Ardını oxu...
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

Gununsesi.info – nun məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.
Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar sabah bürünc medal uğrunda yarışacaqlar.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
 
Ardını oxu...
"Formula 1" üzrə Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.

Cebhe.info-nun məlumatına görə, "Ferrari" komandasından Karlos Sayns birinci olub.

"Mercedes"dən Corc Rassell ikinci, Saynsın komanda yoldaşı Şarl Lekler üçüncü yeri tutub.

Qeyd edək ki, Sinqapur Qran-prisində əsas yarış sentyabrın 17-də olacaq.
 
Ardını oxu...
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 6-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Onları bağrıma basıram. Hakimliklə bağlı danışmaq istəmirəm.

“Zirə”yə qarşı təzyiqi daha çox işlərimiz yaxşı gedəndə hiss edirik. Amma mən nəsə qərəz olduğuna inanmıram. Çünki, bu il hakimlərimiz çox yaxşı performans göstərir. Müəyyən səhvlər yəqin ki, gələcəkdə də olacaq. Hələ qırmızı vərəqə epizoduna baxmamışam. Ona görə də səhv olub-olmadığını dəqiq deyə bilmərəm. Təbii ki, nə iləsə əlaqələndiriləcək. Çempionatımızda bu cür epizodlar həddindən çoxdur. İstərdim ki, hakimlərimiz minimum səhv etsinlər. Bütün komandalar böyük həvəslə mövsümə başlayıblar. 10 komandanın hansınısa digərlərindən ayırmaq olmur. Hamı yaxşı mübarizə aparır, məşqçi işi görünür. Bu, sevindirici amildir. Bütün komandaların oyununda irəliləyiş var. Hakimlərin çiyninə ağır yük düşəcək. İnşallah, öhdəsindən gələrlər.

Son ana qədər danışıq apardığımız futbolçular var idi. Daha iki transfer etmək istəyirdik. Təəssüf ki, alınmadı. Artıq bunu qış fasiləsində edəcəyik. Bu gün komandada olan futbolçuların performansından razıyam. Amma təbii ki, güclənməyə ehtiyac var. Transfer pəncərəsi bağlandı. Bəlkə də azad agent statusunda olan və bizi qane edən futbolçu olsa, götürəcəyik. Hücumameyilli oyunçu istəyirdim. Danışıqlar aparırdıq, son anda alınmadı. Ən azı bir mərkəz müdafiəçisi də götürməliydik. Bu mövqedə bir oyunçumuz zədələnsə, onu əvəz etməyə futbolçu yoxdur. Məşqçi işi belədir. Hər şey sənin istədiyin kimi gedə bilməz.

Çantakias bu il yaxşı performans göstərir. Həyətimizdə ən çox oyun keçirən futbolçulardandır. Bu gün 100-cü oyununu keçirirdi. Onu da, Qismət Alıyevi də təbrik edirəm. Bu gün rotasiya etdik. Çantakiasın üç sarı vərəqəsi var. Hər üç mərkəz müdafiəçisi daim yaxşı formada olmalıdır. Onların heç birinə əvəzedici oyunçu kimi baxmıram. Müəyyən detallar rəqabətdə rol oynaya bilər.

İlkin Muradovun bəzən ərköyünlüyü olur. Bu olmadığı halda planlarımıza uyğun oyunçudur. Bu gün də çox yaxşı oyun nümayiş etdirdi. Hazırlığı yaxşı səviyyədə idi. Müəyyən xırda problemlər var idi. Onu aramızda həll etdik”.
Ardını oxu...
Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıb.

Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb.

18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib.

12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.

Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.

Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.
 
 
 
Ardını oxu...
“Ağ-qaralar” argentinalı Lukas Melano ilə müqavilə bağlayıb.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

30 yaşlı forvard tibbi baxışdan keçdikdən sonra onunla müqavilə imzalanıb.

Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

 
Ardını oxu...
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.

Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.

Azərbaycan komandasının heyətində Süleyman Damadayev 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Ardını oxu...
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi “Persepolis” matçı tamaşaçısız keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 19-da Tehranın “Azadi” stadionunda keçiriləcək Asiya Çempionlar Liqası “Persepolis” – “Əl Nassr” matçı tamaşaçısız keçiriləcək:

"Bu matçda əsas problemimiz oyunun tamaşaçısız olmasıdır. Bütün beynəlxalq yarışların tamaşaçılarının olmasını təmin etməliyik. Ronaldo kimi böyük futbolçunun Azadi stadionunda çıxış etməsi İran futboluna diqqəti cəlb edəcək. Lakin oyuna tamaşaçı buraxılmamalıdır. Ona görə də bu məsələyə mümkün qədər diqqət ayrılacaq”.
 
Ardını oxu...
FIBA ​​Basketbol üzrə Dünya Kuboku-2023 başa çatıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, finalda Almaniya ölkə tarixində ilk dəfə bu kubokun sahibi olub.

Belə ki, komanda finalda Serbiyaya 81:77 hesabla qalib gəlib.

Qeyd edək ki, Serbiya 2-ci yeri tutaraq gümüş medal qazanıb. Kanada 3-cü, Amerika 4-cü, Latviya 5-ci, Litva 6-cı, Sloveniya 7-ci, İtaliya isə 8-ci yerdə qərarlaşıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Albaniyaın Elbasan şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Oxu.Az-ın məlumatına görə, albaniyalı yaşıdları ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, tərəflər arasında növbəti oyun sentyabrın 11-də keçiriləcək.
 
Ardını oxu...
“Forbes” nəşri dünyanın ən bahalı idman klublarının adlarını açıqlayıb.

50 klubun yer aldığı siyahıya yeddi futbol komandası düşüb.

Maraqlıdır ki, siyahının 60 faizi Milli Futbol Liqasının (NFL) təmsilçilərindən ibarətdir. “50-lik”də həmçinin Milli Basketbol Assosiasiyası (NBA), “Formula 1” və Beysbol Liqasının (MLB) klubları da var.

Futbol klublarından yalnız “Real” (İspaniya - 6,07 milyard dollarla 11-ci), “Mançester Yunayted” (İngiltərə - 6 milyard dollarla 13-cü), “Barselona” (İspaniya - 5,508 milyard dollarla 18-ci), “Liverpul” (İngiltərə - 5,288 milyard dollarla 20-ci), “Mançester Siti” (İngiltərə - 4,99 milyard dollarla 23-cü), “Bavariya” (Almaniya - 4,86 milyard dollarla 24-cü) və PSJ (Fransa - 4,21 milyard dollarla 36-cı) siyahıya düşüblər.

Ən bahalı 10 idman klubu:

1. “Dallas Kovboys” (NFL) – 9 milyard dollar.

2. “Nyu-York Yankis” (MLB) – 7,1 milyard dollar.

3-4. Qolden Steyt Uorriors” (NBA) – 7 milyard dollar.
“Nyu-İnqlend Petriots” (NFL) – 7 milyard dollar.

5. “Los-Anceles Rems” (NFL) – 6,9 milyard dollar.

6. “Nyu-York Cayents” (NFL) – 6,8 milyard dollar

7. “Çikaqo Bearz” (NFL) – 6,3 milyard dollar.

8. “Las-Veqas Reyders” (NFL) – 6,2 milyard dollar.

9-10. “Nyu-York Niks” (NBA) – 6,1 milyard dollar.

“Nyu-York Cets” (NFL) – 6,1 milyard dollar.
 

Dünyapress TV

Xəbər lenti