Ardını oxu...
Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, 20-ə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

Qeyd edək ki, "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 
Ardını oxu...
Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, FİFA 25 yaşlı hücumçunun futbol fəaliyyətinə qadağa qoyub.

Bunu Polşanın "Legiya" klubunun hüquqi və inzibati direktoru Yakub Laskovski açıqlayıb. O, sosial şəbəkə paylaşımında Mahirin sabiq klubu qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmədiyini bildirib. Bu üzdən FİFA-ya şikayət edən Varşava klubunun müraciətinə baxılıb və Emreli cəzalandırılıb. Hücumçu "Legiya"ya qaytarmalı olduğu 100 min avronu ödəyənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, 2021/22 mövsümünün ilk yarısını "Legiya"da keçirən Mahir bu ilin əvvəlində "Dinamo"ya keçib.
 
Ardını oxu...
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları start götürəcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” səfərdə Yunanıstanın “Olimpiakos” klubunun qonağı olacaq.

TEREF.AZ xəbər verir ki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin şanslarını dəyərləndirib.“Düşünürəm ki, bugünkü matç “Qarabağ” üçün olduqca vacibdir. Fikrimcə, “Olimpiakos”la Bakıdakı cavab qarşılaşmasından sonra qrupda ikinci yeri təmin edəcəyik. Ümumiyyətlə, turnirin nə dərəcədə ciddi olduğunu komandanın bütün üzvləri dərk edir. Bizi çox gərgin və maraqlı oyun gözləyir. “Qarabağ”dan gözləntilərimiz böyükdür. Təmsilçimiz bu gün Yunanıstanda öz ənənəvi oyununa sadiq qalaraq matçdan alnıaçıq çıxacaq”.

Sadıqov rəqib komandada baş məşqçi dəyişikliyinin Qurban Qurbanovu narahat etməsinə də münasibət bildirib:

“İstər-istəməz yeni çalışdırıcıdan nə gözləməli olduğunu bilmirsən. Çalışacaq ki, yeni komandası ilə Avropa Liqasının ilk oyunundan qalib ayrılsın. “Qarabağ”ın baş məşqçisi rəqib çalışdırıcının hansı oyun modelindən istifadə edəcəyini hələ bilmir. Düşünürəm ki, Qurbanov bunu nəzərdə tutaraq belə deyib. Məsələ burasındadır ki, rəqibin kim olmasından asılı olmayaraq, “Qarabağ”ın bəlli oyun üslubu var. Bu dəsti-xətt uğurlara imza atmağa imkan verir. “Qarabağ”a uğurlar arzu edirəm. Hamımızın ürəyi bu gün onlarla döyünəcək”.
 
Ardını oxu...
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada İtaliya "Yuventus"undan Anxel Di Mariya, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Cud Bellingem, İtaliya "Napoli"sindən Covanni Di Lorentso və Almaniya "Leyptsiq"indən Andre Silva iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
 
 
 
Ardını oxu...
"Olimpiakos"un Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsi açıqlanıb.

"Report" Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sabahkı qarşılaşmada baş məşqçi Miçel Qonsalesin sərəncamında 22 futbolçu olacaq.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis

Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges

Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
 
 
 
Ardını oxu...
Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

"Vüqar Həşimov" II turda İsveçin "Stockholms" kollektivini sınağa çəkib. Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

"Odlar Yurdu" isə Ukraynanın "Blue & Yellow" klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Kişilər

II tur

"Vüqar Həşimov" - "Stockholms" - 4,5:1,5

Kiril Şevçenko - Lars Hauge - 1:0

Misrətdin İskəndərov - Can Ertan - 0,5:0,5

Vüqar Əsədli - Erik Torn - 0:1

Əhməd Əhmədzadə - Karl Sederstam - 1:0

Ülvi Sadıxov - Nils-Qustam Rehman - 1:0

Xəzər Babazadə - Felik Tuomainen - 1:0

Qadınlar

"Blue & Yellow" - "Odlar Yurdu" - 1:3

Natalya Buksa - Günay Məmmədzadə - 0,5:0,5

İnna Qaponenko - Ülviyyə Fətəliyeva - 0:1

Yevgeni Doluxanova - Xanım Balacayeva - 0,5:0,5

Diana Tarleva - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərə "Şarks"ını, "Odlar Yurdu" isə Fransa "Filidor"unu məğlub edib.
 
Ardını oxu...
Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb.

İlk turda rəqib müvafiq olaraq, İngiltərənin "Şarks" və Fransanın "Filidor" kollektivləri olub.

“Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, "Odlar Yurdu" isə 2,5:1,5 hesabı ilə məğlub edib.

Avropa Şahmat Klub Kuboku

I tur

Kişilər

"Şarks" (İngiltərə) - "Vüqar Həşimov" (Azərbaycan) - 0,5:5,5

Peter Robertson - Rauf Məmmədov - 0:1

Racat Makkar - Vüqar Əsədli - 0:1

Ceyms Morebi - Əhməd Əhmədzadə - 0,5:0,5

Adam Bremner - Ülvi Sadıqov - 0:1

Hyu Mörfi - Xəzər Babazadə - 0:1

Liam Varnam - Anar Allahverdiyev - 0:1

Qadınlar

"Odlar Yurdu" - "Filidor" (Fransa) - 2,5:1,5

Günay Məmmədzadə - Altan Uzi Enxtuul - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Annar-Mari Klek - 1:0

Gülnar Məmmədova - Mariya Navrotesku - 0:1

Xanım Balacayeva - Appolina Tomas - 1:0
 
 
 
Ardını oxu...
İspaniya La Liqasının VII turu davam edir.

Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri Madriddə baş tutub.

“Real” “Osasuna”nı qəbul edib.

Oyunda hesabı meydan sahibləri açıblar. 42-ci dəqiqədə Vinisius Junior “kral klubu”nu hesabda önə çıxarıb.

50-ci dəqiqədə Kike status-kvonu bərpa edib.

Oyunun ən maraqlı anlarından biri 78-ci dəqiqə yaşanıb. Benzemaya qarşı cərimə meydançasındakı kobudluğu VAR-ın köməyi ilə penalti kimi dəyərləndirən matçın baş hakimi Qarsiyanı meydandan qovub.

Zərərçəkən isə əlinə düşən şansdan yararlana bilməyib. Benzemanın zərbəsi qapı tirinə dəyərək meydandan çıxıb.

Oyunda başqa ol olmayıb və Karlo Ançelottinin komandası mövsüm başlayandan bəri ilk dəfə xal itkisi ilə üzləşib.

 
 
 
Ardını oxu...
Marina Bey avtodromunda keçirilən "Formula 1" üzrə Sinqapur Qran Prisinin qalibi bəlli olub.

"Red Bull"un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.

Finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Çempionatın hazırkı lideri "Red Bull"dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.
 
 
 
Ardını oxu...
Futbol üzrə Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.

"Report"un məlumatına görə, VIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" "Beşiktaş"ın qonağı olub. "Vodofon Park" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "qara qartallar" 6-cı, 14- xalı olan "bülbüllər" isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Başahşehir" başçılıq edir. "Adana Demirspor", "Konyaspor" və "Qalatasaray" da eyni xala malikdir.

Dünyapress TV

Xəbər lenti