2003-cü ilin 23 fevralında, Harri Kasparovla 15 yaşlı Teymur Rəcəbov arasında baş tutmuş qarşılaşmanın əvvəlində fotoqraf Devid Lleyd tərəfindən çəkilmiş foto. Bu hadisədən sonra, qalib gəlmiş Teymur Rəcəbov şahmat tarixində dünya birincisini məğlub edən ən gənc şahmatçı rekordunu əldə etmişdir. "Mən Linaresdə 2003-cü ilin ən güclü turnirində ona qalib gələndən sonra hər şey dəyişdi. Bundan əvvəl 7 il idi ki, Kasparov heç kimə uduzmurdu. O, turnirin bağlanış mərasimində qalmaqal yaratdı. Bütün bu hadisələrdən sonra o məni başqa turnirlərdə görəndə heç salamlaşmırdı da. Yeri gəlmişkən, Linaresdə həmin o partiya bitəndə heç əlimi də sıxmadı". — Teymur Rəcəbov Səfər İbrahimli Teref.az