hissəsində daha gərgin idman mübarizəsi yaşanıb. Bu hissədə daha inamlı oyun göstərən bakılılar 69-cu dəqiqədə hesabı açmaq üçün gözəl şans əldə ediblər. Lakin Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bu epizoddan 1 dəqiqə sonra “Sabah” istəyinə çatıb. Boyan Letiçin cərimə meydançasının kənarından vurduğu baxımlı zərbədən sonra top qapı tirinə toxunaraq tora daxil olub. – 1:0. Bu qoldan dörd dəqiqə sonra - 74-cü dəqiqədə B.Letiç Aleksey İsayevin ötürməsini qolla tamamlayaraq dublunu rəsmiləşdirib – 2:0. Qalan dəqiqələrdə hesab dəyişməyib və “Sabah” UEFA Konfrans Liqasında mübarizəyə qələbə ilə başlayıb.