Ardını oxu...
İspaniya La Liqasının 31-ci turunda bu gün "Jirona" ilə qarşılaşacaq "Real" görüşə itkilərlə çıxacaq.
Teref.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu"nun qapıçısı Tibo Kurtua zədə səbəbindən meydana çıxmayıb.
Onunla yanaşı, Florian Mendi, David Alaba, Daniel Sebalyos, Kerim Benzema və Eden Hazard da səfər oyununun iştirak ərizəsinə salınmayıb..
Ardını oxu...
“Real”ın baş məşqçisi Karlo Ançelotti Lionel Messinin “Barselona”ya mümkün qayıdışından danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis AS-a açıqlamasında deyib:

“Messi istədiyi hər şeyi edə bilər. Onun “Barselona”ya mümkün qayıdışı mənim üçün problem deyil.

Messini bir futbolçu kimi bəyənirəm. Onun gəlməsi İspaniya La Liqası üçün əla ola bilər”.

Qeyd edək ki, Messinin bu yay “Barselona”ya keçməsi gözlənilir. Onun PSJ ilə müqaviləsi cari mövsümün sonuna qədərdir. 35 yaşlı forvard 2004-2021-ci illərdə də Kataloniya təmsilçisində oynayır.
 
Ardını oxu...
Rusiya Premyer Liqasının XXIV turunda “Spartak” – “Krasnodar (4:3) matçında bədbəxt hadisə yaşanıb.

“Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borges huşunu itirib. O, ikinci hissənin əvvəlində rəqib futbolçu Georgi Cikiya ilə toqquşub və başı onun çiyninə dəyib. Huşunu itirən Kadi yerə yıxılıb.

Futbolçuya dilini udmaması üçün ilkin tibbi yardım göstərilib, meydanı xərəkdə tərk edib.

Görüntüləri təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş çempionat təşkil olunub.

Demokrat.az xəbər verir ki, Bakıdakı “Elektra Events Hall” mərkəzində keçirilən yarışda qaliblər müəyyən edilib.

Qaliblərə mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Qeyd edək ki, yarışdan çəkilmiş görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sözügedən çempionatla bağlı təşkilatçılar tənqid olunub.

Bir çox sosial şəbəkə istifadəçiləri bu yarışın ulu öndər Heydər Əliyevin adına yaraşmadığını bildiriblər.
Ardını oxu...
 
Ardını oxu...
“Borussiya” (Dortmund) “Bavariya”nın “Maynts”a məğlubiyyətindən maksimum yararlanıb.

Oxu.Az xəbər verir ki, Bundesliqanın XXIX turunda “Ayntraxt”ı qəbul edən Dortmund klubu rəqibini darmadağın edib - 4:0.

Donyel Malenin dubl etdiyi qarşılaşmada digər qolları Mats Hummels və Cud Bellinqem vurublar.

Qələbə sayəsində xallarını 60-a çatdıran “Borussiya” zirvəni ələ keçirib. Komanda “Bavariya”nın bir xal üstələyir.


20:10

Almaniya Bundesliqasında XXIX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Bavariya” “Maynts”ın qonağı olub.

Münhenlilər bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər - 1:3.

Hesabı ilk hissədə “Bavariya” açsa da, meydan sahibləri fasilədən sonra üç qol vurmaqla qələbə qazanıblar.

“Bavariya” 59 xalla zirvədədir. Komanda bir oyun artıq keçirdiyi ən yaxın izləyicisi “Borussiya”nı (Dortmund) iki xal üstələyir.

Dortmund klubu bu gün “Ayntraxt”ı məğlub edə bilsə, zirvəni ələ keçirəcək.

 
 
 
Ardını oxu...
Dünyanın 4 ən böyük robototexnika yarışından biri olan “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə Azərbaycan da qatıldı. Ölkəmizi yarışda 14-18 yaş arası gənclərdən ibarət “MeckHack #9030” komandası təmsil etdi.

Komandamız müsabiqənin Nyu-Yorkda baş tutan birinci hissəsini uğurla başa vurdu. 51 komanda içərisindən finala keçən 7 komandadan biri oldu. Hyustonda baş tutan finalda isə 600-dən çox komanda ilə mübarizə apardı.

Qeyd edək ki, yarışın layihə rəhbəri və baş sponsoru NASA-dır ("Milli Aeronavtika və Kosmos İdarəsi"). Yarışın əsas sponsorları isə “Apple”, “FedEx”, “Google” kimi şirkətlərdir.

“Kaspi” qəzeti ölkəmiz adından bu yarışda iştirak üçün ilk addımı atan komandanın bir neçə üzvü ilə həmsöhbət olub. Komandanın texniki mentoru Əhməd Bayraqdarov, qeyri-texniki mentoru Təranə Nəbiyevadır.

56 kiloqramlıq robot

İlk olaraq onların yarışa qatıldıqları robot haqqında danışdıq. Bildirildi ki, yarışın qaydalarına görə, robotun çəkisi maksimum 56 kiloqram, hündürlüyü isə 1,50 metr olmalıdır. 1 millimetr kənaraçıxmaya görə belə, robot oyundan çıxarıla bilər. Onlar da robotlarını verilən ölçüdə hazırlayıblar.

Təranə Nəbiyeva bildirdi ki, bu robotun hazırlanmasından yarışda təqdimatına qədər komandanın hər bir üzvünün öz rolu olub: “İbrahim Əli və Yusif Şükürlü robotun qolunu idarə edəndir. Elektronika hissəsində Nicat Tağızadənin rolu böyükdür. Rəsul əsas sürücüdür. Mətin proqramını yığıb. Təqdimatçılar Dəniz, Firəngizdir. Kapitan Svetlanadır”.

Mentorun sözlərinə görə, yarışa hazırlıq 8 ay davam etsə də, onların bunun üçün vaxtı az olub: “Hazırlıq üçün 5 ay vaxtımız oldu”.

“4 min dollar təqaüd verdilər”

5 ay müddətində komanda üzvlərinə texniki və qeyri-texniki biliklər aşılanıb: “Texniki tərəfləri ilə bağlı “3D Fusion”, proqramlaşdırma, mexanika-elektronika dərsləri keçildi. Qeyri-texniki tərəfi isə biznes plan hazırlamaqla bağlı oldu. Yarışın birinci hissəsi üçün qeydiyyat ödənişi 6 min dollar idi. Hazırladığımız biznes plan sayəsində bizə 4 min dollar təqaüd verdilər”.

T.Nəbiyeva deyir ki, Azərbaycan yarışda ilk dəfə iştirak etdiyi üçün prosesin özü çətin olub. Bir çox qeydiyyat yerlərində ölkəmizin adı yox idi. Növbəti illərdə artıq olacaq.

“Jürilər bizə çox istedadlı yanaşırdılar”

Robotun proqramını yığan Mətin Təhməzli deyir ki, yarışa ilk dəfə qatılmaq çətin olsa da, uğur qazanmaqda da payı olub: “Jürilərin diqqətini çəkirdi ki, ölkəmizin birinci komandasıyıq. İkincisi, sponsorumuz ölkənin böyük şirkətlərindən biri idi. Eyni zamanda, bizdə maliyyələşmə hissəsində ailəmiz də qeyd edilmişdi”.

“Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz NASA-nın müsabiqəsində” xəbərləri gündəm olmuşdu. Komandanın təqdimatçılarından olan Dəniz Məmmədova kollektivin zəhmətinin bəhrəsini jürilər qarşısında təqdim etdiyini deyir: “Komandamız böyük zəhmət çəkmişdi, çox işləmişdik. Doğru təqdim etmək lazım idi ki, o zəhmət boşuna getməsin. Bunun məsuliyyətindən və belə bir yarışda ilk dəfə iştirakdan dolayı çıxışımızın ilk dəqiqələrində çox həyəcanlı idim. Jürilər bizə çox istedadlı yanaşırdılar. Bir müddət sonra artıq jürilərlə danışıqda qəribə bir komfort yarandı. Yəni həyəcan olmadı, rahat şəkildə təqdim etdik”.

Təcrübəli rəqiblər…

Rəsul Şərifov deyir ki, onlar bu yarışda uzun illər təcrübəsi olan komandalarla mübarizə aparıblar: “Bizim komandamızın adındakı “9030” o deməkdir ki, bu yarış yarandığı gündən bəri qeydiyyatdan keçən 9030-cu komandayıq. Təsəvvür edin ki, 4, 16 nömrəli komandalar var. Yarış yaradılan vaxtdan qoşulublar, təcrübələri çox böyükdür. Mentorları, komandaları, emalatxanaları, təcrübələri, büdcələri bizdən çox idi”.

İbrahim Əli Xuduyev bildirdi ki, nə qədər çatışmazlıq olsa da, həvəsdən düşməyiblər: “Bakıda robotu hazırlamaq üçün vaxtımız az idi. Yenə də hazırlaya bildik. Sonra qolunda problemlər çıxdı. Yenə də gedib robotu sürürdük, motivasiyamızı salmırdıq. Yarışda da həmçinin”.

“Komanda ruhu qazandıq”

Dəniz komandalar arasında sağlam rəqabət gördüyünü də dedi: “Stenddə hamı bir-birinə kömək edirdi. Digər komandaları rəqib kimi görmürdülər. Amma robot yarışanda, rəqib olurduq. Gözəl rəqabət idi”.

Təqdimatçılardan Firəngiz Həsənova bu yarışda iştirakın onlara böyük komanda ruhu qazandırdığını deyir: “Hər birimiz ayrı orta məktəbdə oxuyuruq. Bu yarış üçün birləşmişik. Bu yarışda komanda olaraq çalışmağı, komandada bir-birimizi həvəsləndirməyi, dəstək olmağı öyrəndik”.

Svetlana Rzayeva deyir ki, valideynləri onları daim dəstəkləyib: “Hər səhər valideynlərimizin bizə “bacaracaqsınız” deməyi çox böyük şeydir. Bəzən dediklərini adam çox hiss etmir, amma nəticəsini görürsən”.
“Həm təcrübəmiz az idi, həm də maliyyəmiz”

Finaldakı nəticələrinə gəlincə, T.Nəbiyeva bildirdi: “600-dən çox komandanın arasında olmaq böyük uğurdur. Robotumuzdan çox, komandanın sayəsində bu siyahıya düşməyi bacardıq. Oradakı robotla bizimkiləri müqayisə edəndə, hər kəs baxıb deyirdi ki, buraya bu robotla gəldiniz? Çünki ən ucuz maliyyə ilə ərsəyə gələn robot idi. Həm təcrübəmiz az idi, həm də maliyyəmiz. Yarışda mükafat qazanmaq kimi gözləntimiz var idi, amma finala çıxmaq gözləntimizin üstündə idi. Biz finalda da iştirak etdik. Yarışa 10-15 il qatılıb finalı görə bilməyən komandalar var”.

Qeyd edək ki, MeckHack #9030 komandası yarışın birinci mərhələsində keçirdiyi sosial layihələrinə görə “Rookie all star” və "Wild car" mükafatlarına layiq görülüb.

T.Nəbiyeva qeyd etdi ki, dövlət yardım edərsə, özəl şirkətlər təqaüd ayırarsa, yarışın xərclərini valideynləri qarşılaya bilməyən şagirdlərin də bu müsabiqədə iştirakı mümkün olar.

“Birinci mərhələdə nəticələr elan olunanda, Nyu-Yorkda himnimiz səsləndi, bayrağımız dalğalandı. Yüzlərlə insan ayaq üstə himnimizi dinlədi. Çox gözəl hiss idi”, – deyə sonda qrup üzvləri bildirdilər.
Ardını oxu...
Ordu vilayətində baş verən qəzada sürücünün idarəetməsindən çıxaraq qarşı zolağa çıxan avtomobildə Türkiyəli taekvondoçu Batuhan Çakmak həyatını itirib, 4 nəfər isə yaralanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza gecə saatlarında Taşbaşı adlanan Məhəllədə baş verib. Dostunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq baryerləri aşıb və qarşı zolağa çıxıb. Xəbərdarlıqla bölgəyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Qəzada yaralanan sürücü Şahin və yoldaşları Batuhan Çakmak, Yasin K., Bensu Ş. və Göksu G. xilasetmə qrupları tərəfindən Ordu Dövlət Xəstəxanasına çatdırılıb. Bütün səylərə baxmayaraq Türkiyəli taekvondoçu Batuhan Çakmak xilas ola bilməyib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Ardını oxu...
 
Ardını oxu...
“Liverpul” Azərbaycan klubu ilə oynamaq istəmir

“Liverpul” İngiltərə Premyer Liqasında mövsümün sonuna doğru Çempionlar Liqasına (ÇL) vəsiqə verən zonadan xeyli uzaq düşüb. “

"Qırmızılar” nəinki Çempionlar Liqasından, hətta avrokuboklardan kənarda qala bilər.

Yurgen Kloppun yetirmələri artıq ÇL-ə vəsiqə qazana bilməyəcəyi ilə barışıb. Rəhbərlik komandanın heç olmasa, Avropa Liqasında çıxış etməsini istəyir.

Britaniya mətbuatında bu barədə yazılan məqalədə “Liverpul”un Konfrans Liqasına düşməsi ehtimalı faciə kimi qiymətləndirilib. Xüsusən də kiçik futbol ölkələrinin təmsilçiləri ilə qarşılaşmaq variantı və təqvim ingilisləri bu baxımdan narahat edir:

“Komanda Çempionlar Liqasından kənarda qalsa, ən azı Avropa Liqasına düşməyə çalışmalıdır. Prestij baxımından bu turnir nisbətən vəziyyəti tənzimləyə bilər.

Konfrans Liqasına düşmək isə xeyirdən çox ziyan vurar. Azərbaycan və Moldova kimi uzaq ölkələrə səfər etmək böyük klublara əziyyət olar.

Həmçinin oyunların həftənin dördüncü günləri olması da Premyer Liqa təqvimində “Liverpul”un xeyrinə olmaz.

Bir sözlə, Konfrans Liqası “qırmızılar” üçün vaxt itkisindən baş bir şey deyil”.

Növbəti mövsüm İngiltərənin Konfrans Liqasındakı yeganə təmsilçisi mübarizəyə pley-off mərhələsindən başlayacaq. \\Sportinfo.az
Ardını oxu...
Fevral ayının sonunda “Qarabağ’ Peşəkar (?!!) Futbol Klubu fotoqraf Elmir Kərimovla yollarını ayırmaq haqda qərar vermişdi. Adı Peşəkar, əslində isə yalnız A komandasından ibarət Ağdam təmsilçisi bunu 3-cü qrup əlil olan fotoqrafa ödənilən qonorarın çox olması ilə əlaqələndirmişdi. Elmirə hər avrokubok qarşılaşmasına görə 100, daxili yarışlara görə isə 50 manat ödənilirdi ki, klub başbilənləri məbləğin çox olmasını önə çəkməyə zərurət duymuşdular. Onların mövqeyi belə idi ki, avrokubok görüşlərinə görə də 50 manat ödənilməlidi. Axı, hər iki halda bu gənc meydanın kənarında eyni – 90 dəqiqəni keçirir. Adama deyən lazımdı, belə arifmetik hesablama aparansan, bütün oyunları avrokuboklardakı kimi hesabla da! Biz hələ avrokuboklarda komandanın 90 yox, 120 dəqiqə, bəzi hallarda isə penalti seriyasını da nəzərə almaqla, hansı vaxt kəsiyində fotoqrafın xidmətindən yararlanmasını hesablamağa zərurət duymuruq.

Məsələdən ilk hali olan Sportlife.az saytı ölkənin ən zəngin klubunun bu utancverici hərəkəti barədə məlumat dərc etdikdən sonra bir xeyli mətbu orqanı Azərbaycan çempionunun bu qərarına kəskin etirazını bildirdi. Bundan sonra “Qarabağ” tələsik formada məşhur filmdə Rüstəm bəyin Sərvəri Gülnazın dayısı kimi təsvir etməsi hiyləsinə əl ataraq, ortada sadəcə, anlaşılmazlıq olduğunu önə çəkdi. Media da bu məsələyə “ok” dedi. Axı, əsas o idi ki, bir gəncin çörəyinə bais olma hərəkətinin qarşısı alınmışdı. Təəssüf ki, əsl həqiqət “Qarabağ” rəhbərliyinin iç üzünü ortaya qoydu. Necə?

“Qarabağ” Kərimovla yenidən yolları ayırıb. Bu dəfə öz aləmlərində daha sivil yolla. Nə yaxşı ki, “Qarabağ”da çalışan və işini irirməkdən qorxmayan bir neçə əməkdaş hələ ki fəaliyyət göstərir. Elmiri “Qarabağ”dan uzaqlaşdırmaq üçün klub rəhbərliyi fotoqrafa müqavilə əsasında ştata götürülməyi və buna əsasən aylıq 400 manat məvacib təklif edib. Əvəzində isə bütün aşağı yaş qrupları üzrə, habelə əvəzedici və A komandasının oyunlarından şəkillər çəkməyi təklif edib. Təbii ki, bu, “qapını çöldən bağla” anlamına gəlir.

Bax, elə burdaca əlavə şərh etmədən yazını tamamlayırıq. Niyə? Çünki problemi səngitmək üçün Elmiri geri çağıran və təqribən 40 gün sonra yeni formada “torba tikənlər” haqda əlavə rəy bildirməyə ehtiyac duymuruq.

Sport24.az
 

Dünyapress TV

Xəbər lenti