21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib."Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.Azərbaycan komandasının heyətində Süleyman Damadayev 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.