Rafaela Pimenta agenti olduğu “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın “Real”a mümkün transferi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, o, AS-a açıqlamasında deyib: “Haaland “Real”la müqavilə imzalayacaqmı? Bu barədə Madrid klubundan soruşmalısınız”.

Qeyd edək ki, 23 yaşlı oyunçunun “Siti” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Norveçli futbolçunu almaq istəyən klub 250 milyon avro təzminat ödəməlidir.


Hazırda vətənində “Nitsa”da çıxış edən 23 yaşlı fransalı müdafiəçi Jan-Kler Todibo “Mançester Yunayted”ə keçməyə yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı “The Sun” yayıb.

Mənbənin məlumatına görə, mankunianlılar futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağa çalışır. Todibonun da bu keçidə razılıq verdiyi bildirilir. Futbolçunun potensial müqavilə dəyərinin 30 milyon avro olacağı gözlənilir.

 

Todibonun “Nitsa” ilə hazırki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

“Tuluza”nın yetirməsi olan Jan-Kler 2019-2021-ci illərdə “Barselona”da çıxış edib. Ancaq Kataloniya klubunda möhkəmlənə bilmədiyi üçün “Şalke”, “Benfika” və “Nitsa”da icarə əsasında oynayıb. O, 2021-ci ildə birdəfəlik əsasda “Nitsa”ya transfer olunub. 23 yaşlı futbolçu Fransa çempionatının bu mövsümündə 11 oyun keçirib, bu oyunda bir məhsuldar ötürmə edib və sarı vərəqə alıb.

Ardını oxu...
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatını qazanan komanda 34 milyon dollar mükafat alacaq.
Offsideplus.az xəbər verir ki, FIFA ümumilikdə 371 milyon avro mükafat məbləği təyin edib. Turnirə qatılan hər bir ölkə 9,25 milyon avro qazanacaq. Qrupdakı hər qalibiyyət 1,5 milyon avro, hər heç-heçə isə 750 000 avro ilə mükafatlandırılacaq. 1/8 finala çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər isə 3,25 milyon avro ödəniş olunacaq.
FIFA yarımfinala çıxan komandaların hər birinə 5 milyon avro, çempion komandaya 10 milyon, finalistə isə 7 milyon avro ödəyəcək. Bu rəqəmlərə əsasən, qrupunda bütün oyunları qazanıb, finala çıxan ölkə ümumilikdə 34 milyon avro qazanc əldə edə bilər.
Qeyd edək ki, Avropa çempionatı 14 iyundan 14 iyul tarixinədək davam edəcək.
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşları Xankəndi stadionunda futbol oynayıblar.

Stadiondan hazırlanan süjetdə qeyd olunub ki, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını bu arenada izləmək mümkün olacaq.

Bildirilib ki, təxminən 15 min tamaşaçı tutumuna malik olan sözügedən stadion SSRİ dövründə Azərbaycanın “Qarabağ” futbol klubunun oyunlarına ev sahibliyi edib.

Hazırda isə stadionda bərpa və yenidənqurma işləri görülür.
Xatırladaq ki, Xankəndi şəhər stadionunun təməli 1955-ci ildə qoyulub. Futbol meydançası 1956-cı ildə istifadəyə verilib.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK son ölkə çempionatının bürünc medalçısı “Neftçi” ilə üz-üzə gəlib.

Matçın qalibi üç setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” 3:0 (25:11, 25:13, 25:15) hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.
 
Ardını oxu...
ABŞ-nin “İnter Mayami” futbol klubu ilə Səudiyyə Ərəbistanının “Ən Nəsr” klubu arasında görüş 2024-cü ilin fevralında Riyad Mövsüm Kuboku yoldaşlıq turniri çərçivəsində keçiriləcək.

Bu barədə Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Əl-Şeyx “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verib.

“Bu, futbol nəhənglərinin “son rəqs”idir. Messi və Ronaldu meydanda qarşılaşacaqlar”, - Əl-Şeyx yazıb.
Qeyd edək ki, Messi və Ronaldunun bir-birinə qarşı oynadığı son görüş 2023-cü ilin yanvarında baş tutub. Messinin forma geyindiyi Fransanın PSJ klubu “Ən Nəsr" və “Əl Hilal” klublarının futbolçularından təşkil olunmuş Ər-Riyad millisi ilə yoldaşlıq oyunu keçirib. Yekunda PSJ 5:4 hesabı ilə qalib gəlib. Matçda Messi bir, Ronaldu isə iki qola imza atıb.
 
 
Ardını oxu...
Belçika – Azərbaycan matçından əvvəl Brüsseldəki himn biabırçılığı oyuna damğa vurdu.

Avropanın “göbəyində”, onminlərlə azarkeşin, milyonlarla izləyicinin gözləri önündə Azərbaycanın dövlət himninin əvəzinə İsveçin himninin səsləndirilməsi “Kral Boduen”də bir neçə dəqiqəlik çaxnaşmaya səbəb oldu.

Bizimkilərin israrından və təxminən 4 dəqiqəlik aradan sonra qüsur aradan qaldırıldı və Azərbaycan dövlət himni çalındı.

Kaş çalınmazdı. Çünki bu dəfə də növbəti, ənənəvi biabırçılıq qaçılmaz oldu.

İllərdir millinin formasını geyinən “azərbaycanlılar”dan 4-ü – Eddi İsrafilov, Renat Dadaşov, Aleksey İsayev və Höccət Haqverdi sözlərini bilmədiklərini himnimizi oxumadılar.

Əvəzində, dağıstanlı Şahruddin Məhəmmədəliyevlə ukraynalı Anton Krivotsyuk azərbaycanlı futbolçularla birlikdə dövlət himnimizi ürəklə oxumaqla diqqət çəkdi.

Dəyərli AFFA rəhbərliyi, “geydirmə azərbaycanlılara” verdiyiniz saxta pasportların nəticəsi baxın budur.

Milli forması ilə özlərinə reytinq qazanıb, mükafatların hesabına şəxsi büdcələrini zənginləşdirən “dostlarınız” 2-3 saat vaxt ayırıb himnimizin sözlərini öyrənməyi özlərinə borc bilmirlər.

Himnə vaxt ayırmayan futbolçu geyindiyi formaya hansı hörməti qoyacaq?

Videoda acı mənzərə ilə bir daha tanış ola bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ
 
Ardını oxu...
UEFA Azərbaycanın iki klubuna ödəniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” və “Qəbələ” (Gənclər Liqası) Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərə qatıldıqları üçün müvafiq olaraq 403 600 və 25 500 avro maliyyə vəsaitləri alıblar.
Məbləğ AFFA-nın vasitəsilə ilə klubların büdcəsinə köçürülüb.

“Barselona” zədəli yarımmüdafiəçisi Qaviyə əvəzləyici tapıb.

Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Klub “Tottenhem”in yarımmüdafiəçisi Covani Lo Kelsonu transfer etmək niyyətindədir.

Kataloniya təmsilçisi argentinalını qış transfer pəncərəsinin əvvəlində icarəyə götürmək istəyir. “Barselona” tam transferi də istisna etmir. Lakin bu, yalnız komandanın maddi durumu futbolçunun alınmasına imkan verərsə, reallaşacaq.

 

Bu mövsüm Lo Kelso 4 oyun keçirib və məhsuldar olmayıb. Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə onun təxmini dəyəri 14 milyon avrodur.

Xatırladaq ki, Qavi zədə səbəbindən 6-8 ay yaşıl meydanlardan kənarda qalacaq.

Ardını oxu...
"Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər".

"Report"un Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb: "Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq".

İtaliyalı baş məşqçi Eddi İsrafilova start heyətdə şans verməsinə toxunub: "Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik".

Mütəxəssis yığmadan ayrılacağı təqdirdə yerli jurnalistlərin suallarından darıxmayacağını söyləyib: "Karyeramda ilk dəfə belə halla rastlaşıram. Mənim günahım deyil. Burada işləyirəm və sizinlə görüşməyə məcburam. Bizim inkişafımızı görmək istəmirsiz. Qat-qat çox iş görmüşük. Mentaliteti dəyişirik”.

De Byazi suallardan əsəbiləşərək, konfransı yarımçıq tərk edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti