20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litvanı sınağa çəkəcək.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya 0:3 hesabı ilə məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək. Qeyd edək ki, yanvarın yeddisinədək davam edəcək turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaq.