Ardını oxu...
İspaniya millisi AVRO-2024-ün seçmə mərhələsinin V turunda Gürcüstanı darmadağın edib.

Pireney təmsilçisi səfərdə rəqibinə 7:1 hesabı ilə qalib gəlib.

Alvaro Moratanın het-trik etdiyi qarşılaşmada Dani Olmo, Niko Vilyams və Lamin Yamal hərəyə bir dəfə fərqləniblər. Solomon Kvirkveloyan avtoqol müəllifi olub. Gürcülərin təsəlli qoluna Giorgi Çakvetadze imza atıb.

İspaniya üç oyunda altı xalla A qrupunda ikincidir. Gürcüstan dörd xalla dördüncü yerdə qərarlaşıb.

Beləliklə, 16 yaş 57 günlük olan Yamal İspaniya millisinin ən gənc futbolçusu olub. O, komanda yoldaşı Qavinin rekordunu qırıb.
Ardını oxu...
AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində Türkiyə yığması ilə Ermənistan millisi arasında keçirilən matç öncəsi maraqlı anlar yaşanıb.

Stadionun qarşısına toplaşmış türkiyəli azarkeşlər Azərbaycana dəstək şüarları səsləndiriblər.

Onlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan ediblər.
 
 
 
Ardını oxu...
Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində V tura start verilib.

İlk oyun günündə 9 qarşılaşma keçirilib.

Son dünya çempionatının finalçısı Fransa millisi İrlandiyanı məğlub edib. B qrupunun digər matçında Niderland yığması Yunanıstana şans verməyib.

AVRO-2024, seçmə mərhələ
V tur

B qrupu

Fransa - İrlandiya - 2:0

Niderland - Yunanıstan - 3:0

Xal durumu: Fransa - 15 (5 oyun), Niderland - 6 (3), Yunanıstan – 6 (4), İrlandiya – 3 (4), Cəbəllütariq – 0 (4)

E qrupu

Çexiya - Albaniya - 1:1

Polşa - Farer adaları - 2:0

Xal durumu: Çexiya – 8 (4 oyun), Albaniya – 7 (4), Polşa - 6 Moldova – 5 (4), Farer adaları – 1 (4)

G qrupu

Litva - Monteneqro - 2:2

Serbiya - Macarıstan - 1:2

Xal durumu: Macarıstan - 10 (4 oyun), Serbiya – 7 (4), Monteneqro – 5 (4), Litva - 2 (4) Bolqarıstan – 2 (4),

H qrupu

Qazaxıstan - Finlandiya - 0:1

Danimarka - San Marino - 4:0

Sloveniya - Şimali İrlandiya - 4:2

Xal durumu: Finlandiya – 12, Danimarka - 10, Sloveniya - 10, Qazaxıstan – 9,
Şimali İrlandiya – 3, San-Marino - 0
 

Ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına namizədlər təqdim edilib.

Qol.az xəbər verir ki, siyahıda 30 oyunçu yer alıb. Namizədlər aşağıdakılardır:

Andre Onana (“Mançester Yunayted”), Kərim Benzema (“Əl İttihad”), Yoşko Qvardiol (“Mançester Siti”), Camal Musiala (“Bavariya”), Məhəmməd Salah (“Liverpul”), Emiliano Martinez (“Aston Villa”), Xviça Kvaratsxeliya (“Napoli”), Yasin Bono (“Əl-Hilal”), Martin Odeqaard (“Arsenal”), Xulian Alvares (“Mançester Siti”), İlkay Gündoğan (“Barselona”), Vinisius Junior (“Real”), Ruben Dias (“Mançester Siti”), Erlinq Haaland (“Mançester Siti”), Nikolo Barella (“İnter”), Cude Bellinqem (“Real”), Bukayo Saka (“Arsenal”), Kevin De Bruyne (“Mançester Siti”), Bernardo Silva (“Mançester Siti”), Randal Kolo Muani (PSJ), Lionel Messi (“İnter Mayami”), Rodri (“Mançester Siti”) , Lautaro Martinez (“İnter”), Antuan Qrizmann (“Atletiko”), Robert Levandovski (“Barselona”), Kilian Mbappe (PSJ), Viktor Osimhen (“Napoli”), Kim Min Jae (“Bavariya”), Luka Modriç (“Real”), Harri Keyn (“Bavariya”).

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Mükafatın son qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən Kərim Benzemadır.

         

Ardını oxu...
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Hakken" futbolçusu İbrahim Sadiqini satıb.

Qanalı hücumçu "AZ Alkmaar"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Ardını oxu...
Fransalı Tanguy Ndombele və kolumbiyalı Davinson Sançesin “Qalatasaray”a keçidi rəsmiləşib.

Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat verilib.

Futbolçuların keçidinin maddi tərəfləri də bəlli olub.
Məlumata görə, bir illik icarə əsasında İstanbul klubunda çıxış edəcək Ndombelenin cari mövsüm üçün məvacibi 3,1 milyon avro olacaq. Əgər komanda onu almaq istəsə, o zaman 15 milyon avro ödəmək məcburiyyətində qalacaq. Bu məbləğ beş il ərzində beş dəfəyə ödəniləcək.

Sançesə gəlincə, futbolçu ilə 4+1 illik razılaşma imzalanıb. O, “sarı-qırmızılar”ın heyətində ildə 3,2 milyon avro qazanacaq. Qeyd olunur ki, kolumbiyalı Türkiyə nəhənginə 9,5 milyon avroya başa gəlib ki, bu məbləğ də öz növbəsində beş il ərzində beş dəfəyə ödəniləcək.

 
Ardını oxu...
“Qalatasaray” Türkiyə Super Liqasının IV turunu qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə “Qaziantep”i böyük hesabla məğlub edib - 3:0.

“Sarı-qırmızılar”ın qollarını Kerem Aktürkoğlu və dubl edən Mauro İkardi vurublar.
Son çempion “Qalatasaray” üç oyunda yeddi xal toplayıb və yeddincidir. Hələ xal qazana bilməyən “Qaziantep” sonuncu - 20-ci pilləni tutur.

 
Ardını oxu...
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-Təlim Şöbəsinin rəisi, polis polkovnik-leytenant Eduard Məmmədovun və “Zv Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Onlar İstanbul şəhərində keçirilən yarışda ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla altı medal qazanıblar.

İdmançılarımızdan 57 kq çəkidə yer alan Kənan Cəfərli lokinq versiyasında qızıl medal qazanıb. Eyni versiyada 81 kq-da çıxış edən Ramal Həsənli də yarışda birinci yeri tutub.
Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ”ın rəqibləri müəyyənləşib. H qrupunda yer alan Ağdam təmsilçisi Almaniya “Bayer”i, İsveç “Hakken”i və Norveç “Molde”si ilə münasibətlərə aydınlıq gətirəcək.

“Qafqazinfo” bu məqamda Qurban Qurbanovun komandasının rəqibləri haqqında maraqlı məlumatları təqdim edib.

Sözsüz ki, “Qarabağ”ın qrupunda yer alan ən adlı-sanlı klub Leverkuzen “Bayer”idir. Komanda 1904-cü ildə yaradılıb.

Almaniya təmsilçisi ev oyunlarını 30200 azarkeş tutumuna malik “Bay-Arena”da keçirir. Komandanın baş məşqçisi İspaniya millisinin sabiq ulduz futbolçusu Xabi Alonsodur. Leverkuzen təmsilçisi ötən mövsümü 50 xalla 6-cı pillədə başa vurub.

Klubun dəyəri 446 milyon avro dəyərləndirilir. “Bayer”in heyətində 15 milli komanda üzvü var. Almaniya təmsilçisi bir transfer üçün 10-12 milyon avro xərcləyə bilir ki, bu da “Qarabağ”ın illik büdcəsinə bərabərdir.

“Qarabağ”ın qrupunda yer alan “Hakken” isə 1940-cı ildə yaradılıb. Höteborq şəhərini təmsil edən komanda ilk ölkə çempionluğuna ötən il nail olub.

İsveç təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubuna məğlub olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirib. “Hakken” qruplara qatılmaq üçün Litvanın “Zalqris”, Şotlandiyanın “Aberdin” klublarını mübarizədən kənarlaşdırıb.

Komanda ev oyunlarını “Rambergsvallen” stadionunda keçirir. Klubun baş məşqçisi Lennart Karlssondur.

Norveç “Molde”si isə Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin “Qalatasaray” klubuna uduzduğu üçün mübarizəni Avroliqada davam etdirir.

Klub 1911-ci ildə yaradılıb. Komanda ev oyunlarını 11 249 azarkeş tutumuna malik, süni örtüklü “Aker Stadion”da keçirir. “Molde” tarixində 5 dəfə ölkə çempionu olub. Komandanın baş məşqçisi Erlinq Moeidir.

“Molde”nin ən böyük uğurları Ole Qunnar Sulşerin adı ilə bağlıdır. Onun başçılığı ilə komanda 2011-ci ildə ilk çempionluğuna sahib çıxıb. 2018-ci ildə Sulşerin “Mançester Yunayted”ə gedişindən sonra kluba Erlinq Moe gətirilib.
 
Ardını oxu...
Belçika millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Cebhe.info yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Domeniko Tedesko qarşıdakı matçlar üçün 24 oyunçuya dəvət göndərib.

Qapıçılar: Arno Bodar, Koen Kastels, Tomas Kaminski, Mats Sels

Müdafiəçilər: Amin-əl-Dahil, Timoti Kastan, Zeno Debast, Vaut Fas, Uqo Sike, Artür Teate, Yan Vertongen

Yarımmüdafiəçilər: Yohan Bakayoko, Yannik Karrasko, Şarl De Ketelare, Jeremi Doku, Dodi Lukebakio, Orel Manqalya, Amadu Onana, Yuri Tilemans

Hücumçular: Olivye Deman, Mişi Batşuayi, Romelu Lukaku, Lois Openda, Leandro Trossard

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika yığması üç gün sonra doğma meydanda Estoniyanı qəbul edəcək.

Dünyapress TV

Xəbər lenti