Ardını oxu...
“Düşünürəm ki, Massimiliano Alleqrinin öz yerinə təsdiqləndiyi tamamilə aydın məsələdir. O, dördillik müqavilə ilə qayıdıb və hələ bu müddətin yarısını belə keçməyib”.

Bu barədə “Yuventus” futbol klubunun maliyyə direktoru Françesko Kalvo baş məşqçi Alleqri ilə bağlı açıqlamasında bəyan edib.

Onun sözlərinə görə, bu mövsüm üçün hədəflər ikinci yer və Avropa Liqasının finalına çıxmaqdır.

“Yuventus”da yeddi il ərzində 11 kubok və iki Çempionlar Liqası finalı Alleqrinin lehinə danışır və bu qətiyyən müzakirə olunmur”, - deyə Kalvo əlavə edib.

Qeyd edək ki, “Yuventus” 60 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
 
Ardını oxu...
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunda iki yoldaşlıq oyunu keçirəcək.

AFFA-dan “Report”a verilən məlumata görə, komanda Türkiyə və Qırğızıstanla qarşılaşacaq.

Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə üç gün sonra Bakıda təşkil olunacaq.
Ardını oxu...
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında “Zəfər kuboku” başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a bildirilib ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında 9 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub. 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.

Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib. Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıb. Yığmamız 63 xalla 3-cü yeri tutub.

Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medal qazanıb. Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.
 
 
 
Ardını oxu...
"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin futbolçusu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı ilə bağlı sualı növbəti dəfə cavablandırıb.
Teref.az Qol.az-a istinadən xəbər verir ki, o deyib: “Leonun qayıdıb-qayıtmayacağını hələ bilmirik. Bu haqda danışmaq hələ tezdir. Bütün diqqətimizi "Betis"lə oyuna və La Liqanı qazanmağa yönəlmişik. Tansferlərə gələcəkdə baxarıq”.
Xavi həmçinin "Barselona" ilə La Liqa rəhbərliyi arasında Messinin transferinin maliyyə feyr-pleyinin tələblərinə uyğun olub-olmayacağını müzakirə edəcəkləri görüşlə bağlı sualı da cavablandırıb: “Bu görüş təkcə Leonun mümkün qayıdışı ilə bağlı olmayacaq. Görək. Bu, "Barselona"nın qarşıdan gələn mövsüm üçün heyəti təkmilləşdirmək imkanının olması üçün lazımdır, amma indi bu o qədər də vacib məsələ deyil. La Liqada qalib gəlməliyik".
Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
 
Ardını oxu...
Gimnastımız finala yüksəldi

Azərbaycanın idman gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə keçirilən Dünya kubokunda finala yüksəlib.

TEREF.Az xəbər verir ki, idmançımız halqalar ilə hərəkətlərin icrasında finala vəsiqə əldə edib.

Həlledici mərhələnin çıxışları aprelin 29-da olacaq.\\Konkret.az
 
Ardını oxu...
Tanınmış veteran velosipedçi, qazaxıstanlı olimpiya çempionu Aleksandr Vinokurov "Formula 1" üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib.

Azərbaycan Velosiped Federasiyasından (AVF) verilən məlumata görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda AVF rəsmiləri və milli komandanın üzvləri qarşılayıblar. Veteran idmançının həyat yoldaşına gül dəstəsi təqdim olunub.

A.Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçirilən yarışı böyük həyəcanla gözlədiyini qeyd edib: "Ferrari" komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da "Formula 1" yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında Qran-prini təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir".

49 yaşlı qonaq Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini, burada qonaqpərvərliklə qarşılandığını vurğulayıb: "Mən ilk dəfə deyil Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm".

Olimpiya çempionu federasiya rəsmiləri və idmançılarla səmimi söhbət edib, xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Aleksandr Vinokurov 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci il London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O, bir çox mötəbər velosiped yarışlarının qalibi, iki dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.
 
Ardını oxu...
"Formula 1 yarışları 7 ildir Bakıda keçirilir. Bu yarışlara büdcədən nə qədər pul ayrılır, həmin vəsait necə xərclənir? Bütün bunlar hər il böyük ictimai müzakirələrə səbəb olur, və bu Hesablama Palatasının üzvlərini də narahat etməlidir. Mənim bu müraciətimi də Qanunun 20.5-ci maddəsinə uyğun olaraq, Milli Məclis üzvünün sorğusu, yaxud təklifi kimi qəbul edib iş planına salsınlar və yarışlardan sonra xalqa hesabat verilsin".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, yerli sakinlərin fikirləri öyrənilmədən belə yarışın tıxac problemi yaşayan çoxmilyonlu şəhərin mərkəzində keçirilməsi qəbuledilməzdir:

""Bələdiyyələrin statusu haqqında" qanunun 26-cı maddəsinə görə, yerli əhəmiyyətli məsələlərə dair rəy sorğusu keçirilə bilər. Amma bizdə bələdiyyə institutu 1999-cu ildən tətbiq olunsa da hər hansı bir bələdiyyədə hər hansı rəy sorğusunun keçirildiyini eşitməmişəm. "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3.2.1-ci maddəsində qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsini təşkil edir, bu barədə mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verir. Onlara rəy sorğusu keçirmək səlahiyyəti verilmir. Xalq Prezidenti və parlamenti seçirsə bu o demək deyil ki, onlar istədiyi qərarı qəbul edə bilər. İsveçrədə federal səviyyədə, ölkə miqyasında 2021-ci ildə 4 dəfə, 2022-ci ildə isə 3 dəfə referendum keçirilib. Bizdə isə hamı fikirləşir ki, referendum yalnız Konstitusiyaya dəyişiklik üçün küçirilə bilər. Təcili Olimpiya stadionunun yanında "Formula 1" yarışları üçün avtodrom tikilməli, insanlara işgəncə verən, tıxacları dözülməz edən şəhər mərkəzindəki yarışlara bu ildən son qoyulmalıdır. Bu günlərdə mən saat 18:00 radələrində Milli Məclisin yanından "Gənclik" metrostansiyasına qədər 1 saat 20 dəqiqəyə getdim. Görün, indi şəhərin mərkəzində yaşayan insanlar nə qədər əziyyət çəkir".
 
Ardını oxu...
Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük uzaqlaşdırıblar.
Bu barədə Rusiya Futbol İttifaqının (FTC RFU) Nəzarət və İntizam Komitəsinin rəhbəri Artur Qriqoryants məlumat verib.
Belə ki, İkinci Liqa çempionatının “Salyut Belqorod” - “SKA-Xabarovsk-2” matçının (3:0) danışılmış oyun olduğu vurğulanıb. Verilən qərara əsasən, görüşün nəticəsi ləğv edilib və “SKA-Xabarovsk-2”yə 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib.
Bildirilib ki, “Yesentuki”də oynayan qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, “Salyut” (Belqorod) - “SKA-Xabarovsk-2” matçının nəticəsini manipulyasiya ediblər. Buna görə onlar və “SKA-Xabarovsk-2” bir neçə oyunçusu Rusiyada futboldan ömürlük uzaqlaşdırılıblar.
Qeyd edək ki, Ziyadxan Məmmədov Azərbaycanın U-17 və U-19 yığmalarında, eyni zamanda “Neftçi”, “Zirə” və “Zaqatala”da oynayıb.
Qvanzav Maqomedov isə U-21 millisində, “Şahdağ”, “Zirə”, AZAL, “Bakı”, “Səbail”, “Sabah” və “Sumqayıt”da çıxış edib.
 
Ardını oxu...
Türkiyə millisinin və İngiltərənin "Lester" klubunun futbolçusu Çağlar Söyüncü İspaniyanın "Atletiko" (Madrid) komandası ilə müqavilə imzalayıb.
Bakupost.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O, 27 yaşlı müdafiəçinin Madrid təmsilçisi ilə sözləşməsinin 2027-ci ilin yayınadək nəzərdə tutulduğunu yazıb.
Qeyd edək ki, Çağlar Söyüncünün "Lester"lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Ardını oxu...
“Dieqo Simeone istədiyi zaman müqaviləsinin müddətini artırmağa hazırıq”.

Apasport.az saytı xəbər verir ki, bunu Madrid “Atletiko”sunun prezidenti Enrike Serezo komandanın baş məşqçisinin gələcək taleyi ilə bağlı sualı cavablandırarkən deyib.

52 yaşlı Dieqo Simeonenin işindən razılıq edən funksioner onunla gələn il başa çatacaq müqaviləni uzatmağa hazır olduğunu da bəyan edib: “Dövrlər, insanlar onların bitməsini istədikdə bitir. Simeone ilə 11 ildir işləyirik, onun müqaviləsinin bitməsinə bir il qalıb və davam etmək istəyirsə, məncə, buna layiqdir”.

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran Simeone iki dəfə İspaniya çempionatının, Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.
 

Dünyapress TV

Xəbər lenti