|
UEFA "Qalatasaray"ı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Yunayted"lə görüşdə azarkeşlərinin davranışına görə cərimələyib.
İstanbul təmsilçisinin fanatları meydana yad cisimlər atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Buna görə UEFA klubu 51 min avro məbləğində cərimə edib.
Qeyd edək ki, sözügedən oyunda "Qalatasaray" "Mançester Yunayted"i 3:2 hesabı ilə məğlub edib. (Trend)