Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
1/8 final oyunlarından sonra Premyer Liqanın 8 komandası mübarizəni davam etdirib.
1/4 finalın ən maraqlı cütlüyündə "Sabah” və "Qarabağ” komandaları yarımfinala vəsiqə uğrunda bir-biriləri ilə qarşılaşacaqlar. Azəbaycan Kuboku 1/4 final "Səbail” - "Zirə” "Araz-Naxçıvan” - "Qəbələ” "Sumqayıt” - "Neftçi” "Sabah” - "Qarabağ”
Qeyd edək ki, bu raundun ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.