|
Hazırda vətənində “Nitsa”da çıxış edən 23 yaşlı fransalı müdafiəçi Jan-Kler Todibo “Mançester Yunayted”ə keçməyə yaxındır.
Fanat.az xəbər verir ki, informasiyanı “The Sun” yayıb.
Mənbənin məlumatına görə, mankunianlılar futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağa çalışır. Todibonun da bu keçidə razılıq verdiyi bildirilir. Futbolçunun potensial müqavilə dəyərinin 30 milyon avro olacağı gözlənilir.
Todibonun “Nitsa” ilə hazırki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
“Tuluza”nın yetirməsi olan Jan-Kler 2019-2021-ci illərdə “Barselona”da çıxış edib. Ancaq Kataloniya klubunda möhkəmlənə bilmədiyi üçün “Şalke”, “Benfika” və “Nitsa”da icarə əsasında oynayıb. O, 2021-ci ildə birdəfəlik əsasda “Nitsa”ya transfer olunub. 23 yaşlı futbolçu Fransa çempionatının bu mövsümündə 11 oyun keçirib, bu oyunda bir məhsuldar ötürmə edib və sarı vərəqə alıb.