![]() |
![]() ![]() ![]() |
|
Türkiyə Superliqasının 15-ci turunda keçirilən “Ankaragücü” – “Rizespor” matçından (1:1) sonra xoşagəlməz hadisə baş verib.
“Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb. Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyib. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıb.
Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb.
Türkiyə çempionatında 15-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, Azərbayca millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Hatayspor” “Başakşehir”in qonağı olub. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 11-ci dəqiqədə Mehdi Abeid vurub.
Renat meydana start heyətdə çıxıb və sonadık oynayıb. O, 90+9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, “Hatayspor” hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.