Ardını oxu...
“Barselona” rəhbərliyi Robert Levandovskini satmaq qərarını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı klublarından birinə transferi gözlənilən forvard satılmayacaq.

Klub prezidenti Xoan Laporte 35 yaşlı hücumçunun komandada qalmasını istəyib.

Qeyd edək ki, Levandovskinin “Barsa” ilə müqaviləsi 2026-cı il iyunun 30-na kimidir.
 
Ardını oxu...
İspaniya La Liqasının 18-ci turunda lider “Jirona” “Real Betis”in qonağı olub.

Birinci hissənin sonunda, 39-cu dəqiqədə “Betis”in qapısına penalti təyin olunub. Ukraynalı hücumçu Artem Dovbik 11 metrlik zərbə ilə “Jirona”nı önə keçirib. Görüşün sonlarında, 89-cu dəqiqədə isə German Pessella hesabı bərabərləşdirib - 1:1.

Bu matçın nəticəsindən sonra “Jirona” 43 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qalıb, lakin “Real Madrid”dən çox da uzaqlaşa bilməyib. Kral klubunun 42 xalı və ehtiyatda oyunu var.
“Betis” isə eyni sayda matçdan sonra 28 xalla yeddinci yerdədir.

 

Bakı Dövlət Universtetinin bir qrup tələbəsi təhsil aldıqları otaqda istiliyin olmamasından şikayətçidir. Fizika fakültəsində oxuyan I kurs tələbələrinin valideynləri övladlarının soyuqdan əziyyət çəkdiyini bildirir.

"Qafqazinfo”ya müraciət edən bir neçə valideyn bildirib ki, universitetdə qətiyyən istilik sistemi yoxdur: "Tələbələr müəllimə və qrupun dekanına "siniflər çox soyuqdur” deyəndə müəllimlər məsləhət görür ki, "şokalad yeyin, üşüməzsiniz”. Bundan başqa, qrupda təhsil alan tələbələrdən 6-sı hazırda qızılcaya tutulub”.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetində bildirilib ki, tələbələrin qızılcaya tutulması ilə bağlı iddialar həqiqəti əks etdirmir. BDU-dan verilən açıqlamaya görə, universitetin bütün korpuslarında istilik var.
Ardını oxu...
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

1/8 final oyunlarından sonra Premyer Liqanın 8 komandası mübarizəni davam etdirib.

1/4 finalın ən maraqlı cütlüyündə "Sabah” və "Qarabağ” komandaları yarımfinala vəsiqə uğrunda bir-biriləri ilə qarşılaşacaqlar.
Azəbaycan Kuboku
1/4 final
"Səbail” - "Zirə”
"Araz-Naxçıvan” - "Qəbələ”
"Sumqayıt” - "Neftçi”
"Sabah” - "Qarabağ”

Qeyd edək ki, bu raundun ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.
 
Ardını oxu...
Türkiyə Super Liqasının 17-ci turunda öz meydanında “Fatih Karagümrük”ə 1:0 hesabı ilə qalib gələn “Qalatasaray” liqada ardıcıl 4-cü qələbəsini qazanıb.

Rams Parkda oynanan qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Kerem Aktürkoğlu vurub.
Lider “Fənərbağça” ilə növbəti turdakı derbi öncəsi kritik qələbə qazanan “Qalatasaray” xalını 43-ə çatdırıb və əzəli rəqibini yaxından izləməyə davam edir. Ardıcıl ikinci dəfə məğlub olan “Fatih Karagümrük” isə 17 xalla 14-cü pillədə qərarlaşıb.

 
Ardını oxu...
Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.

Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçı stadiondan canlı izləyəcək.
Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.

Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.
 
 
 
Ardını oxu...
Türkiyə Superliqasının XVII turunda “İstanbulspor”un futbolçuları hakimin qərarı ilə razılaşmadıqları üçün meydanı tərk ediblər.

Bu, “Trabzonspor” ilə qarşılaşmanın dayandırılmasına səbəb olub.

68-ci dəqiqədə Edin Vişçinin ötürməsindən sonra “Trabzonspor”un hücumçusu Paul Onuaçu başı ilə rəqib qapısına zərbə endirib və hesabı 2:1 komandasının xeyrinə dəyişib. Ancaq bundan bir neçə dəqiqə əvvəl “Trabzonspor”un digər futbolçusu oyun epizodunda rəqibin üzünə zərbə endirib. Hakim VAR-a baxaraq heç bir qayda pozuntusu qeydə almayıb.
Bundan sonra “İstanbulspor”un futbolçuları hakimlə aktiv şəkildə mübahisə etməyə başlayıblar. İstanbul klubunun prezidenti meydana daxil olaraq komandasını oradan uzaqlaşdırıb.
 Mənbə: Haber Global
Ardını oxu...
Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.

Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə qazanmağı bacarıb - 2:0.

Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib. “Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib - 2:0.
Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının finalına yüksəlib.

Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds” qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.

 
Ardını oxu...
“Arsenal”ın keçmiş futbolçusu Məsut Özil London klubunun varlığından xəbəri olmadığını deyən məşhur amerikalı aktyor Leonardo Di Kaprionu ələ salıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Arsenal” Futbol Klubunun 25 yaşdan yuxarı yaşı var. Di Kaprio onu niyə tanımalıdır ki?” – Özil yazıb.

Qeyd edə ki, Leonardo Di Kaprionun adı tez-tez 25 yaşdan yuxarı qadınlarla eşq macərası yaşamadığı iddiaları ilə gündəmə gəlir. O, şəxsi münasibətləri üçün yalnız 25 yaşı tamam olmayan qızları seçir.
 
Ardını oxu...
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə növbəti medallara sahib olublar.

Oxu.Az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev birinci, Ömər Qasımlı ikinci, Səma Cəfərova və Ammar Baxşalıyev üçüncü yeri tutublar.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova birinci, Fərhad Mustafayev və Ömər Qasımlı isə ikinci olublar.
 
Ardını oxu...
İtaliya A seriyasının XVI turunda “Napoli” evdə “Kalyari”ni qəbul edib.

Oyun neapolluların 2:1 hesablı qələbəsilə yekunlaşıb. Matçda hesabı 69-cu dəqiqədə Viktor Osimhen açıb.

Qonaqların heyətində Leonardo Pavoletti 72-ci dəqiqədə hesaba tarazlıq gətirib.

75-ci dəqiqədə isə V.Osimhenin möhtəşəm driblinqi və ötürməsilə gürcü Xviça Kvaratsxeliya qol vuraraq “Neapol”a qələbə qazandırıb.
Bu nəticədən sonra “Napoli” 27 xalla dördüncü yerə yüksəlib. “Kalyari” isə 13 xalla 16-cıdır.

Dünyapress TV

Xəbər lenti