|
Türkiyə Superliqasının 15-ci turunda keçirilən “Ankaragücü” – “Rizespor” matçından (1:1) sonra xoşagəlməz hadisə baş verib.
“Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb. Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyib. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıb.
Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb.