![]() |
![]() ![]() ![]() |
|
“Barselona”nın və Fransa yığmasının sabiq müdafiəçisi Jeremy Matye karyerasını bitirib.
Qol.az xəbər verir ki, bu barədə 40 yaşlı futbolçu sosial şəbəkə hesablarında məlumat yayıb.
Matyenin sonuncu klubu “Luine Sports” olub. Daha əvvəl futbolçu “Sportinq Lissabon”, “Barselona”, “Valensiya”, “Tuluza” və “Soşo” klublarında çıxış edib.
Matye 2014-2017-ci illərdə “Barselona”nın üzvü olan Matye Çempionlar Liqasını, iki dəfə La Liqanı və Kral Kubokunu qazanıb.
Transfermarkt internet portalı dünyanın ən bahalı yarımmüdafiəçilərinin yeni reytinqini dərc edib.
Qol.az xəbər verir ki, 1-ci yerdə “Real”ın yarımmüdafiəçisi Jud Bellinqem (150 milyon avro) qərarlaşıb. “Bavariya”dan Camal Musiala (110 milyon avro) 2-ci, “Barselona”dan Pedri (100 milyon avro) 3-cü olub. ikinci yeri isə Bayern Münhenin futbolçusu Camal Musiala tutub .
Düyanınn bahalı 10 yarımmüdafiəçi:
Jud Bellinqem (“Real”, 150 milyon avro)
Camal Musiala (“Bavariya”, 110 milyon avro)
Pedri (“Barselona”, 100 milyon avro)
Deklan Rays (“Arsenal”, 100 milyon avro)
Federiko Valverde (“Real”, 100 milyon avro)
Rodriqo Hernandes (“Mançester Siti”, 100 milyon avro)
Qavi (“Barselona”, 90 milyon avro)
Eduardo Kamavinqa (“Real”, 90 milyon avro)
Moises Kaysedo (“Çelsi”, 90 milyon avro)
Orelyen Tçuameni (“Real” 90 milyon avro)
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.
Bu barədə futbolçunun ailəsi məlumat verib.
“Ser Bobbinin şənbə günü səhər erkən saatlarında dinc şəkildə vəfat etdiyi xəbərini böyük kədərlə bölüşürük. O, ailəsinin əhatəsində olub”, - açıqlamada bildirilib.
Qeyd edək ki, İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, “Qızıl top”la mükafatlandırılıb. "Qırmızı şeytanlar"ın heyətində isə futbolçu üçqat İngiltərə çempionu olub, həmçinin 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. Eyni zamanda, idmançı “Mançester Yunayted”lə Avropa çempionları kubokunun qalibi olub. Çarlton karyerasının, demək olar, 19 ilini Mançester təmsilçisinə həsr edib. (Report)
UEFA "Qalatasaray"ı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Yunayted"lə görüşdə azarkeşlərinin davranışına görə cərimələyib.
İstanbul təmsilçisinin fanatları meydana yad cisimlər atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Buna görə UEFA klubu 51 min avro məbləğində cərimə edib.
Qeyd edək ki, sözügedən oyunda "Qalatasaray" "Mançester Yunayted"i 3:2 hesabı ilə məğlub edib. (Trend)