“Vest Hem” “Mançester Yunayted”in iki futbolçusu ilə maraqlanır.
Ötən ay Harry Maquayr üçün 20 milyon funt-sterlinq təklif edən komanda bu dəfə məbləği 30 milyona qaldırıb.
Müdafiəçi Premyer Liqada keçən mövsüm “Yunayted” üçün cəmi səkkiz oyuna çıxıb və bu yaxınlarda kapitanlıqdan məhrum edilib. Bu səbəbdən də Harrinin “Old Trafford”dan ayrılması güman edilir. “Vest Hem” Maquayr ilə yanaşı, onun komanda yoldaşı Skott MakTominay ilə də maraqlanır. “Qırmızı şeytanlar” isə Fiorentinadan Sofian Amrabat və ya başqa bir yarımmüdafiəçini almaq üçün satışa ehtiyac duyur.