“Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”
Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tviterdəki hesabında məlumat yayıb.
“Tarixə düşdü! Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast oldu. Ölkəmizdə keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova topla fərdi çıxışında bürünc medal qazanıb”, - paylaşımda deyilir.
Tokio 2020 Yay Olimpiya Oyunlarının iştirakçısı, Konya 2022 İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Ağamirova Bakı gimnastika məktəbinin yetirməsidir.
Azərbaycanın qrup hərəkətləri komandası mayın 21-də Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.
Oxu.Az xəbər verir ki, “Atletiko” öz meydanında “Osasuna” ilə qarşılaşıb.
Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Yannik-Ferreyra Karraskonun hesabı açdığı matçda digər qolları Saul Niqez və Anxel Korrea vurublar. Qələbə sayəsində xallarını 72-yə çatdıran “Atletiko” 2-ci pilləyə yüksəlib.
Komanda bir oyun çox keçirdiyi “Real Madrid”i bir xal üstələyir.
c İtaliyanın “Yuventus” klubu 12 bal cərimələnə bilər. Teref.az-ın yazdığına görə, cəza mayın 22-də verilə bilər. Mayın 22-də Turin klubunun mümkün maliyyə fırıldaqları ilə bağlı beşinci məhkəmə prosesi keçiriləcək. Klubun maliyyə pozuntuları ilə bağlı araşdırma 400 gündən çox davam edir. Klub da cərimələnə bilər. Sanksiya ilə bağlı qərar sabahkı məhkəmə iclasında veriləcək. Proseslərin bununla bitməyəcəyi və azı avqust ayına qədər davam edəcəyi qeyd olunub. Daha əvvəl “Yuventus”dan 15 xal silinsə də, cəza növbəti qəraradək ləğv edilib. Qeyd edək ki, “Yuventus” bu mövsüm İtaliya çempionatında 35 oyunda 69 xalla ikinci yerdədir. “Qoca sinyora”dan 12 xal silinsə, klub yeddinci pilləyə enə
Yeni mövsüm üçün Türkiyə Superliqasında iştirak hüququ qazanan daha bir komanda müəyyənləşib.
Qol.az xəbər verir ki, "Rizəspor" bir illik fasilədən sonra elitaya yüksəlib.
Birinci liqanın 38-ci turunda bu gün "Altınordu" ilə heç-heçə edən komanda ilk 3-lükdəki yerini təmin edib. Rizə təmsiçisi hazırda 68 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl "Samsunspor" da Superliqaya vəsiqə qazanmışdı.
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Azarkeşlərin səsverməsinə əsasən bu ada İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Erik Lamela layiq görülüb. Argentinalı futbolçu evdə İtaliyanın “Yuventus” komandasına 2:1 hesabı ilə qalib gəldikləri matçda həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb. Avroliqada həftənin ən yaxşısı adına Lamelanın komanda yoldaşı İvan Rakitiç, həmçinin Nemanya Matiç (“Roma”, İtaliya) və Florian Virts (“Bayer”, Almaniya) də namizəd idi.
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda xoşbəxt olmayan və komandadan ayrılmağı düşünən Kristiano Ronaldo yenidən Avropaya qayıtmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Münhen “Bavariya”sı portuqaliyalı ulduzla bağlı maraqlı təklif alıb. 38 yaşlı hücumçuya yaxınlığı ilə bilinən məşhur jurnalist Piers Morgan bildirib ki, “Bavariya”nın icraçı direktoru Oliver Kan Ronaldo ilə bağlı maraqlı təklif alıb.
İddialara görə, alman milyarder Markus Şon Oliver Kana göndərdiyini məktubda qeyd edib ki, “Bavariya” Ronaldonu transfer etsə, milyarder bütün xərcləri öz üzərinə götürəcək. “Bavariya”nın təklifə necə cavab verdiyi məlum deyil.
Niderlandın "Ayaks" komandasının qapıçısı Marten Stekelenburq peşəkar karyerasını başa vurur.
Cebhe.info klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı qolkiper cari mövsümün sonunda futbolla vidalaşacaq
Erediviziyanın XXXIII turunun "Utrext"lə ev matçı onun üçün sonuncu olacaq.
Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Marten Stekelenburq bu komanda ilə 4 dəfə Niderland çempionu və ölkə kubokunun qalibi olub. Qapıçı karyerası ərzində İtaliyanın "Roma", İngiltərənin "Everton", "Sauthempton" və "Fulhem" klublarında da çıxış edib.
Niderland millisində 63 oyun keçirən qolkiper yığma ilə 2010-cu il dünya çempionatında gümüş medal qazanıb.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də bu raundun dörd iştirakçısının üçündən oyunçu yer alıb.
Rəmzi komandada ən çox futbolçu ilə İngiltərənin "Mançester Siti" klubu təmsil olunub - 6. Siyahıya İtaliya "İnter"indən 4, "Milan"dan isə bir oyunçu düşüb.
Qapıçı: Ederson ("Mançester Siti") Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan") Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter") Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter").
Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gəlib.
Yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi öz meydanında qəbul edib. “Etihad” stadionunda təşkil olunan qarşılaşma “şəhərlilər”in böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Hesabı 23-cü dəqiqədə Bernardu Silva açıb. Portuqaliyalı vinger 37-ci dəqiqədə dubl edib. 76-cı dəqiqədə İspaniya klubunun heyətində Eder Militao avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə isə Yulien Alvares matçda son nöqtəni qoyub.
Beləliklə, iki oyunun cəmində 5:1 üstün olan “Mançester Siti” həlledici matçda iştirak etmək hüququ qazanıb. Pep Qvardiolanın komandası finalda İtaliyanın “İnter” klubu ilə üz-üzə gələcək.