Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Bildirilir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yolları ayırıb.
Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı.
Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib, iki qələbə qazanıb, üç matçda uduzub və dörd oyunda heç-heçə edib. Xatırladaq ki, “Birmingem” hazırda Çempionşip cədvəlində 20-ci yerdədir.