|
“Barselona”nın və Fransa yığmasının sabiq müdafiəçisi Jeremy Matye karyerasını bitirib.
Qol.az xəbər verir ki, bu barədə 40 yaşlı futbolçu sosial şəbəkə hesablarında məlumat yayıb.
Matyenin sonuncu klubu “Luine Sports” olub. Daha əvvəl futbolçu “Sportinq Lissabon”, “Barselona”, “Valensiya”, “Tuluza” və “Soşo” klublarında çıxış edib.
Matye 2014-2017-ci illərdə “Barselona”nın üzvü olan Matye Çempionlar Liqasını, iki dəfə La Liqanı və Kral Kubokunu qazanıb.