Ardını oxu...
“Daha yaxşısını gözləyirdim”.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveç klubu “Molde” ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis “Aker” stadionunda baş tutan matçın ardından fikirlərini bölüşüb: “Oyunun gedişatına baxsaq, çox uğurlu nəticə oldu. Düşünürdüm ki, meydançaya tez uyğunlaşarıq, o qədər çətinliyimiz olmaz. Şükürlər olsun ki, futbolçular çətinliyə dözməyi bacardılar. Bir matçımız qaldı. Bakıdakı görüşə daha yaxşı şəraitdə hazırlaşacağıq. 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Son qarşılaşmada daha istəkli olmalıyıq. Bütün çətinliklərə baxmayaraq, futbolçular inamlarını itirmədilər”.

O, bəzi əvəzetmələrin plana uyğun aparılmadığını söyləyib: “Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Rəqibə də qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. İlk hissədə oyunun quruluşunda dəyişiklik olmuşdu. Sonradan meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Bir az balans pozuldu. Ancaq komandamızda əvəzetmədən mübarizəyə qoşulanlar istəkli və aqressiv oldular”.

Baş məşqçi son dəqiqədə gələn bərabərlik topunun onlara qarşıdakı görüşdə müsbət təsir edəcəyini vurğulayıb: “Son dəqiqələrdə buraxılan və vurulan qollar komandanın böyüməsi üçün vacibdir. Son dəqiqədə vurulan qol komandaya əlavə motivasiya verir. “Bayer”lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq təsir etmişdi. Son dəqiqə qolları böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Son matçda daha diqqətli və fəal olmalı, soyuqqanlı oynamalıyıq. Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etməyimiz bizi sevindirir. İnşallah, futbolçularımız bununla kifayətlənməzlər”.
Qurban Qurbanov qış fasiləsində heyəti gücləndirmək istədiklərini əlavə edib: “Bu gün çatışmazlıq bəlkə orta sahədə oldu. Həm Yankoviç, həm də Patrik yorulmuşdu. Düzdür, ehtiyatda Riçard Almeyda var idi. Amma Romaonun olmaması və Juninyonun da əvəzlənməsi planlarımızı pozdu. Qışda 2 oyunçu transfer etmək istərdim. Əlimizdə daha çox sağlam oyunçunun olması işimizi asanlaşdırır”.

Təcrübəli çalışdırıcı Bəhlul Mustafazadənin son dəqiqələri hücumda keçirməsinə də münasibət bildirib: “Bakıdakı görüşdə də iki mərkəz müdafiəçimiz riskə gedərək, hücumda oynamışdı. Bəhlul kornerdən sonra da hücumda qaldı. Hətta mən bildirdim ki, geri qayıtsın. Ancaq top orada qaldığı üçün öndə qaldı və bundan istifadə etdi”.

Qurban Qurbanov qrupun son qarşılaşmasının çətin olacağını deyib: “Bəzən son oyunlarda nəticəni əldən verdiyimiz anlar olub. “Hekken” qrupdakı bütün oyunlarında məğlub olub. İtiriləcək heç nələri yoxdur. Bura qələbə qazanmaq üçün gələcəklər. Həddən artıq istəkli olmağımız bizə mane ola bilər. Meydançada tapşırıqları düzgün icra etmək lazımdır. Rəqibin oyununa baxdıqdan sonra komandanı matça soyuqqanlı şəkildə hazırlamağa çalışacağıq”.

Baş məşqçi bunu karyerasının ən gərgin oyunu saymayıb: “Daha həyəcanlı və gərgin oyunlarım çox olub. Bu gün o qədər də həyəcan yox idi, rahat idim. Qalib gəlsəydik, burada hər şey həll oluna bilərdi. Olmasa belə, hər şey Bakıya qaldı”.
 
Ardını oxu...
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.

“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
https://t.me/oxuaze/71747
 
Ardını oxu...
Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Okan Burukun baş məşqçisi olduğu komanda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.

A qrupun digər görüşündə "Bavariya" Almaniyada "Kopenhagen"i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
 
Ardını oxu...
Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik” – “Sumqayıt” matçında qorxulu anlar yaşanıb.

Matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə Sumqayıt təmsilçisinin oyunçusu Kristian Velinovskiyə qarşı açıq ayaqla kobud oynayıb.

Nəticədə Velinovskinin ayağı qırılıb, R.Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub. Ayağı qırılan futbolçu isə ambulansla xəstəxanaya aparılıb.

Həmin anın görüntülərini təqdim edirik:

 
 
 
Ardını oxu...
Hücum xəttini gücləndirmək istəyən Madrid "Real"ı Klaudio Eçeverrini transfer etmək istəyir.

32gun.az "Diario AS"a istinadla xəbər verir ki, "kral klubu" Argentinanın "River Pleyt" komandasının hücumemeyilli yarımmüdafiəçisini transfer etmək üçün klubla danışıqlar aparıb.

“Real” Kilian Mbappe üçün fantastik pullar xərcləməkdənsə, Eçeverrini sıralarına qatmaq istəyir. La Liqa təmsilçisi, Eçeverrini izləmək üçün İndoneziyada keçirilən FIFA U-17 Dünya Çempionatına müşahidəçi göndərib. “Real”ın nümayəndələri futbolçunun oyununu bəyənib. Bildirilir ki, Klaudio Eçeverrini transfer etmək üçün PSJ və Mançester Siti də hərəkətə keçib.
 
Ardını oxu...
“Filmi izləməkdən çox zövq aldım. Baş məşqçimizin keçdiyi həyat yolu mənə və bütün idmansevərlərə maraqlı idi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı müdafiəçinin sözlərinə görə, ekran işinin Avropa Liqasının V turunda Norveçdə “Molde” ilə keçiriləcək oyundan öncə nümayiş olunması komandaya böyük motivasiya verəcək:
“Qurban Qurbanovun keçdiyi həyat yolu futbol tarixinin bir parçasıdır. İnanıram ki, o, özünü daha da inkişaf etdirəcək və nailiyyətlərinin davamını gətirəcək”.
 
 
 
Ardını oxu...
“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2023-cü il mövsümünün 22-ci və son mərhələsinin - Əbu-Dabi Qran-prisinin qalibi olub.

İkinci yeri “Ferrari” pilotu Şarl Lekler tutub. Üçüncü yeri “Mercedes”dən britaniyalı Corc Rassel tutub.

Verstappen bu mövsüm 19-cu dəfə Qran-pri qalibi olub və bir ildə qazanılan mərhələlərin sayına görə rekordunu yeniləyib. O, “Formula-1” mərhələlərində 54-cü qələbəsini qazanıb və bu göstəricidə alman pilot Sebastyan Fetteli keçib. Yalnız alman Mixael Şumaxer (91) və britaniyalı Lyuis Hemilton (103) onu qabaqlayırlar. Ferstappen “Formula-1” tarixində lider kimi bir mövsümdə 1000 dövrə vuran ilk sürücü olub.
 
 
 
Ardını oxu...
İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində London “Tottenhem”i Birminhem “Aston Villa”sını qəbul edib.

Oxu.Az xəbər verir ki, oyunu Robert Consun rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 22-ci dəqiqədə vurulub: londonluların argentinalı yarımmüdafiəçisi Covani Lo Çelso fərqlənib. “Aston Villa” birinci yarının sonunda status-kvonu bərpa edib: 52-ci dəqiqədə Pau Torres topu tora göndərib. Qonaq komandanın qələbə qolunu isə 61-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Olli Uotkins vurub.
Bu qələbədən sonra “aslanlar” 28 xala malikdirlər. Unai Emerinin yetirmələri turnir cədvəlində “mahmızlar”ı (26 xal) ötərək dördüncü pilləyə yüksəliblər.

Xatırladaq ki, ötən gün çempionatın favoritləri - “Mançester Siti” və “Liverpul” arasındakı qarşılaşmada qalib müəyyən edilməyib. Hazırda turnir cədvəlinə “Arsenal” (30) başçılıq edir. Mikel Artetanın komandası “Mançester Siti” - “Liverpul” matçındakı xal itkilərindən faydalanaraq zirvəyə yüksəlib. “Topçular”ı “şəhərlilər” (29) və “qırmızılar” (28) təqib edirlər.

 
Ardını oxu...
“Atletiko”nun hücumçusu Antuan Qrizmann klubdakı gələcəyi haqda danışıb.

O, adını Madrid təmsilçisinin tarixinə yazdırmaq istədiyini deyib:

“Atletiko”da önəmli biri olmaq, bu klubun əfsanəsi olmaq üçün motivasiyam var. Mən bunu qazanmalı olduğumu bilirəm. Bu mövsüm üçün çoxlu hədəflərim var. Bəli, La Liqanı qazanmaq istəyirəm. Mən bunu heç vaxt etməmişəm. Amma arzum reallaşsa, gözəl olardı. Çalışmalıyıq”.

Qeyd edək ki, 32 yaşlı forvard 2021-ci ildə doğma klubu “Atletiko”ya qayıdıb. O, 2014-2019-cu illərdə də bu komandada oynayıb.

Bu mövsüm Qrizmann 16 oyun keçirib, 12 qol vurub və 1 qolun ötürməsini edib.
 
Ardını oxu...
“On səkkiz yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatındakı rəqiblərim çox güclü idi”.

Bunu “Report”a açıqlamasında İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Ayan Allahverdiyeva deyib.

“Yarış çox gərgin keçdi. Ötən il dünya çempionatında ikinci yerə çıxmışdım. Bu il axır ki, birinci yerə çıxa bildim”, - Azərbaycan idmançısı vurğulayıb.

“Bəzi səhvlərimi düzəldə bildim. Təcrübə də çox kömək etdi. Şükür Allaha, hər şey yaxşı oldu. Üç dəfə heç-heçə elədim, səkkiz dəfə uddum, 9,5 xal topladım”, - o deyib.

A.Allahverdiyeva bəzi rəqiblərinin güclü olduğunu vurğulayıb:

“Qazaxıstan, Ukrayna, Rusiya, ABŞ şahmatçıları güclü oyun göstərdilər. Yarış gərgin keçdi”.
“Bu, mənim ən böyük uğurum idi. Qeyd edim ki, bundan əvvəl üç dəfə Avropa çempionu olmuşam. İnşallah şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək. Bu, şahmat bayramıdır. Çempionat yeni ildən əvvəl olur. Yarışda ən yaxşı şahmatçılar iştirak edirlər. Bu yarışdan sonra məni oraya dəvət etdilər”, - A.Allahverdiyeva deyib.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti