Ardını oxu...
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatının üçüncü turunda “Bazel”i qəbul edib.

Oyun “Qrasshopper”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 37-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
 
Ardını oxu...
Portuqaliyalı ulduz Kristiano Ronaldo Azərbaycana gəlir.

“Əl-Nəsr”də çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək. Səfər reklam çəkilişi məqsədilə baş tutacaq.

Belə ki, Ronaldo qida məhsulu firmalarından birinin reklam siması olacaq.

Səfərin tarixi hələ ki bəlli deyil.

offsideplus.az
Ardını oxu...
“Mançester Yunayted” “Atalanta”nın hücumçusu Rasmus Hoylundu transfer edib.

Qol.az klubun saytına istinadən xəbər veri ki, danimarkalı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı yazıb ki, “Mançester Yunayted” 20 yaşlı futbolçu üçün 70 milyon avrodan çox təzminat ödəyəcək.

Qeyd edək ki, Hoylund “Atalanta”da cəmi bir mövsüm keçirib. İtaliya klubu onu 2022-ci ilin avqustunda Avstriyanın “Şturm” klubundan 17,2 milyon avroya alıb.
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Yusif Dursunov qazaxıstanlı Yedige Kassimbekə 4:2 hesabıyla qalib gələrək dünya çempionu olub.
 
Ardını oxu...
Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.

“Report”un məlumatına görə, 30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə beş raundluq mübarizənin sonunda qalib elan olunub.
 
Ardını oxu...
UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri avqustun 5-i saat 14:00-dan satışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri: Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın "Fan-Shop"u; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
 
Ardını oxu...
Azərbaycanın 4 şahmatçısı Bakıda keçirilən Dünya Kubokunda ikinci mərhələnin tay-brekində qalib gəlib.

Nicat Abasov Fransa təmsilçisi Loran Fressineni üstələyib. İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.

Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyunda da heç-heçə qeydə alınıb. Yekunda 2,5:1,5 hesablı qələbə Məmmədovu üçüncü mərhələyə daşıyıb.

Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjarodan güclü olub. 20 yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.

Günün ən uzun davam edən matçlarından biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə başa çatandan sonra şahmatçılar hərəyə 1 qələbə qazanıblar. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.

Qeyd edək ki, III mərhələnin görüşləri avqustun 5-də keçiriləcək.
 

Ardını oxu...
     

 
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start veriləcək.

Açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı “Araz-Naxçıvan” Mərdəkandakı “Dalğa Arena”da “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust

20:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Dalğa Arena”.

Qeyd edək ki, turun “Səbail” - “Sumqayıt” və “Qarabağ” - “Zirə” matçları avqustun 5-də, “Kəpəz” - “Neftçi” və “Sabah” - “Qəbələ” görüşləri isə 6-da keçiriləcək.

 
Ardını oxu...
Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna uduzaraq mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasında rəqibi məlum olub.

Avropa Liqasının II təsnifat mərhələsində Ağdam təmsilçisi Finlandiyanın HIK klubu ilə üz-üzə gələcək.

Belə ki, HIK Çempionlar Liqasında Norveç “Molde”sinə uduzaraq “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda keçiriləcək.
 
Ardını oxu...
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk raundun tay-brek görüşləri keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Eltac Səfərli, Abdulla Qədimbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov tay-brekdə qələbə qazanmaqla ikinci raunda vəsiqə qazanıb.

Günün ən uzun partiyası Aydın Süleymanlı ilə çinli Yunqlyun Syu arasında olub. Ardıcıl 9 heç-heçədən sonra Süleymanlı 10-cu görüşdə qələbə qazanaraq növbəti mərhələdə iştirakını təmin edib.

Sabah turnirdə ikinci raunda start veriləcək. Kişilərin yarışında 164 finalda Teymur Rəcəbov Viktor Erdoş (Macarıstan), Şəhriyar Məmmədyarov Tin Jinqao (Sinqapur), Nicat Abasov Loran Fressine (Fransa), Rauf Məmmədov Aleksandr Predke (Serbiya), Qədir Hüseynov Yonas Byere (Danimarka), Vasif Durarbəyli isə Jül Mussarla (Fransa) mübarizə aparacaq.

Qadınların yarışında isə 132 finalın ilk partiyaları oynanılacaq. Azərbaycan şahmatçılarından Günay Məmmədzadə Alina Bivol (Ukrayna), Ülviyyə Fətəliyeva Moniko Soçko (Polşa), Gövhər Beydullayeva Polina Şuvalova (FIDE), Gülnar Məmmədova isə Nino Baçiaşviliyə qarşı yarışacaq.

Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
 

Dünyapress TV

Xəbər lenti