Ardını oxu...
Futbol tarixinin ən məhsuldar oyunçularının adları açıqlanıb.

Aut.az xəbər verir ki, İFFHS-in cədvəlinə 500 və daha çox qol vuranlar daxil edilib. Buna indiyədək 25 futbolçu nail olub. Planetin ən yaxşı bombardiri Kriştiano Ronaldodur.

Portuqaliyalı hücumçu 834 qol vurub. Argentinalı Lionel Messi ondan 31 qol geri qalır.

10 ən yaxşı bombardir:
1. Kriştiano Ronaldo (Portuqaliya) – 834
2. Lionel Messi (Argentina) – 803
3. Ervin Helmçen (Almaniya) – 769
4. Pele (Braziliya) – 762
5. Romario (Braziliya) – 755
6. Ferens Puşkaş (Macarıstan, İspaniya) – 724
7. Yozef Biscan (Avstriya, Bohemiya, Çexoslovakiya) – 722
8. Cimmi Cons (Şimali İrlandiya) – 648
9. Herd Müller (Almaniya) – 634
10. Co Bambrik (Şimali İrlandiya) – 629
Ardını oxu...
“Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır:

“Növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir”.
 
Ardını oxu...
Fransa Liqa 1-də XXX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider PSJ “Nitsa”nın qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Paris təmsilçisinin qollarını Lionel Messi və Serxio Ramos vurublar.

Matçda hesabı açan Messi Avropanın böyük beşlik liqalarında qollarının sayını 702-yə çatdırıb. Bununla o, Kriştianu Ronaldunu geridə qoyub. Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı 701 dəfə fərqlənib. Messi bu saya Ronaldudan 105 oyun az keçirməklə çatıb.

Paytaxt təmsilçisi 69 xalla vahid liderdir və ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyir. “Nitsa” isə 45 xalla 8-cidir.

 
Ardını oxu...
İtaliya millisinin sabiq futbolçusu Marko Materatsi futbol üzrə 2006-cı il dünya çempionatının finalında Fransa millisinin kapitanı Zinəddin Zidanla aralarında yaşanan insident barədə danışıb.

49 yaşlı keçmiş müdafiəçi 17 il sonra həmin zaman fransalıya nələr söylədiyini açıqlayıb.

“Zidan qol vurduqdan sonra onu bağlamaq vəzifəsi mənə tapşırıldı. İki qayda pozuntusuna görə ondan üzr istədim. Ancaq Zidan mənə pis cavab verdi. Üçüncü dəfə qarşı-qarşıya gəldikdə artıq əsəbiləşmişdim. Zidan lağ edərək oyundan sonra mənə formasını verəcəyini söylədi. Mən də ona formanın əvəzinə bacısını istədiyimi dedim”.

Xatırladaq ki, final matçının əlavə vaxtının 20-ci dəqiqəsində Zidan Materatsini başla vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər seriyasında (5:3) italyanlar olublar.

Mənbə: sportbible.com
Ardını oxu...
“Barselona” nümayəndələri PSJ-nin hücumçusu Lionel Messini transferi ilə bağlı İspaniya çempionatının rəhbərliyi ilə görüş keçirəcəklər.

Qol.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Mənbənin məlumatına görə, Kataloniya rəhbərliyi maliyyə feyr-pleyi çərçivəsinə sığmağa imkan verəcək plan hazırlayıb.

Hazırda argentinalının transferində çətinlik ondan ibarətdir ki, La Liqanın qaydalarına görə, klublar yeni transferlərdən əvvəl maaşları xeyli azaltmalıdırlar.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” aprelin 3-dən 9-a kimi Messiyə təklif göndərmək niyyətindədir.

Qeyd edək ki, Messi 2021-ci ilin yayından Fransa klubunda çıxış edir. Onun PSJ ilə mövcud müqavilə 2022/23 mövsümünün sonuna kimi hesablanıb. Messi 2004-2021-ci illərdə “Barselona”da oynayıb.
Ardını oxu...
Ukraynanın “Aleksandriya” klubunun azərbaycanlı futbolçusu Emil Mustafayev komandasında fevral-mart aylarının ən yaxşısı seçilib.

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mustafayev ötən iki ayda iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb. Bunun nəticəsi olaraq 21 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində digər komanda yoldaşlarını qabaqlayıb.

Azərbaycanlı futbolçunun “Aleksandriya” ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
Ardını oxu...
Futbol üzrə Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub.

"Report"un məlumatına görə, 1/4 finalın son oyununda "Fənərbağça" "Kayserispor"u qəbul edib. "Ülker" stadionunda rəqibinə 4:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi növbəti raunda yüksəlib.
Ətraflı

Görüşdə ilk qolu 8-ci dəqiqədə meydan sahiblərindən Emre Mor vurub. 18-ci dəqiqədə Dimitris Kolovetsios hesabı bərabərləşdirib. 42-ci dəqiqədə Mor özünün və komandasının 2-ci qoluna imza atıb. 58-ci dəqiqədə Serdar Dursun 3-cü dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 90-cı dəqiqədə Arda Güler qoyub.

Beləliklə, "Fənərbağça" bu qələbədən sonra yarımfinalda "Sivasspor"a rəqib olub. 1/2 finalın digər oyununda isə "Başakşehir" və "Ankaragücü" münasibətlərinə aydınlıq gətirəcək.
Ardını oxu...
“Qarabağ” Türkiyə “Qalatasaray”ı ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.

Klubdan verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.

Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” – “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardını oxu...
Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı bəlli olub. "Report"un məlumatına görə, 1/4 finalda "Trabzonspor"a 3:1 hesabı ilə qalib gələn "Ankaragücü" növbəti mərhələyə adlayıb.

Ankarada keçirilən görüşdə ilk qolu qonaqlar vurublar. Abdulkadir Ömür 22-ci dəqiqədə meydan sahiblərini cəzalandırıb. 51-ci dəqiqədə Ali Sou tarazlığı bərpa edib. 68-ci dəqiqədə Lamin Diak hesabı paytaxt təmsilçisinin xeyrinə dəyişib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə dubl edən Sou qoyub.

Qeyd edək ki, "Ankaragücü"nün yarımfinaldakı rəqibi "Qalatasaray" - "Başakşehir" cütünün qalibi olacaq.

Ardını oxu...
 
 

Eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərin siyahısı açıqlanıb.

 

Avstriyanın “Laola1” portalının tərtib etdiyi 25 nəfərlik siyahıda (yalnız əsas liqadan 3-cü liqaya qədər olan çempionatlarda və hazırda işə davam edən mütəxəssislər - red.) “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı da yer alıb. 50 yaşlı mütəxəssis beşinci pillədədir.

“Sadəcə, toxunulmaz olan əfsanələr var. Məsələn, “Qarabağ”da Qurban Qurbanov. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər yığma komandada çıxış edib və indi də qol sayına görə millidə əlçatmazdır. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub. Onun komandası hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi Qurbanov həm də Azərbaycan yığmasına rəhbərlik edib”, - deyə mütəxəssis barədə qeyd olunub.

Siyahının ilk pilləsində 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi və sahibi Luici Freskodur. İlk “3-lük”də Stiven Bakster (“Krusayder”, Şimali İrlandiya, 2005-ci ildən) və Suet-Fai Li (“Uinq Yi”, Honkonq, 2006-cı ildən) də yer alıb.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti