Türkiyə Super Liqasında II turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Trabzonspor” komandaları arasında baş tutub.
Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən oyun “sarı-qırmızılılar”ın qələbəsi ilə başa çatıb - 2:0.
Hər iki qolu Mauro İkardi vurub. Argentinalı forvard 23 və 90+3-cü dəqiqələrdə fərqlənərək “Qalatasaray”a qələbə qazandırıb. Hazırda dörd xalı olan İstanbul klubu üçüncüdür. Üç xala sahib “Trabzonspor” səkkizinci sırada qərarlaşıb.