Ardını oxu...
Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova ölkənin tarixinə düşüb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı buna Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanmaqla nail olub.

Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk cüdoçudur.

Qeyd edək ki, Xədicə Qədəşova bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında bürünc medal əldə edib
Ardını oxu...
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.

DİA.AZ bildirir ki, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.

Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni məğlub edib. O, 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.

Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək, tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq.

Digər boksçularımızdan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla bitirib. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko ilə döyüşlərdə rəqib mərhələ adladığından yığma üzvləri 3-cü yeri tutublar.

Qeyd edək ki, Avropa birinciliyində finallar avqustun 25-də keçiriləcək.

Ardını oxu...
Futbol üzrə Türkiyə millisinin və “Fənərbaxça” klubunun qapıçısı Altay Bayındır karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək.

Qeyd olunur ki, 25 yaşlı “əlcək sahibi” Yunanıstanda tibbi yoxlanışdan keçəndən sonra İngiltərəyə yola düşəcək.

Türkiyə mətbuatı yazır ki, “Qırmızı şeytan” Altay Bayındırı həyətinə qatmaq üçün 7 milyon avro xərcləyiblər.

Məlumat üçün əlavə edək ki, “Fənərbaxça” Altay Bayındırı 2019-cu ilin yayında “Ankaragücü”dən transfer etmişdi.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı müəllimi tərəfindən öldürülməsinin səs-küyü yatmamış daha bir dəhşətli hadisə baş verib. Bu dəfə Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi və müəllimi kriminal əməlləri ilə gündəmə gəliblər.

TEREF.AZ xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, məktəbin cüdo bölməsinin müəllimi Əliyev Ceyhun Xasay oğlunun yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı aydın olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinini direktoru Fuad Aslanovla əlaqə saxladıq. F.Aslanov yaxın qohumunu xəstəxanaya gətirdiyi üçün danışmaq imkanı olmadığını, xəstəxanadan çıxdıqdan sonra bizimlə əlaqə saxlayacağını qeyd etdi.

Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ülkər Abbasova isə Bakupost.az–a bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Ceyhun Əliyevin saxlanılması ilə bağlı məlumatımız var. Araşdırma aparılır. Amma rəsmi olaraq, hamı kimi cavab gözləyirik. Həbs olunma səbəbi ilə bağlı hansısa məlumatım yoxdur”.

Hadisənin detalları barədə əlavə məlumat verəcəyik…

Qeyd edək ki, 7 yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin baş verdiyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin də Fuad Aslanovun nəzarətində olduğu bildirilir.
 
 
 
Ardını oxu...
Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq. Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.
 
Ardını oxu...
2003-cü ilin 23 fevralında, Harri Kasparovla 15 yaşlı Teymur Rəcəbov arasında baş tutmuş qarşılaşmanın əvvəlində fotoqraf Devid Lleyd tərəfindən çəkilmiş foto.
Bu hadisədən sonra, qalib gəlmiş Teymur Rəcəbov şahmat tarixində dünya birincisini məğlub edən ən gənc şahmatçı rekordunu əldə etmişdir.
"Mən Linaresdə 2003-cü ilin ən güclü turnirində ona qalib gələndən sonra hər şey dəyişdi. Bundan əvvəl 7 il idi ki, Kasparov heç kimə uduzmurdu. O, turnirin bağlanış mərasimində qalmaqal yaratdı. Bütün bu hadisələrdən sonra o məni başqa turnirlərdə görəndə heç salamlaşmırdı da. Yeri gəlmişkən, Linaresdə həmin o partiya bitəndə heç əlimi də sıxmadı".
— Teymur Rəcəbov
Səfər İbrahimli
Teref.az
Ardını oxu...
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda finala çıxa bilməyib.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster yarımfinalda beşqat dünya çempionu, norveçli Maqnus Karlsenə iki oyunun cəmində məğlub olub.

İlk görüşdə rəqibinə uduzan Abasova cavab duelində mütləq qələbə lazım idi. Lakin o, ağ fiqurlarla heç-heçə edib. Nəticədə rəqibinə 0,5:1,5 hesabı ilə uduzan şahmatçımız avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
 
Ardını oxu...
Türkiyə Super Liqasında II turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Trabzonspor” komandaları arasında baş tutub.

Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən oyun “sarı-qırmızılılar”ın qələbəsi ilə başa çatıb - 2:0.

Hər iki qolu Mauro İkardi vurub. Argentinalı forvard 23 və 90+3-cü dəqiqələrdə fərqlənərək “Qalatasaray”a qələbə qazandırıb.
Hazırda dörd xalı olan İstanbul klubu üçüncüdür. Üç xala sahib “Trabzonspor” səkkizinci sırada qərarlaşıb.

 
 
 
Ardını oxu...
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan Abasov rəqibinə məğlub olub.

İkinci qarşılaşma sabah keçiriləcək.
 
Ardını oxu...
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qrup oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi Melilya mərhələsinin ilk görüşündə 6:22 hesabı ilə İspaniyaya məğlub olub.

B qrupunda mübarizə aparan “Neftçi” isə ilk oyunda Portuqaliya millisinə 21:17 hesabı ilə qalib gəlib.
Bakı klubu qrupdakı növbəti oyununu bu gün, saat 21:35-də Almaniya təmsilçisi “Düsseldorf Zoos”a qarşı keçirəcək. Azərbaycan millisi isə saat 23:40 -da “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
 

Dünyapress TV

Xəbər lenti