Ardını oxu...
22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə qayıdıblar.

“Report” xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal, qarışıq komanda yarışlarında isə qızıl medal qazanıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Zinəddin Zidan onu oyunu ilə həyəcanlandıra bilən iki futbolçunun kim olduğunu açıqlayıb.

Fanat.az “Telefoot”a istinadən xəbər verir ki, 2021-ci ildə “Real Madrid”in baş məşqi postundan ayrılan və o vaxtdan bəri işsiz olan mütəxəssis belə danışıb:

“Məni yerimdən sıçramağa məcbur edə biləcək bir yaxşı oyunçu varsa, o, Kərim Benzemadır. Ola bilsin ki, bir də Luka Modriç. Bu futbolçular topla hərəkətdə olanda adama gəlir ki, bu an onu itirəcəklər. Amma vəziyyətdən çıxış yolu tapırlar.

Cud Bellingem? O, gələcək vəd edən böyük futbolçudur. “Real”da oynamağa hazırdır”.
 
Ardını oxu...
Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal (3 qızıl, 2 gümüş, 7 bürünc) qazanıblar.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa evlənib.

İspaniyalı qapıçı və model Andrea Martinezin toyunda komandanın futbolçuları - xüsusən də Kay Havertz və Mateo Kovaçiç iştirak ediblər.

Şənliyə həmçinin əvvəllər London klubunda oynamış Alvaro Morata və Jorjinyo da gəlib.

Havertz tədbirdən Kovaçiçlə birgə fotosunu “Instagram”da yerləşdirib. Alman yarımmüdafiəçi “Biz hazırıq” yazıb.
Ardını oxu...
 
Ardını oxu...
“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.

Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev “Karate Kombat” turnirində qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, titullu idmançımız Florida ştatının Mayami şəhərində keçirilən döyüşdə ABŞ-dan olan Coş Kuayhagenə qalib gəlib.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.
Ardını oxu...
Belçika millisinin sabiq futbolçusu Sedrik Russel vəfat edib.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu 45 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Belçikanın əsas yığmasında 3 oyun keçirmiş forvard karyerası ərzində ölkəsinin "Gent", "Genk", "Zulte Varegem", İngiltərənin "Vulverhempton" və İtaliyanın "Breşiya" klublarında da çıxış edib.
 
Ardını oxu...
Bu yaxınlarda fransalı yarımmüdafiəçi Bubakar Kamara ailə həyatı qurub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Aston Villa”nın oyunçusunun seçdiyi şəxs sosial mediada 2 milyondan çox izləyicisi olan 27 yaşlı Korali Porrovekkio olub. Yeni evlənənlər möhtəşəm şənlik keçiriblər və bu mərasimdə Pol Poqba, Kilian Mbappe, Felipe Koutinyo, Unai Emeri və başqa futbol ulduzları iştirak ediblər.

Belə parlaq və alovlu bayramdan sonra, gözlənildiyi kimi, gənclər çoxdan gözlənilən bal ayı səyahətinə çıxıblar. Futbolçunun planları Maldiv adalarında bir neçə gün həyat yoldaşının yanında olmaq idi, hər şey həmişəkindən daha yaxşı gedib. Günəş, dəniz, qum, sevimli həyat yoldaşın da yanında - başqa nə xəyal edə bilərsiniz? Sonradan məlum olduğu kimi, bir şey başqa səmtə yönəlibmiş...

Bubakar Kamara uzun müddətdir ki, milli komanda səviyyəsində özünü göstərmək arzusunda olub. Ötən mövsüm o, İngiltərənin "Aston Villa"sının sıralarına qoşulub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərib, xüsusən də onun köməyi ilə komanda avrokubok zonasına düşə bilib. Bununla belə, yarımmüdafiəçi bütün müsahibələrində əsas məqsədlərindən birinin Fransa millisində yer almaq olduğunu qeyd edib. Bəli, bir çox futbolçular bunu arzulayır, amma hər kəs öz istəkləri uğrunda fədakarlıq etməyə hazır deyil.

Xoşbəxt Kamara artıq gənc həyat yoldaşı ilə çimərlikdə əyləndiyi zaman, birdən özünü sübut etmək şansı yaranıb - zədəli Adrien Rabionun əvəzinə yarımmüdafiəçi Fransa millisinə çağırılıb. Bütün işlərini və həyat yoldaşını tərk edən futbolçu ölkəsinin köməyinə gedib. Həvəslənən və ruhlanan Bubakar artıq Avro 2024-ün seçmə mərhələsində necə oynaya biləcəyini səbirsizliklə gözləyib.

Fransa yığması Cəbəllütariq və Yunanıstan komandaları ilə iki oyun keçirib. Hər iki oyun sonda müvafiq olaraq 3:0 və 1:0 hesab ilə fransızların qələbəsi ilə başa çatıb. Bütün bu hekayədə ən diqqətçəkən məqam odur ki, Didye Deşam yalnız üç oyunçunu - Markus Tyuram, Jordan Veret və bədbəxt Bubakar Kamaranı bu görüşlərdə meydana buraxmayıb. Yığmanın baş məşqçisi 23 yaşlı futbolçu ilə bağlı yaranmış bütün vəziyyəti öyrəndikdən sonra Deşam deyib: "Ümid edirəm ki, madam mənə çox əsəbiləşməyəcək".

İndi hər kəsi sual maraqlandırır: “Bubakar Kamaranın gənc həyat yoldaşı onun hərəkətinə necə reaksiya verəcək?”
 
Ardını oxu...
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Ardını oxu...
Portuqaliyanın məşhur “A Bola” nəşri “Qarabağ”a aid maraqlı iddia ortaya atıb.

Həmkarlarımızın iddiasına görə, yerli “Maritimu”nun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.

Belə ki, “Qarabağ”ın 30 yaşlı hücumçu ilə maraqlandığı bildirilir.

Nəşr “Maritimu” aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu yazır.

Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.

Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanında “Əl-Həzm”in formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.

“A Bola”nın yaydığı informasiya doğrudumu? Əgər yaxın keçmişə boylansaq, bəli. Azərbaycan çempionu kamerunlu hücumçuya düz 2 il öncə təklif göndərib.

Ondan qabaqkı illərdə də belə bir dəvət olub. Sadəcə, Joel həmin vaxt Azərbaycana gəlmək istəməyib. İndi isə “köhlən atlılar” onun xidmətinə maraq göstərmir.

Çünki şərtlər üst-üstə düşmür. Adını çəkdiyimiz hücumçu minimum 3 illik müqavilə tələb edir. Üstəlik, daim əsas heyətdə yer almasına zəmanət gözləyir.

Təbii ki, Qurban Qurbanov bununla razılaşmır. O, yaşı 30-u haqlayan, son iki mövsümü qeyri-sabit keçirən, məhsuldarlığı aşağı düşən afrikalının adını artıq transfer siyahısından çıxarıb.
 

Dünyapress TV

Xəbər lenti