Nicat Karlsenə uduzduYaradılıb 20.08.2023 11:22 | Baxış sayı: 388Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.Qara fiqurlarla mübarizə aparan Abasov rəqibinə məğlub olub.İkinci qarşılaşma sabah keçiriləcək. Facebook-da paylaş